Çərşənbə axşamı, 2024-03-19, 12:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar

Entries in section: 440
Shown entries: 1-50
Pages: 1 2 3 ... 8 9 »

Qiyamət günü yer danışacaqmı?

Allah Təala "Zəlzələ” surəsinin 4-cü ayəsində yerin danışacağına işarə edərək buyurmuşdur: "Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə  danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar)”.
Digər məlumatlar | Baxis: 1423 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2014-02-20 | Reytinq: 5.0/2 | Serhler(0)

Şeytanla İblis bir-birindən nə ilə fərqlənir?

 Şeytan o kəsdir ki, insanı günah işlətməyə vadar edir, insanı ruhi cəhətdən xəstə edir. Allah insanı yaradan zaman Öz İlahi ruhundan ona üfürmüşdür. Sonra əmr edir ki, bütün mələklər ona səcdə etsinlər. Bu zaman İblis (lən) insanı səcdə edilməyə layiqli bilmədiyi üçün İlahi əmrdən boyun qaçırdır. Bu itaətsizliyinə görə də İlahi dərgahdan qovulur. (Tebyan)
Sual-cavab | Baxis: 1106 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 5.0/3 | Serhler(1)

Ulul-əzm nə deməkdir? Onlar kimlərdir?

 Əndişeyi-Qum saytına istinadən, İmam Rza (ə) buyurur: "Ulul-əzm ona görə belə adlanır ki, onların dini olmuşdur”. Bəli, Nuh peyğəmbərdən (ə) sonra məbus olan peyğəmbərlər onun şəriətinə və kitabına tabe olmuşdular. O zaman ki, Həzrət İbrahim (ə) məbus olur, ondan sonra gələn peyğəmbərlər onun dininə və kitabına tabe oldular.
Sual-cavab | Baxis: 929 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Məhərrəm əhli olmaq

Atalarımızdan və balarımızdan eşitmişik ki, qədim zamanlarda Məhərrəm ayını daha yaxşı dərk etmək üçün bu aya 40 gün qalmış əzadarlıq saxlayır və günahı tərk edərdilər. Aşura ziyarətini oxuyaraq, bu aya hazırlaşırdılar. 
Digər məlumatlar | Baxis: 680 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-08 | Reytinq: 0.0/0 | Serhler(0)

İt olan evə mələklər daxil olmaz

  İslam dininin nəzərinə görə it də başqa heyvanlar kimi insana xidmət etmək üçün xəlq edilmişdir. Bu heyvan insanların mənzilini qoruyar və ova çıxan zaman yardım edərlər. Bu gün itlərdən narkotik maddələrin tapılmasında, zəlzələdən ziyan çəkənləri axtarllmasında və s. də istifadə olunur. 
Digər məlumatlar | Baxis: 655 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Şeytanın mahiyyəti, əsas silahı, növləri

  Şeytan - insan daxilində olan nəfsani bir qüvvədir ki, daima insanı pis işlərə tərəf sövq edir. Bütün yanlış əməllər, batil etiqadlar, inanclar, vəsvəsələrin mənbəyi və hiylə işlətmələrin hamısının kökü şeytani hisslərə qayıdır. Bu hisslər insana batili haqq kimi və haqqı da batil kimi nümayiş etdirir. 
Digər məlumatlar | Baxis: 772 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Qarışqa Həzrət Süleymana nəyi aşkar etdi?
 
 Bir gün Həzrət Süleyman (ə) dənizin kənarında əyləşmişdi. Gözü üzərində buğda dənəsi aparan bir qarışqaya sataşdı. Süleyman ona baxmağa davam etdi. Gördü ki, o, suya yaxınlaşan zaman sudan bir qurbağa çıxır və ağzını açar. Qarışqa da onun ağzına girir. Qurbağa dənizə girir və yox olur. Süleyman bir qədər bu haqda düşünür. Sonra görür ki, qurbağa başını sudan çıxartdı və qarışqa ağzından çıxdı. 
Sual-cavab | Baxis: 1197 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 1.0/1 | Serhler(0)

Məhərrəm ayının ilk 10 günündə nə edək?

 Məhərrəm ayının ilk ongünlüyündə ilk növbədə Məhərrəm ayının duasını oxumaq çox fəzilətlidir. Çünki bu ay ərəb təqviminin ilk ayıdır. Bu dua sağlamlığa, bəlaların uzaq olmasına və yaxşı əməllər əldə etmək üçün çox təsirlidir. (Tebyan)
Digər məlumatlar | Baxis: 773 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-06 | Reytinq: 5.0/1 | Serhler(0)

Məhərrəm gəldi
 
   Bu günləri Kufənin ab-havası həmişəkindən daha görməli olub. Kufə bazarında gəzdikdə qərarsızlıq və narahatlığı hiss edirsən. Dəmirçilərin can alan səsləri bir an da olsun kəsilmir. Hamı özü üçün qılınc, nizə və ox sifariş verir.
Digər məlumatlar | Baxis: 764 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-06 | Reytinq: 0.0/0 | Serhler(0)

Quranda hansı məsəllərdən və nə üçün istifadə edilir?

 
 Müqəddəs Kitabımız olan Quranda gələn məsəlləri üç hissəyə bölmək olar:
1. O məsəllər ki, təzəkkür verər: "Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər”. ("İbrahim” 25).
2. O məsəllər ki, təfəkkür etməyə səbəb olar: "Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr”. ("Həşr” 21).
Sual-cavab | Baxis: 874 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-06 | Reytinq: 0.0/0 | Serhler(0)

Göz dəymək vardırmı?

  İnsan ruhunun qüdrəti o qədər böyükdür ki, indiyə qədər hələ də tanınmamışdır. Onun bu dünyadakı nümunəsinə telepatiya, uzun məsafədən fikrin çatdırılması, sehri misal çəkmək olar. Bundan başqa insanlar arasına nifaq salmaq, dostu düşmən etmək, malı zay etmək də göstərmək olar. 
Sual-cavab | Baxis: 1226 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-30 | Reytinq: 0.0/0 | Serhler(0)

Ərəfə gününün və Qurban bayramı gününün əməlləri


  Zilhiccə ayının 9-cu gününün –  Ərəfə gününün müstəhəb əməlləri sırasında birinci yeri qüsl tutur. Ərəfə günündə oruc tutmağın da savabı  böyükdür. (Nəzərdən qaçırmayaq ki, ertəsi gün, yəni Qurban bayramı günü oruc tutmaq haramdır).
Digər məlumatlar | Baxis: 764 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-15 | Reytinq: 5.0/1 | Serhler(1)

Bu il Qurban bayramı oktyabrın 16-na təsadüf edəcək (əməllər)

  Artıq Zilhiccə ayını yaşayırıq. Bir neçə gündən sonra müqəddəs Qurban bayramını qarşılayacağıq. Bu il Qurban bayramı oktyabrın 16-na (Zilhiccə ayının 10-u) təsadüf edəcək.
Bu günün bir neçə müstəhəb əməlləri var.
Digər məlumatlar | Baxis: 839 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür

 Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür.  İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin 96-cı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur.
Digər məlumatlar | Baxis: 884 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Mömin can verəndə kimləri görər?

 İlahi rəhmətlə əhatə olunmuş can verən mömini mələklər qarşılamaqla yanaşı, İlahi Övliyalar da onun görüşünə gələrlər. Can verən zaman bu görüş onun ruhuna təskinlik verər.
Həqiqətdə bu, həmin möminin öz İmamı (ə) ilə yaratdığı o məhəbbətli rabitənin səmərəsidir.
Sual-cavab | Baxis: 1050 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-11 | Reytinq: 5.0/2 | Serhler(1)

Suаl: Nә üçün Аllаh şеytаnı insаnа qаlib еtdi?

Cаvаb: Şеytаnın insаnlа rаbitәsi vә оnun tәsir imkаnı insаndаkı hеyvаni hisslәrin tәsirindәn hеç dә güclü dеyil. Аllаh insаnа hеyvаni mеyllәrlә yаnаşı düşüncә, vicdаn әtа еtmiş, әn üstün tаrаzlıq vә tәnzim vаsitәlәrini оnun iхtiyаrındа qәrаr vеrmişdir.
Sual-cavab | Baxis: 968 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-02 | Reytinq: 2.0/1 | Serhler(0)



Riyakarcasına olan əməlin qəbul olmamasını bilirsinizmi?!
Sual-cavab | Baxis: 842 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-31 | Reytinq: 0.0/0 | Serhler(0)

Həzrət Həmzəyə niyə "Allahın və Rəsulunun şiri” adını vermişdilər?

 Həmzə ibni Əbdülmüttəlib ibn Haşim ibni Əbdülmənaf, Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) əmisi idi. O, Peyğəmbərimizdəndən (s) təxminən 2 ya 4 yaş böyük idi.
Həmzə İslam dinini besətin 3-cü və ya 4-cü ilində qəbul etmişdir. O, Peyğəmbərin (s) yanına gəlir və deyir: "Qardaş oğlu! O şey ki, deyirsən, haqdır?”. 
Sual-cavab | Baxis: 1050 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-25 | Reytinq: 0.0/0 | Serhler(1)

Niyə bəzən dualar qəbul olmur? Qəbul olmaq üçün nə etməli?

 Məsum İmamlar (ə) hər bir sahədə bizim yar və yardımçımız olduqları üçün, duaların qəbul olmasına mane olan amilləri də bizə tanıdırlar. İmam Əli (ə) buyurur: "Günah duaların qəbul olmasına mane olar”.
Günah duaların qəbul olmamasına üç növ təsir qoyar.
1. Duanın ləzzətini aradan aparar. İnsan dua edər, ancaq ləzzət almaz.
2. Duanın qəbul olmasına mane olar.
3. Dua etmək tofiqini və ya dua məclisində iştirak etməyi ondan uzaq edər.
Sual-cavab | Baxis: 1343 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-25 | Reytinq: 0.0/0 | Serhler(0)

Üzüm və əncir barədə ayə və hədislər
 Üzüm və əncir behişt meyvələridir ki, Quranda və hədislərdə onların faydası haqqında çox söz açılmışdır.
 
Üzümə aid gələn ayələrə nəzər salaq:
"Məgər sizdən kimsə (ağaclarının) altından çaylar axan və içərisində bütün növ meyvələrdən olan xurma ağacları və üzüm tənəklərindən ibarət bir bağının olmasını və qocalığın gəlib çatdığı və kiçik və zəif uşaqları olduğu halda (birdən) yandırıcı odu olan bir qasırğanın onu (bağı) bürüməsini və onun hamısının yanmasını istəyərmi?!”. ("Bəqərə” 266).
Digər məlumatlar | Baxis: 921 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-22 | Reytinq: 0.0/0 | Serhler(0)

Niyə möminlərin bəzisi yoxsuldur?

Ətrafımızda elə insanlar vardır ki, səmimi qəlbdən Allahın buyurduqlarına əməl edərlər. Ancaq həyatlarında minlərlə kiçikli və böyüklü problem vardır. İstəklərinə və arzularına çatmazlar. Həmişə başqalarından geri düşərlər.
Nemətlər iki cür olur: xarici və batini.
Sual-cavab | Baxis: 1073 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-19 | Reytinq: 0.0/0 | Serhler(0)

Bərzəx haradadır?

Dünya aləmi insan bədəni kimi iki hissədən ibarətdir: dünya və bərzəxdən. Dünya maddi -zahiri aləmdir, bərzəx isə batini-misali aləmdir.
Dünya maddidir və hiss olunasıdır. İnsan bədəni ilə dünyanı hiss edə bilir. Öləndən sonra isə insanın bədəni və zahiri qəlibi gücsüzləşəndən sonra, bərzəx bədəni onun yerini alar. Çünki bu bədən həmin aləmə uyğun gəlir. Bərzəx aləmindəki hadisələri dərk etmə qabiliyyətinə malik olur.
Sual-cavab | Baxis: 837 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-16 | Reytinq: 5.0/1 | Serhler(0)

Yəmin səhabələri kimlərdir?

"Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar), «Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa”. ("Muddəssir” 38-39).
Sual-cavab | Baxis: 808 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Dünyanın həqiqi siması

 İmam Əli (ə) Nəhcul-bəlağənin 114-cü xütbəsində dünyanın həqiqi simasını bizlərə tanıdır və buyurur: "Bəli, həqiqətən dünya - məhv olacaq, müxtəlif şeylərə görə əziyyət çəkən və ibrət götürüləsi bir evdir. Dünyanın məhv olacağınıın nişanəsi budur ki,  dirini ölüm oxu ilə hədəf qərar vermişdir, sağlamı xəstəliklə ayaqdan salar. Nicat tapanı həlakətə tərəf sürükləyər. Dünya elə yeyəcəkdir ki, doyulmaz, elə içəcəkdir ki, sirab olunmaz”.
Digər məlumatlar | Baxis: 669 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-07 | Reytinq: 5.0/1 | Serhler(1)

İnsanın yaradılışından əvvəl cinlərin peyğəmbəri olubmu?

Cinlər üçün iki bəşər zamanı mövcuddur. Biri insanın yaradılışından əvvəl və o biri isə xilqətdən sonrakı zamandır.
İnsan xilqətindən sonrakı zamana nəzərə salsaq görərik ki, Quran ayələri həm insanı və həm də cinləri mükəlləf hesab etmiş və hər ikisinin də İlahi vacibatlara əməl etməli olduğunu buyurmuşdur. Onlar da insanlar kimi ya ibadət əhli olurlar, ya da kafir. Cinlər də insanların peyğəmbərinə iman gətirib, onların əmrlərinə itaət etmişdilər.
Sual-cavab | Baxis: 868 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-06 | Reytinq: 0.0/0 | Serhler(0)

Həzrət Adəmin (ə) hansı elmi var idi?

 

  "Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin». ("Bəqərə” 31).
Sual-cavab | Baxis: 802 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

Kimlər Qiyamət günü kor məhşur olacaq?

"Əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq”. ("İsra” 8). Allah bu ayəsi ilə pis əməl sahibi olub və sonra tövbə edənləri bir növ hədələyir. Onlara xəbərdarlıq edir ki, əgər etdiyiniz tövbədən sonra yenidən fəsada və günaha qayıtsanız, Biz də rəhmət və məğfirətdən əl çəkəcək, cəza verməyə qayıdacağıq.

Sual-cavab | Baxis: 949 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-02 | Reytinq: 0.0/0 | Serhler(1)

Seçim bizimdir: şad olaq, yoxsa pərişan?

İnsan elə bir varlıqdır ki, öz həyatına təsir qoya bilir. Ona görə də həyatda şad və ya qəmgin olmasını da özü müəyyən edir və özü seçir. Heç bir şey sizin icazəniz olmazsa, sizi şadlandırmaz və ya qəmləndirməz. Bu, sizin özünüzsünüz ki, başqalarının hal-əhvalından asılı olmusunuz. Bunu yaddan çıxartmayın ki, sizin özünüzlə heç bir probleminiz yoxdur.

Sual-cavab | Baxis: 836 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Niyə bəzi qəlblər daşdan da bərk olur?

   Allah insanı gildən xəlq etmiş və  ruhuna da Öz ruhundan üfürmüşdür. İnsanın ruh və cismini təkamülə çatmaq üçün bir vasitə qərar vermişdir. Bu ikisi bir-birindən ayrılmadan hidayət yolunu gedə bilər. Quşların iki qanadına bənzəyir ki, biri olmasa, uça bilməz. Ona görə də insanın həm cismi və həm də ruhu öz həqiqi inkişafına çatmalıdır. Hər biri inkişafdan qalsa, təkamül naqis olacaqdır. Qurani-Kərim insanın ruh və canından bəhs edən zaman qəlbinə işarə edir.

Sual-cavab | Baxis: 781 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-29 | Reytinq: 0.0/0 | Serhler(0)

Müaviyyənin (lən) hiyləsi necə ifşa edildi

Müaviyyə (lən) ona etiraz edən insanların qarşısına çıxır və deyir: "İnsanlar! Məgər siz Allah kitabının haqlı olduğunu qəbul etmirsinizmi? Dedilər: "Bəli, qəbul edirik”. "Onda bu ayəni oxuyun: "(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik”. ("Hicr” 21).

 

Sual-cavab | Baxis: 860 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-29 | Reytinq: 5.0/1 | Serhler(0)

Behişt əhli kimlərdir?

"Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. ("Hud” 23).

O kəslər ki, Pərvərdigarın ibadətinə təkəbbür etməz, qəlbləri tövazökardır, heç bir zaman imanları titrəməz, saleh əməl yerinə yetirərlər.
Sual-cavab | Baxis: 815 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-29 | Reytinq: 0.0/0 | Serhler(0)

Şeytandan qabaq kafir olubmu?

= Bəqərə surəsinin 34-cü ayəsində oxuyuruq: "(Ya Peyğəmbər!) Biz mələklərə: "Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) O, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.” Ayədən belə görünür ki, şeytandan qabaq kafirlər olub. Qeyd edək ki, şeytan cin növündəndir. Kəhf, 50: "(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı.
Sual-cavab | Baxis: 795 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-26 | Reytinq: 0.0/0 | Serhler(0)

Nə üçün gənclər dini мəclislərdən qaçırlar?

Sual: Bir çox gənclərin dini мəclislərə мaraq göstərмəмəsinin səbəbi nədir? Probleм hansı yolla həll edilə bilər? Gənclərin diqqətini cəlb etмək üçün hansı мetodlardan istifadə etмәk lаzıмdır?

Sual-cavab | Baxis: 822 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Əməllərİn hesabında həqİqİ yoxsul kİm olacaqdır?

İnsanların çoxu Qiyamət günü görəcəklər ki, əllərində heç bir şey qalmamışdır. Dilənçilik etməyə başlayacaq və insanlardan yardım diləyəcəklər. Həm yaxşılardan və həm də pislərdən kömək istəyəcəklər. Şeytandan da kömək diləyən olacaqdır. Mələklərdən kömək istəyəcəklər. Allahdan kömək istəyəcəklər.

Sual-cavab | Baxis: 891 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-18 | Reytinq: 0.0/0 | Serhler(1)

Axşam dırnaq tutmaq olarmı?

 

  İslam dini dırnaqların tutulmasını müstəhəb bir əməl kimi qiymətləndirir. Xüsusilə də cümə günü dırnaqların tutulmasını vurğulayır. Sol əlin çeçələ (kiçik) barmağından başlayıb, sağ əlin çeçələ barmağına qədər tutursan.
Sual-cavab | Baxis: 1827 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-06 | Reytinq: 5.0/2 | Serhler(0)

Əshabi-Kəhf - məadın nişanəsidir

Kəhf səhabələri elə bir dövrdə yaşayırdılar ki, hamı bütpərəst idi və onlar tövhidə iman gətirmiş ilk insanlar olmuşdu. Allahı tək Xaliq kimi qəbul edirdilər. Şaha itaət etməkdən boyun qaçırtmışdılar. İnsanlar da onlara əziyyət verməyə başlamış və onları ancaq bütlərə pərəstiş etməyə vadar edirdilər.

Digər məlumatlar | Baxis: 666 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-30 | Reytinq: 0.0/0 | Serhler(0)

NİMEYİ-ŞƏBAN ƏMƏLLƏRİ


  Şəban ayının on beşinci gecəsi

Bu gecə çox mübarək gecədir.

İmam Baqirdən (ə) bu gecənin fəziləti haqqında soruşdular. Həzrət buyurdu: «Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah Təala o gecə bəndələrinə fəzl (və bərəkət) əta edir. Onların günahlarını öz kəraməti ilə bağışlayır.
Digər məlumatlar | Baxis: 646 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Qiyamət belə başlayacaqdır


   Qəbrin savab və əzabı o zamana qədər davam edər ki, böyük Qiyamət bərpa olar. Yer üzündə qəribə bir hadisə baş verəcəkdir. Yer və göy titrəməyə başlayacaqdır. Bütün canlılar məhv olacaq, varlıq aləminin nizamı dəyişəcəkdir.
Digər məlumatlar | Baxis: 916 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-20 | Reytinq: 5.0/1 | Serhler(2)

Bəzi evlər niyə qəbiristanlığa bənzəyir?


  İnsanların bəzisi qəbiristanlıqda yaşayırlar. Bu qəbiristanlıq onların öz evləridir. Qaranlıq, zülmətlidir və orada heç bir nur yoxdur. Allah Təala buyurur ki, iki yerdə Quran oxumağın fəziləti çoxdur: biri məscid və o biri isə evdir. Həzrət Peyğəmbər (s) buyurur:
Sual-cavab | Baxis: 868 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-20 | Reytinq: 4.0/1 | Serhler(1)

Səhər tezdən durmaq üçün bir neçə tövsiyə - ARAŞDIRMA


 Bəzən səhər tezdən yuxudan durmaq üçün saatınızı qurursunuz və bəzən də saatınızı söndürüb, yenidən yatırsınız. Belə olan zaman istədiyiniz vaxtda qalxa bilmirsiniz.

Digər məlumatlar | Baxis: 769 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-18 | Reytinq: 0.0/0 | Serhler(0)

Dərviş həyatı  
Dərviş (farsca qapı-qapı gəzən adam mənasındadır). İslam ölkələrinin çoxunda bu söz "təriqət mənsubu" mənasındadır. Lakin farsca və qədim türk dillərində "sədəqə toplayan" kimi dar mənada işlədilir. Ərəbcə bunun müqabili "fağır" sözüdür.
Dərvişlər bir qrup təriqətlərə bölünürlər. Məsələn Nemətullahi, Hurufi, Əhli-həqq dərvişləri vardı. Avestada bu ada "deriqu" kimi rast gəlmək olur.
Digər məlumatlar | Baxis: 654 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Ömərin ömrünün son anları
      
 Buxari ibn Abbas, bir rəvayətdə yazır:
Ömərə zərbə vurulduğu zaman onu, dəhşətə gəlmiş və solğun halda gördüm. Dedim: 

-Ey Əmir-əl-mömiinin, sənin üçün qorxu yoxdur. Ömər dedi:

-Ey ibn Abbas, əgər yerin miqdarı qədər mənim qızılım olsaydı, Allahın əzabını görmzdən öncə, onun qorxusundan fidyə verərdim (xərcləyərdim). (Səhihi Buxari, c. 4, s. 201)
Digər məlumatlar | Baxis: 646 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Qiyamətdə Görüşmə 


Günəş işıqlığını itirmiş, ulduzlar dağılmış, dağlar parçalanmış, dənizlər alov alov…
"Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman,dağlar hərəkətə gətiriləcəyi zaman,   (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman, Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman, Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;…"‌[1]

Digər məlumatlar | Baxis: 597 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Mələklər Allaha etiraz etdi?

Quran hekayətlərini nəzərdən keçirdikdə yaranan suallardan biri budur ki, nə üçün İblis Allahın göstərişinə itaət etməyəndə ilahi dərgahdan qovuldu, mələklər insanın yaranışına etiraz edəndə cəzalandırılmadı?
İstənilən mövzuda sualın üç məqsədi ola bilər: öyrənmək məqsədi, qarşı tərəfi sınamaq məqsədi, deyilən sözə və ya görülən işə etiraz məqsədi.
İnsanın yaranışından xəbər tutan mələklərin sual verməkdə məqsədi etiraz yox, öyrənmək idi.

Sual-cavab | Baxis: 682 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Şəban ayının bəzi əməlləri

Hər gün 70 dəfə: "Əstəğfirullahə və əs’əluhut təubəh” (Allahdah bağışlanmaq istəyirəm və Ona tərəf qayıdıram) zikrini demək. Bu bir ay ərzində 1000 dəfə: "Lə ilahə illəllah və la nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” (Allahdan başqa tanrı yoxdur,müşriklərin xoşuna gəlməsə də dini yalnız Allaha məxsus edərək Ona ibadət edirik) zikrini demək.

Digər məlumatlar | Baxis: 724 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-15 | Reytinq: 5.0/1 | Serhler(0)

Bu gün Həzrət Əbülfəzlin (ə) mövlud günüdür

  Bu gün "Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbül-fəzl ibn Əlinin (ə) mövlud günüdür. Həzrət hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəlmişdir. Islam aləmində Həzrət Əbülfəzl (ə) Qəməri-Bəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə məruflaşmışdır.
Digər məlumatlar | Baxis: 731 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-13 | Reytinq: 5.0/1 | Serhler(0)


Həzrət Əbülfəzl Abbasın (ə) ləqəbləri

Həzrət Əbülfəzl Abbasın (ə) ləqəbləri

Digər məlumatlar | Baxis: 800 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-13 | Reytinq: 5.0/1 | Serhler(0)

Şeytanın övladları, onların adları və vəzifələri 

Sur çalınana qədər yaşayacağı üçün İblisə nəsil verildi.

 İblisin bir çox övladları var və hər birinin adları və vəzifələri vardır.
Digər məlumatlar | Baxis: 615 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-03 | Reytinq: 0.0/0 | Serhler(0)

Rəcəb - ümmətin istiğfar ayı

Rəcəb ayı - Allahın ayıdır. Çox bərəkətli aydır. Bu ayda çoxlu əməllər zikr edilmişdir. Gərək özümüzü bu zülal suda yuyaq ki, pak olaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, Allahın razılığına səbəb olar. İlahi qəzəb ondan uzaq olar. Cəhənnəmin qapıları üzünə bağlanar”.
Digər məlumatlar | Baxis: 869 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-02 | Reytinq: 5.0/1 | Serhler(0)

İnsana ruzi necə verilir?

Ruzi bəndələrə bərabər şəkildə verilməz. Allah insan həyatını nizama salmaq üçün onların ruzisini fərqli qərar vermişdir.

Allah bütün məxluqlarına - istər mömin olsun, istərsə də kafir, istər insan olsun, istərsə də heyvan - ruzi qərar vermişdir. Hər bir insanın ruzisi müəyyən edilmişdir. İlahi dərgahda qeyd edilmişdir.

Sual-cavab | Baxis: 1121 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-30 | Reytinq: 4.0/3 | Serhler(0)

1-50 51-100 101-150 ... 351-400 401-440