Main » Files » Digər məlumatlar » Sual-cavab |
Niyə möminlərin bəzisi yoxsuldur?
2013-08-19, 9:21 AM | |
Niyə möminlərin bəzisi yoxsuldur? Ətrafımızda elə insanlar vardır ki, səmimi qəlbdən Allahın buyurduqlarına əməl edərlər. Ancaq həyatlarında minlərlə kiçikli və böyüklü problem vardır. İstəklərinə və arzularına çatmazlar. Həmişə başqalarından geri düşərlər. Nemətlər iki cür olur: xarici və batini. İnsan xarici nemətlərin vasitəsilə başqalrından ehtiyacsız olar. Məqam, dost, qüdrət, pul və bunun kimi vasitələrlə. Ancaq bu vasitələr insanın ruhu susuzluğunu yatızdırmaz. Belə ki, zənginlər ruhi susuzdurlar. Bəhluldan soruşurlar: "Bir nəfər nəzir edib ki, ən yoxsul insana maddi kömək edəcəkdir. Soruşdular ki, kimə versin?”. Bəhlul deyir: "Harun ər-Rəşidə”. Daxili nemət o nemətdir ki, insan xarici vasitələrdən kömək almayaraq, daxilinin sərmayəsindən istifadə edər. İnsanın imanı, nəfsinə etimadı, qənaəti, Allaha təvəkkülü, təqvası – bütün bunlar böyük sərmayədir. Buna malik olan insanlar hamıdan zəngindirlər. Daxili nemət elə bir nemətdir ki, oğrular onu oğurlaya bilməzlər. İmam Əli (ə) bu cür insanlardan idi. O, 25 illik sükutuna baxmayaraq, dağ kimi möhkəm və qüdrət sahibi idi. Dünyaya çox laqeyd idi. Həzrət (ə) üçün bu dünya yamammış ayaqqabıdan dəyərsiz idi. Beləliklə deyə bilərik ki, maddiyyatdan məhrum olmaq - yoxsul olmaq demək deyildir. Bəlkə həqiqi yoxsul o kəsdir ki, Allaha imandan və təqvadan məhrum olar. İmam Əli (ə) buyurur: "Heç bir sərmayə ağıl kimi deyildir. Heç bir yoxsulluq isə cəhalət və nadanlıq kimi deyildir”. O kəsin ki, qəlbi tək Allahla olar, yoxsul olmaz. Peyğəmbərlərin (ə) bir çoxu maddi cəhətdən heç də yaxşı yaşamamışdılar. İmam Sadiq (ə) buyurur: "Nə zaman görsəniz ki, yoxsulluq sizə üz çevirmişdir, deyin: "Ey salehlərin şüarı, xoş gəlmisən”. Nə zaman görsən ki, sərvət sənə üz çevirmişdir, de: "Yəqin mən günah etmişdim ki, cəzası tez gəlib çatmışdır””. Hədisdə adı çəkilən yoxsulluq o yoxsulluqdur ki, insan çox çalışar, ancaq çox az miqdar nəsibi olar. Lakin bu elə bir yoxsulluq deyildir ki, tənbəllik və israf nəticəsində olsun. Yoxsul həyat dedikdə, sadə bir həyat nəzərdə tutulur ki, təmtəraqdan uzaqdır. Əgər yoxsul insan Allah yolundan çəkilməsə, bu halına görə səbir edərsə, Allah axirətdə ona çox sayda nemətlər bəxş edər. İmam Rza (ə) buyurur: "Allah Qiyamət günü qardaş qardaşdan üzr istəyən kimi öz yoxsul mömin bəndəsindən üzr istəyər. Buyurar: "Bu örtünü qaldır və gör sənə dünyanın yerinə nə vermişəm”. O, örtünü qaldırar və deyər: "Verdiyin bu əvəzə görə mən ziyana düşməmişəm. Baxmayaraq ki, dünyada məndən almışdın””. Allahın elə sünnətləri vardır ki, hər kim bu sünnətlərə əməl etsə, istər kafir olsun, istərsə də mömin - pul və sərvətə çatar. Misal üçün, əgər insan çalışsa və səy etsə, kifayət qədər sərvət əldə edə bilər. Ancaq o zaman ki, tənbəllik edər, ya da hesab-kitabı olmazsa, sözsüz ki, yoxsul olar. İstər mömin olsun, istərsə də kafir. (Tebyan/ Deyerler.org) | |
Views: 1130 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |