Bazar ertəsi, 2024-05-20, 9:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

«İsrafilin suru» nədir?
2013-02-11, 6:42 AM
«İsrafilin suru» nədir?
Cavab: «Zumər» surəsinin 68-ci ayəsində buyurulur: «Sur çalınacaq, Allahın istədiyi kimsələrdən başqa, dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi, onlar qalxıb müntəzir olacaqlar!»
Necə ola bilər ki, səs dalğaları bütün dünyanı bürüyə? Bir halda ki səs sürəti saniyədə 240 metri aşmır, bir Surun səsi bütün yer üzünə necə yayıla bilər?
Rəvayətlərə əsaslanaraq deyə bilərik ki, Sur adi bir şeypur deyildir: İmam Zeynəlabidin (ə) buyurur: «Sur böyük bir buynuzdur. Yerə yönəlmiş aşağı ucla səmaya yönəlmiş yuxarı uc yeddinci qatınadəkdir. Onun üzərində ruhların sayı qədər dəlik vardır». Həzrət Peyğəmbər (s) buyurur: «Sur nurdan olan bir buynuzdur və üzərində ruhların sayı qədər dəlik vardır»("Elmül-Yəqin" səh.892).
Surun nurdan olması, bu səsin sürətinin saniyədə 300.000 km işıq sürtindən çox olmasına bir işarədir.

Müəllif: Məhəmməd Azəri


Category: Sual-cavab | Added by: Ənfal
Views: 668 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]