Main » Files » Əqidə » Ədl |
İslama qurulan tələlər
2012-11-10, 7:42 PM | |
İslam dini insanın ağlına xitab edir, fitrətiylə uyğunlaşır və ən əsası zaman-məkanından asılı olmayaraq bütün insanların mənəvi ehtiyaclarını qarşılaya bildiyindən sürətlə yayılır. İslam dininin ecazkarlığı hər bir insanı bu dinlə daha yaxından tanış olmağa vadar edir. Bu tanışlıq isə səbəb olur ki, insanlar öz istəkləriylə İslamı seçib, ona uyğun yaşasınlar. İslam dini bəzi xüsusiyyətlərinə görə digərlərindən seçilir: 1. Rəbbani olması. İslam dini Allah-Taala tərəfindən endirilmişdir. Allah-Taala isə elmiylə hər şeyi əhatə etdiyindən bu dinin rəbbani olmasında heç bir şübhə yoxdur. إِنَّمَا إِلَهُكُمُ اللَّهُ الَّذِي لا إِلَهَ إِلا هُوَ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا "Sizin tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elmi ilə hər şeyi ehtiva etmişdir!" («Taha» surəsi, ayə 98) 2. Əbədi olması. Bu din Qiyamət gününədək qalacaq. Bu barədə Allah-Taala Özü İslam dininin müqəddəs kitabında – Qurani-Kərimdə belə buyurmuşdur: إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ "Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əksiltmədən) qoruyub saxlayacağıq." («Hicr» surəsi, ayə 9) 3. Cahanşümul olması (bütün bəşərə göndərilməsi) وَمَا أَرْسَلْنَاكَ إِلا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لا يَعْلَمُونَ «(Ya Muhəmməd!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər göndərdik. Lakin insanların əksəriyyəti (bunu) bilməz!» («Səba» surəsi, ayə 28) Ayədən də aydın olur ki, İslam dini əbədi bir dindir və Allah-Taala Özü bu dinin müqəddəs və əbədi kitabı olan Qurani-Kərimin bəşəriyyətin nadanlıq və bədbəxtlik müdaxiləsindən, hər cür təhrifdən amanda qalmasını istəyir. Elə buna görə də onu Qiyamət gününə qədər qoruyacaq. 4. Həyatın bütün sahələrini əhatə etməsi. Müharibə və sülh şəraitində, keçmiş və gələcəkdə, dini və dünyəvi işlərdə İslamın ehtivası var: وَيَوْمَ نَبْعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِمْ مِنْ أَنْفُسِهِمْ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَى هَؤُلاءِ وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ "... Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" («Nəhl» surəsi, ayə 89) 5. Sonuncu və əbədi olması. وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ "(Ya Muhəmməd!) Biz Quranı sənə haqq olaraq, özündən əvvəliki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) kimi endirdik..." («Maidə» surəsi, ayə 48) 6. İctimai əlaqələr, iqtisadi bağlantılar, məhkəmə prinsipləri və s. əxlaq və hüquq sisteminin olması. مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ "...Biz kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq..." («Ənam» surəsi, ayə 38) İslamın yarandığı gündən bu günə qədər sürətlə vüsət almasından bərk qorxan düşmənlər vəhşətə gəlib dedilər ki, əgər müsəlmanların inkişafına qarışmasaq, çox keçmədən dünyanı fəth edərək, bütün insanlığa hökm edəcəklər. Düşündülər, daşındılar və tədbirlərə əl atdılar. İlk öncə Xaç yürüşləri təşkil edildi və müsəlman aləmini zor gücünə aradan aparmaq istədilər. Lakin onların yalnız ordu toplamaqla kifayətlənən ağılları Şərqdə böyük bir mədəni inkişafla üz-üzə gəldi. Nəinki fiziki məğlub oldular, hətta mədəni cəhətdən də fəth olundular (Nəhayət ki, yeməkdən öncə əllərini yumağı öyrəndilər). Müsəlmanlığın bu sınmaz əzmini görən Qərb, sizcə, düşmənçiliyindən əl çəkdimi? Əsla, yox! Onlar indi «saman altından su yeritməyə» çalışır, öz hədəflərinə çatmaq, İslam təbliğini dayandırmaq, müsəlmanların vəhdətini pozmaq, gənclərin əxlaqını tənəzzül etdirmək, əqidəsində şübhə, təzad və küfrə düşmüş bir nəsil yetişdirmək üçün gecə-gündüz zehinlərini yorur, planlar cızırdılar. Belə ki, onlar İslam xilafətini siyasi xəritədən silməklə müsəlman aləminə ilk zərbəni vurmaq istəmişlər və bu məqsədə çatmaq üçün müsəlman ərəblər içinə «ərəbçi-millətçilik», türklər içinə «türkçü-millətçilik» fikirlərini səpmişlər. Sonrakı hədəfləri İslam ölkələrində Quran və İslamla bağlılığı olan hər şeyi yox etmək, müsəlmanların birliyini pozmaq, Qərbə sadiq qalan xain bir zümrəni yetişdirmək, İslam ölkələrinə yeni «mədəni» qanunlar gətirmək, dini dövlətlə qarşı-qarşıya qoymaq idi. Ümumi dövrün şablonunu çəkmək istəsək, belə bir ardıcıllıq alınar: 1. Hakimiyyəti İslam və İslami dünyagörüşlü şəxslərdən almaq, onların yerinə müasir tələbli və qərbmeylli şəxsləri gətirmək; 2. Məhkəmə sistemində qərbsayağı qanunların yerləşdirilməsi, eyni zamanda şəri cəza və qaziliyin ləğvi; 3. Dil və əlifbaya təsir qoymaq, xarici dillərin ölkəyə nüfuzu; 4. İslam maarifinə qadağaların tətbiqi, İslam elmlərinin təlimini yasaqlamaq; 5. İslami geyimlərin qeyri-rəsmi qəbul edilməsi, qərb qiyafətlərinin geyilməsini həyata keçirmək, hicaba qarşı təzyiqlər; 6. Tətil gününün cümədən bazara keçirilməsi, dini bayramların əvəzinə ictimaiyyətdə başqa bayramları təntənəli şəkildə qeyd etmək və s. İndi bir 100 il geriyə dönüb baxsaq, ADP Cümhuriyyətinin yarandığı günləri, sonra da Sovetin Azərbaycanı işğal etdiyini xatırlasaq, yuxarıda sadalanan tədbirlərin qurbanı olduğumuzu və bütün bunları şəxsən yaşadığımızı etiraf etməliyik. Belə ki, əvvəlcə hərbi yolla milli Cümhuriyyətimiz devrilmiş, sonra parlament və idarə üsulu təşkil edilmiş, daha sonra bizə istədikləri konstitusiyanı təsdiqlətmiş, əlifbamızı çevirmiş, rus dilini aparıcı dil kimi tətbiq etmiş, özlərinə kölə olacaq bir nəsli yetişdirməyə xidmət edən yeni tədris sistemi yaratmış, zəka, elm və din sahiblərini Sibir çöllərində vəhşicəsinə qətlə yetirmiş, ən dəhşətlisi isə bizdə özümüzü özümüzdən qoparacaq ideoloji çevrilmə etmişlər. Dinimizə, millətimizə məxsus hər nə varsa, ömrümüzdən qara xətlə silmiş, özlərinə sərf edən hər nə varsa, bizə tətbiq etmişlər. Çadramız atılıb azad olmuşuq, papağımızı şlyapa ilə əvəz edib, zəkalı olmuşuq. Məişətimizi russayağı bəzəyib səliqə tapmışıq. Yerdə oturmağı tərk edib, stol, stul, çəngələ alışmışıq. Darvin nəzəriyyəsi, pioner ideyası ilə təkmilləşən məktəblər, komsomol, partiya, ateizm ruhlu ali təhsillər, bu məmləkəti nə günə qoydu?! Sonda 20 Yanvar günü öz evimizdəcə qanımıza qəltan olduq. Hələ illər boyu soyulub-talanan iqtisadi nemətlərimizi, erməni düşmənçiliyinə zəmin yaradan xain əllərlə üz-üzə qalıb necə çətin günlər keçirdiyimizi, hələ də od tutub yanan Qarabağı demirəm. «Xalqlar dostluğu» bundan artıq bizə nə verəcəkdi?! Bütün bu baş verənlərin kökü isə ideoloji nöqtədə idi. Çünki hardan və nədən dönmüşüksə, yalnız onunla da xilas olacağıq. İmanımıza sarılsaq, düşmənə qələbə çalacaq əzmi yenidən qaytara bilərik. Necə ki, tarix boyu özlərinə, kimliyinə söykənən millətlər bunu bacarıblar. Məsələyə sırf ideoloji baxımdan yanaşsaq, bu günkü dünyanın 3 mənfi ideologiya ilə istiqamətləndiyinin şahidi olarıq: 1. Sosialistlərin nəzəriyyələri; 2. Xaçlı zehinlərin nəzəriyyələri; 3. Yəhudi və masonların nəzəriyyələri. 1. Sosialistlərin nəzəriyyələri. Kommunistlər yayacaqları ideologiyanı öncədən Moskvada düşünüb-daşınar, sonra agentlər vasitəsilə müsəlman ölkələrində həyata keçirərdilər. Belə ki, – Onların ərəb ölkələri ilə sülh bağlamaları ancaq və ancaq onlara sosializmi sevdirmək məqsədi daşıyırdı. – Həqiqi dövlət və din adamlarına düşmənçilik edər, onları imperializmin casusları elan edirdilər. – Bütün institut və universitetlərdə ateizm və kommunizm ideyalarını öyrədirdilər. – Hətta ən zəif İslami hərəkatların qarşısını olmaq üçün şiddətli cəzalar tətbiq edirdilər. – Yazıçıları dinə nifrət etdirən əsərlər yazmağa təşviq edirdilər. Belə ki, ibadət əhli olanları mənfi obrazlarla xalqa güldürtmək və onları mənfi tanıtdırmaq məqsədilə əsərlərin, hətta lətifələrin geniş vüsət alması planlaşdırılırdı. – Müsəlmanların İslami cəmiyyətlərlə əlaqəsini kəsib, Sovet ölkələri ilə daha sıx rabitədə olmasına çalışırdılar. – Həzrət İsa (ə) və Həzrət Muhəmmədə (s) iftira atıb, onları sosialist elan edirdilər. Çünki onların tarix nəzəriyyələrinə əsasən bu peyğəmbərlər də sosialistlərin əksəriyyəti kimi kasıb ailədən çıxıb, ictimai bərabərsizliklə mübarizə aparıblar. – Sosializmin ən doğru din olduğuna kütlələri inandırırdılar. Buna insanların meymundan əmələ gəlməsi fikrini yaymaqla nail olurdular. – İnsanları kainatda İlahinin olmadığına, həyatın yalnız maddədən ibarət olduğuna, dinin xalqların mif və uydurması, peyğəmbərlərin isə yalançı və quldur olduğuna inandırırdılar. Keçən əsr bu kimi tədbirlərin nəticəsində Çin, Rusiya və türk ölkələrində 26 milyon müsəlman qətlə yetirilmişdir. II dünya müharibəsindən sonra kommunistlər Yuqoslaviyada 1 milyondan çox müsəlmanları yox etdilər. Yəməndə, İraqda, Əfqanıstanda öldürülənlərin sayı isə həddən çoxdur. 2. Xaçlı zehinlərin planları. «Xaçlılar» dedikdə, müsəlman ölkələrinə hakim olmaq, müsəlmançılığın kökünü kəsmək məqsədilə qərəzli, kinli savaş açan katolik və protestant xristianlıq, eyni zamanda ona dəstək olan missionerlik və imperializm nəzərdə tutulur. Onlar dünyanı xristianlaşdırma və İslamı tamamilə yoxetmə amalı ilə mədəni yürüş təşkil etmişlər. Xaçlıların əsas məqsədləri aşağıdakılardan ibarət idi: a) İslam ölkələrində əqidə əsaslarını yox etmək, dini təhrif etmək, dini terminlərin mahiyyətini dəyişdirmək; b) Qurani-Kərimi ortadan qaldırmaq. Müsəlmanların qüvvət, şərəf və hər bir sahədə əldə etdikləri üstünlüklərin məhz Qurandan qaynaqlandığını düzgün dərk edən xaçlı zehinlər onu təhrif etmək, aradan aparmaq üçün əllərindən gələni əsirgəmirdilər. Qladston İngilis parlamenti önündə Quranı əlinə alıb belə deyirdi: «Bu Quran müsəlmanların əlində olduğu müddətdə Avropanın Şərqə hakim olması qeyri-mümkündür». Missioner Velim Ciford Karafta belə demişdir: «Məkkə şəhəri və Quran ərəblərdən gizləndiyi zaman! Yalnız o zaman ərəblərin Muhəmməd (s) və onun kitabından uzaqlaşıb, Qərb mədəniyyəti yolunda irəlilədiyini görə bilərik». Başqa bir missioner Kindar Kateli belə deyirdi: «İslamın ən qüvvətli silahı olan Quranı, İslamı yaşatmaq üçün deyil, əksinə, onu tamamilə yox etmək üçün istifadə etməliyik. Müsəlmanlara Qurandakı həqiqətlərin yeni şeylər olmadığını açıqlamalıyıq». Əlcəzair çevrilişinin 100 illiyi münasibətilə düzənlənmiş toplantıda fransız hakimi: «Onlara qalib gəlməyimiz üçün aralarından ərəbcə Quranı və dillərindən ərəb dilini silməyimiz lazımdır» – deyə xitab etmişdi. v) Müsəlmanların İslami düşüncəsini silmək. Müsəlmanların, xüsusilə gənclərin Allahla rabitəsini qırmaq növbəti tələdir. «İslam aləminə qarşı qısqanclıq» adlı kitabda rahib və missioner Züveymur belə yazır: «Missionerliyin Qərb mədəniyyətində 2 məziyyəti vardır: yıxmaq və qurmaq. Yıxmaqdan məqsəd müsəlmanları dindən çıxarmaq, qurmaqdan məqsəd isə inancsız müsəlmanları xristianlaşdırmaqdır. Beləcə öz millətinin müqabilində duran gənc nəsil yetişəcək». Missioner Tekeli deyir: «Dinsiz qərbyönlü məktəblərin tikilməsinə təşviq etməliyik. Çünki Qərb məktəblərindəki kitabları oxuyan və xarici dilləri öyrənən müsəlmanların imanında sarsılma görünür». Züveymur 1935-ci ildə Qüdsdəki missioner toplantısında belə deyirdi: «Missionerliyin hədəfi müsəlmanları xristianlığa gətirmək deyil. Çünki bu iş onları hidayət etmək və onlara ikram etmək olardı. Ən başlıca hədəf müsəlmanları İslamdan çıxarıb, Allahla heç bir rabitəsi olmayan bir hala gətirməkdir. Beləcə hər bir müsəlmanın həyatda etimad etdiyi əxlaqla heç bir bağlılığı qalmaz. Bu yolla siz də İslam ölkələrində imperialist məqsədinizə çatmış və ağılları istədiyiniz yola yönəltmiş olarsınız». 4) Müsəlmanların birliyini pozmaq. Dünyadakı müsəlmanları ayrı-ayrı dövlətlərə, hətta qrup və millətlərə bölmək. Bu yolla onların zəiflik və zillətlərini təmin etmək məqsədilə missioner Simon deyirdi: «İslam vəhdəti» fikri müsəlman xalqların istəklərini bir araya gətirir və Avropanın əlinə düşməyə mane olur. Missionerlik bu birliyin belini qıracaq ən əhəmiyyətli qurumdur. Bunun üçün hər vəchlə onların vəhdət tapmasına əngəl olmalıyıq». Missioner Lorens Braven isə: «Əgər müsəlmanlar bir dövlət olaraq birləşərlərsə, dünyaya meydan oxuyar və təhlükə yaradarlar. Ancaq belə parçalanmış halda olarlarsa, heç bir nüfuz və təsirləri olmaz» – kimi fikirləri ilə müsəlmanların birliyinin dünya üçün təhlükə olduğunu açıq-aşkar etiraf edirdi. 5) Müsəlman qadınının fəsada sürüklənməsi. Bu məqsəd təlaq, çox arvadlılıq və hicab mövzusundakı müsəlman nizamını pozmaqla, qadın-kişi həmrəyliyi və bərabərliyini, qadın haqları ətrafındakı münaqişələri çoxaltmaqla, qadın hürriyyəti üçün çalışmalara xətm verməklə reallaşır. Bütün bu addımlar şəriət qanunlarının zərurəti və həyatla uyğunlaşması xüsusunda şübhə oyandırmaq üçündür. Missionerlərin başçısı Züveymur «Bu günün İslam aləmi» kitabında yazır: «Rabitələri ərəbcə olan 200 milyon insanda inam yaradan, İlahi hökm və ədalətlərini yayan, Afrika və Asiya qitələrini qısa zamanda nəzarəti altına alan İslam dinindən başqa heç bir güc və qüdrət vücuda gəlmədi. Onlar (müsəlmanlar) göylərə ucalan və buludlarla savaşan dağ sıraları kimidirlər». Sonra isə belə davam edir: «Missionerlərin müsəlmanların əleyhinə həyata keçirdikləri tədbirlərin nəticəsində onların zəifləmələri və ümidsizliyə qapılmaları qaçılmazdır. Çünki müsəlmanların qəlblərində qərb elmlərinə və qadın hürriyyətinə qarşı şiddətli bir meyl vardır». Belə ki, qərb qadınının müstəqil və müasir olduğu, şərq müsəlman qadınının isə geridə qalmış və asılı olduğu haqda fikirləri yaymaqla, müsəlman qadınının hicabı atmasına, İslam əxlaqından qopmasına nail olmaq istəyirlər. Lakin onların mənfur istəkləri bununla bitmir, onlar hər vəchlə zehinlərə yeridirlər ki: – Qurani-Kərim Həzrət Muhəmmədin (s) qədim səmavi kitablardan seçərək yazdığı bir yəhudi və xristian kitabıdır. – İslam fəlsəfəsi ərəb əlifbası ilə yazılmış yunan fikridir. – Ərəb dili çətin olduğundan müasirliklə heç cür ayaqlaşmır. Buna görə də onun ləhcələrlə işlədilməsi, əlifbasının isə latın hərfləri ilə əvəz edilməsi zəruridir. – İslam ölkələrində XIX əsrin mədəniyyət və ədəbiyyat liderlərinin Livanlı xristianlar, İspaniya və şimali Afrikadakı mədəniyyət sahiblərinin Verberlər olduğu və onların İslamın mədəniyyət binasına heç nə artırmadığı kimi fikirləri yaymaq. – İslamın zülmə meylli olduğunu, qan, cəza dini olduğunu təlqin etmək. – Müsəlmanların geriləmə səbəbinin İslama bağlılıqdan irəli gəldiyini vurğulamaq. – İslam peyğəmbərinin qatil, zalım və hakimiyyətpərəst olduğunu yaymaq. «Bu ilk missioner məktəbidir. İslam ölkələrində özəl məktəblərin sayını çoxaldın. Çünki xristianlığın yayılmasında ən önəmli yol müsəlman uşaqlarının belə məktəblərdə oxumasıdır» – deyə, çoxlu missioner məktəbləri açdılar. Mətbəələr açıb, kitablar dərc etdilər. Ensiklopediyalar nəşr edib, lüğətlər yazdılar. Özlərinin kitab, qəzet və dərgilərini iki şəhərdən: Qahirə və Beyrutdan yayımladılar. Qahirənin protestantların mərkəzinə çevrilməsi isə Misirdə xristianlığın yayılmasına çox güclü təsir göstərdi. Şərq blokunda missionerliyin bir çox yayımını nəşr edən Amerika mətbəəsi Beyrutda quruldu. Xristianlığın yayılmasında istifadə edilən digər bir metod tibbi və ictimai-humanist yardımlardır. Doktor Paul Xeyson yazır: «Missioner həkimin müayinə zamanı bütün müsəlman qadın və kişiləri ilə qarşılıqlı ünsiyyət qurma imkanı var. O, yanında bir İncil saxlayaraq, imkan daxilində ətrafındakıların dinlərini dəyişdirə, yaxud onlarda dərin bir təsir buraxa bilər». Çünki missioner təbliğində səslənən «Allahın oğlu – Həzrət İsa (ə) dünyaya salam və məhəbbəti yaymaq üçün göndərilmişdir. Onun tərəfdarları da daima salamat və sevgi içində olurlar» – fikri gözəl nağıl reklamı kimi diqqəti daha çox cəlb edir. Bundan əlavə, missionerlərin İslam cəmiyyətlərində açdıqları qumarxana, teatr və s. bu kimi vasitələrin əsl məqsədi müsəlman gəncliyini həqiqətdən uzaqlaşdırmaq və əxlaqi tənəzzülü dərinləşdirməkdir. «Müslimin» jurnalının 31-ci sayında belə bir xəbər nəşr olunub: «Dünyadakı missionerlərin sayı 220 min nəfərdir. Bunların 138 mini katolik, 82 mini protestantdır. Təkcə İndoneziyada 10 min missioner fəaliyyət göstərməkdədir... Dünyadakı İslami oyanışın müqabilində missionerlik də get-gedə aktivləşməkdədir. Lakin unutmaq olmaz ki, bu İslami oyanış bir liderin, ya bir rəhbərin oyanışı deyil. Bu haqqın oyanışıdır və o, dayanmayacaqdır. Bu oyanış nəticəsində İslamın yenidən hər tərəfə yayılacağı fikri İslam düşmənlərinin qəlblərinə qorxu salır». 3. Yəhudilərin plan və proyektləri. Yəhudilərə gəlincə, onlar Yer üzündə ən üstün olmaq və hökmranlıqlarını davam etdirmək üçün hər cür fəlakət və hiyləyə əl atırlar. Onlar dünyadakı ictimaların təməlini məhv etmək və yerinə fəsadı yerləşdirmək, eyni zamanda bütün dünyada anarxiyanı yaymağı özlərinə borc bilirlər. Əgər bu hiylə baş tutarsa, dünyada güclü bir yəhudi dövləti qurulacaq. Bu dövlətin gücü isə 2 təməldən irəli gəlir: a) Allahın seçilmiş qövmü yəhudi millətidir. Dünyanın inkişafı, istiqaməti və səltənəti də məhz yəhudilərin əlindədir. Yəhudidən qeyri xalqlar isə insanların alt təbəqəsi sayıldığından mütləq yəhudilərə kölə və xidmətçi olmalıdırlar. Onların «seçilmiş ümmət» ideologiyası çox qədim inancdır. Belə ki, 1895-ci ildə yəhudi Herzel ilk dəfə İsveçrənin Basel (Ball) şəhərində yəhudilərin konqresini çağırdı və onlar yəhudi dövləti qurmaq haqqında planlar cızmağa başladılar. Hətta Herzel «Yəhudi Dövləti» adlı kitabında Fələstinin «ərzi məvud» (vəd olunmuş yer) olduğunu və İsrail oğullarının oraya yerləşməsinin vacibliyini yazırdı. Yəhudilər bu istiqamətdə çox ciddi fəaliyyətə başladılar. Onların «ərzi məvud» dediyi Nildən Fərata qədər bütün ərazilər – Misir, Sinay, Fələstin, Qərbi İraq, Suriya, Livan, Şam ovalığı, Ürdünü (İordaniya) və Hicazın (Mədinə və Məkkə) şimalını əhatə edir. Yəhudilər 1948-ci ildə imperialist ölkələrlə qarşılıqlı anlaşmaya daxil olaraq, İsrail dövlətini elan etdilər. O zaman Ben Gurion belə demişdi: «Sionizm bu dövləti yaratmaqla öz hədəfinə çatmışdır. Lakin bu, bizim mücadiləmizin sonu olmayacaq, əksinə bu başlanğıcdır. Bizim üçün əhəmiyyətli olan Nillə Fərat arasında qurulacaq bir dövlətin mövcudluğudur». İsrail genişlənmə siyasətinə davam edərək Sinayı, Gölan təpələrini və bütün Fələstini işğal etdi. Qeyd etmək lazımdır ki, sionizm 3 hədəf üzərində durur: 1. Dünyadakı ümmətləri parçalamaq və bu məqsədlə müharibələr, etnik münaqişələr yaratmaq; 2. İnsanların əqidə, düşüncə və əxlaqını dəyişmək; 3. İslamın qəlbi olan yerdə – Nil ilə Fərat çayları arasında güclü dövlət qurmaq. Hal-hazırda da yəhudilər bu 3 məqsədə çatmaq üçün dünyanın hər yerində təşkilatlar yaradırlar. Bunlardan ən önəmlisi masonluqdur. Bu təşkilat yəhudilər tərəfindən məxfi şəkildə idarə edilir, təşkilat üzvləri isə insanlardan şüurlu, ya qeyri-şüurlu öz hədəflərində istifadə edirlər. Onların kifayət qədər çox olan agentləri məhz bu ideologiyanın icraçılarıdır. Bəzi təhqiqatçılar böyük müharibələrin arxasında məhz masonluğun durduğunu anlayanda dəhşətə gəlmişlər. Mason loqaları bütün dünyaya yayılıblar və onlar hələ də millətlər tarixində öz təhlükəli rolunu oynamaqdadırlar. Onlar Marks, Nitse, Darvini və digər humanist nəzəriyyələrindən öz həqiqi hədəflərini pərdələmək üçün çox məharətlə istifadə edirlər. Hətta informasiya, yayım orqanlarına, kino, teatr, radio – TV, məktəb proqramlarına da nüfuz edirlər. Yəhudilər 1959-cı ildə keçirdikləri dağındakı konqresdə belə deyirdilər: «Biz tək bir hədəf üzrə çalışırıq. O da insanların Allahın endirdiyi ilk möhtərəm dinə dönmələri hədəfidir. Bundan başqa dinləri insanlar uydurmuşlar və bu dinlərin hamısı batildir. Sizin göstərdiyiniz mücadilə nəticəsində xristianlıq və İslamın yox olduğu gün mütləq gələcək. Müsəlmanlar və xristianlar əqidələrindən xilas olacaq və nəhayət, bəşər həqiqətin nuruna qovuşacaq». Yəhudilər əsasən aşağıdakı fikirləri yayırlar: – Cəmiyyətdə əxlaqi tənəzzül amillərini gücləndirmək; – Müsəlman gənclərini cihad və mücadilədən döndərmək; – Xalqlar arasında fitnə odunu alışdırmaq; – Millətləri parçalamaq və bir-birinə düşmən etmək; – Bütün qeyri-dinləri, məzhəb və mədəniyyətləri yıxıb, yalnız yəhudi dominantını təsdiqləmək və s. Yəhudilər məhz bu yollarla iqtisadi, siyasi və hərbi üstünlüklərini reallaşdırmağa çalışırlar. Bu üç ideoloji istiqamətə (sosialistlərin, xaçlıların və yəhudilərin nəzəriyyələrinə) nəzər salıb düşündüm ki, ən qüdrətlisi üçüncüsüdür. Çünki yəhudilərin ideoloji potensialı daha güclü görünür. Hətta zehnimdə İslam aləmini silib, ikinci və üçüncü istiqamətləri qarşı-qarşıya qoydum. Belə hesab edirəm ki, bu halda da yenə üçüncüsü qalib gələr. Lakin gözdən kənar bir nöqtə qaldı: O da həqiqətdir. O həqiqət ki, Allahın iradəsini, Muhəmmədin (s) müjdəsini, İslamın qələbəsini vəd edir: وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الأرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ «...Biz yerdə zəif düşüb əzilənlərə bol nemət vermək, onları rəhbər etmək və mülkə varis etməyi iradə edirik». («Qəsəs» surəsi, ayə 5) وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الأرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ «Həqiqətən, Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Quranda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər». («Ənbiya» surəsi, ayə 105) Müəllif: Emruzə Abbasova Redaktor: Mehriban Məhəmmədli kovser.az | |
Views: 951 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |