Dəccal kimdir? Hədislərdən belə nəticə çıxartmaq olar ki, zühurun əlamətlərindən biri də Dəccalın qiyamıdır. Onun haqqında çox sayda ehtimallar verilir.
"Dəccal” sözü ərəb dilində "qızıl suyu” mənasını verir. O insanlar ki, çoxlu yalan danışır və batili haqq kimi cilvələndirirlər, onlara "Dəccal” deyirlər. Dəccal bir zalımdır ki, axəril-zamanda yaşayacaq. İnsanları yolundan azdıracaqdır. Hər üç dində: yəhudi, xristian və İslam dinində bu haqda söhbət açılmışdır. Hər üç dində deyilir ki, bu insan dünyaya gəlmişdir və sağdır.
Əhli-təsənnün mənbələrində Dəccal o zaman gələcəkdir ki, Qiyamət bərpa olacaqdır.
Bəs Dəccal kimdir?
Onun haqqında bir neçə ehtimal vardır:
Birinci ehtimal budur ki, Dəccal müəyyən bir şəxsin adı deyildir. Bu, o insandır ki, puç iddiaları ilə insanları yolundan azdırır. Hədislərdə onun haqqında bəzi məlumatlar verilmişdir. Həzrət Peyğəmbər (s) buyurub: "Qiyamət o zamana qədər bərpa olmaz ki, övladlarımdan olan Məhdi zühur edər. Məhdi o zamana qədər qiyam etməz ki, yalançı hiyləgər, insanları aldadan gələr. Fitnələri hər şeydən böyük olacaqdır”. Dəccal iki növdür: onlardan biri həqiqidir ki, bütün Dəccallardan sonra gələr və o birisi isə o insanlardır ki, işləri insanları aldatmaq və yollarından azdırmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Dəccalın zühuruna qədər 70-dən çox Dəccal zühur edəcəkdir”.
İkinci ehtimal isə budur ki, qeybət zamanında yaşayan müəyyən bir şəxsdir. O, zühurdan əvvəl yaşayacaq və qiyam edəcəkdir.
Dəccal haqqında xristian mənbələrində də məlumat verilmişdir. İncil kitabında Dəccalın adı dəfərlə çəkilmişdir. O kəslər ki, Həzrət İsanı (ə) inkar edirdilər, Dəccal adlanırdı.
Hədislərin birində oxuyuruq ki, Əsbəğ bin Nəbatə İmam Əlidən (ə) nəql edir ki: "Həzrətdən (ə) soruşdum ki: "Dəccal kimdir?”. İmam (ə) buyurdu: "Dəccal Sayid ibni Sayiddir. Bədbəxt o kəsdir ki, onu təsdiq edər və xoşbəxt o kəsdir ki, onu inkar edər. Sağ gözü bir-birinə yapışıb, o biri gözü isə alnındadır. Səhər ulduzu kimi parıldayar. İki gözünün arasında yazılmışdır: Kafir. Hər bir bilikli və cahili onu oxuya bilir. Dənizlərin dibinə gedər. Qarşısında tüstüdən dağ və arxasında ağ rəngli dağ vardır. Çətin qəhətlik dövründə qiyam edəcəkdir. Ağ bir uzunqulağa minmiş olacaqdır. Uzunqulağın hər addımı bir mildir (təxminən 185 m). Ayağını suya qoyan zaman qiyamətə qədər batacaqdır. Bütün cinlərin, şeytanların, insanların eşidəcəyi səslə fəryad çəkər: Ey mənim dostlarım! Mənə tərəf gəlin. Mən o insanam ki, təqdir edilmişdir və rəhbər edilmişdir. Mən sizin Pərvərdigarınızam. Allahın düşməni yalan deyir. Onun bir gözü vardır ki, yemək yeyir və bazarlarda gəzir.
Həqiqətən sizin Allahınız nə bir gözlüdür və nə də yemək yeyir. Allah bu sifətlərdən üstündür. Agah olun! O ruzigarda ən çox davamçıları napak insanlardır. Allah onu Şamda İsanın (ə) qarşısında namaz qılan kəsin vasitəsilə ki, cümə günündən üç saat keçəndən sonra öldürəcəkdir. Agah olun ki, ondan sonra böyük hadisə və qiyamət olacaqdır”.
Üçüncü ehtimal budur ki, Dəccal həmin Süfyanidir ki, əhli-təsənnün mənbələrində adı çəkilir.
Dördüncü ehtimal Dəccal dünyada olan zülmə və fitnəyə olan bir işarədir, bir kinayədir. Dünya hegemonlarına edilən bir işarədir. Ona görə də bu ehtimala görə Dəccal o kəsdir ki, xalqa rəhbərlik edir və ona zülm verir və haqlarını tapdalayır. Əlində olan sərvətlə dünyanı hər yerində olan hadisələrə qarışır və hamını özünə ram etmək istəyir.
Allah Təala bizləri dəccalları tanıyanlardan qərar versin!
(Tebyan/ Deyerler.org) |