Ölənlərimiz üçün oxunması faydalı olan surələr
Bir müsəlman ölən zaman ona qüsl verilib kəfənlənməsi və basdırılması başqaları üçün vacib olar. Ancaq bəzi əməllər vardır ki, onları yerinə yetirmək ölü üçün müstəhəbdir: sədəqə vermək, dua etmək və Quran oxumaq kimi. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərdə yatan ölülərinizi yaddan çıxartmayın. Ölüləriniz sizdən ehsan ümidindədir. Ölüləriniz məhbusdur və sizin yaxşı işlərinizə rəğbət bəsləyirlər. Onlar bir işi görmək qüdrətinə malik deyildirlər. Siz onlara sədəqə və duanı hədiyyə edin”.
İmam Sadiq (ə) buyurur: “Ölən insan ona görə istənilən bağışlanmaya görə sevinər. Necə ki, diri ona verilən hədiyyəyə görə sevinər”.
İmam Rza (ə) buyurur: “Hər kim möminin qəbrini ziyarət edər, onun yanında yeddi dəfə “Qədr” surəsini oxusa, Allah onu qəbir sahibi ilə bir yerdə bağışlayar”.
Beləliklə deyə bilərik ki, qəbir əhlinin bizim dualarımıza və qiraətimizə ehtiyacı vardır. İmam Sadiq (ə) buyurur: “Necə ki, dirilər hədiyyə ilə şad olarlar, qəbir əhli və bərzəxlilər də onlara görə edilən istiğfara görə sevinərlər”.
Hədislər buyurur ki, insan can verən zaman bu surələri oxumaq fəzilətlidir: “Yasin”, “Saffat”, “Əhzab”, “Ayətül-kürsü”, “Əraf” surəsinin 54-cü ayəsini, “Bəqərə” surəsinin son üç ayəsini.
İmam Sadiq (ə) buyurur: “Meyitin qəbrinin başında “Mülk” surəsi oxunsun ki, qəbir əzabının dəf olmasına səbəb olsun”.
Ölənlər üçün oxunması faydalı olan surələr: “”Fatihə” , “Yasin”, “Saffat”, “Mülk”, “Əhzab”, “Ayətül-kürsü”, yeddi dəfə “Qədr” surəsi. Bu surələri oxuyub savabını ölənlərə hədiyyə etmək olar.
/Deyerler.org/ |