Bazar ertəsi, 2024-05-20, 7:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Sual-cavab
2013-01-28, 7:02 AM
Hansı malın zəkatı vardır?

Təqribən bütün fəqihlər öz risalələrində doqquz şeydə zəkatın olduğunu buyurmuşlar. Bunlar o dövrdəki ümumi camaatın istehsal və istifadə etdiyi həmin şeylərə aiddir. (Buğda, arpa, xurma, kişmiş, qoyun, inək, dəvə, qızıl və gümüş sikkələr.) Əlbəttə, bu doqquz şey üçün böyük fəqihlər öz risalələrində bir neçə şərait qeyd etmişlər. O şəraitlər bunlardan ibarətdirlər:
1-Zəkat verənin şəraiti,
2-Zəkat alanın şəraiti,
3-Zəkata aid malın şəraiti. Çəki, qiymət, qızıl və gümüşdən olan sikkə cəhətindən geniş yayılmış olsun.
4-Buğda, arpa və s. yaranan dəyişikliklər.
Onlar əgər quyu suyu ilə suvarılsalar, az bir miqdarda zəkatı veriləcək. Lakin əgər deminə yetişsələr, zəkatı bir az çox veriləcək. Ya o inəyin və qoyunun zəkatı var ki, otlaqda otlasın və onun sahibi onların yemlərini təmin etmək üçün heç bir pul xərcləməsin. Hər halda onun şəraiti risalələrdə müzakirə olunubdur. Biz o sahəyə daxil olmuruq. Hər kəs gərək öz təqlid mərcəsinə müraciət etsin və onun fətvasına əməl etsin ki, qiyamətdə də ona və Allahına dəlil olsun.

islammektebi.org
Category: Sual-cavab | Added by: Ənfal
Views: 642 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]