Behişt əhli kimlərdir? - Sual-cavab - Digər məlumatlar - İslamda nələr var? - gunahkar-bende
Cümə günü, 2016-12-09, 1:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Behişt əhli kimlərdir?
2013-07-29, 9:07 AM

Behişt əhli kimlərdir?

 

"Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. ("Hud” 23).

O kəslər ki, Pərvərdigarın ibadətinə təkəbbür etməz, qəlbləri tövazökardır, heç bir zaman imanları titrəməz, saleh əməl yerinə yetirərlər. Bunlar xüsusi möminlər və bəsirət əhlidirlər, behişt əhlidirlər. Onlar bu saleh əməllərinə və Allah Təala qarşısında təvazökar olduqlarına görə behiştdə əbədi qalacaqlar. Allah bu ayədə bəsirət əhlinin xüsusiyyətlərini bəyan edir.

Allah buyurur ki, o kəslər ki, iman gətirib və saleh əməl yerinə yetiriblər, Onun vədinə təslim olmuşdular. Bu insanlar behişt səhabələridir. Orada cavidan qalacaqlar.

İman, saleh əməl, Allah Təala qarşısında təslim olmaq elə bir həqiqətdir ki, bir-birinə aiddir. Çünki saleh əməl - iman ağacının meyvəsidir. O imanın ki, belə bir səmərəsi yoxdur, süst və dəyərsiz iman olar. Həmçinin təslim məsələsi və Allahın vədinə təslim olmaq - iman və saleh əməldəndir. Çünki düzgün etiqad və pak əməl insanın daxilində bu mələkuti sifəti meydana gətirər.

 

Bu ayədən bu üç nəticəni çıxartmaq olar:

1. Həqiqi möminlər Allah qarşısında təvazökardırlar.

2. Onlar Allahın əmrlərinə təlsimdirlər.

3. Onların Allahın vədinə etimadları vardır.

 

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir ki: "Aramızda Kəlib adlı bir nəfər vardır ki, sizin tərəfinizdən gələn hər bir hədisə görə tez deyər: "Mən onun qarşısında təsliməm.” Ona görə də biz onun adını Kəlib təslim qoymuşuq. İmam (ə) buyurur: "Allahın rəhməti olsun ona. Bilirsinizmi ki, təslim nədir?” Biz sakit olduq və Həzrət (ə) buyurdu: "Allaha and olsun ki, bu həmin ayədir ki, Allahın kəlamında deyilmişdir: "Öz Rəbblərinə inamla könül verən kəslərdir””.

 

Eyni zamanda bu ayə iki tayfanı bir-biri ilə müqayisə edir. Onların biri bəsirət əhlidir və o birisi isə bəsirət gözlərini əldən vermişlərdir. Belə ki, Allah əvvəlki ayədə buyurur: "Onların axirət əzabı (özlərinin və onlara tabe olanların əməllərinin cəzası olaraq)ikiqat olacaqdır. Onların (haqqı) eşitməyə taqətləri yox idi və heç vaxt (qəlb gözü ilə) haqqı görmürdülər”. ("Hud” 20). Allah bu ayədə buyurur ki, bu insanlar haqqı eşitməyə taqətləri olmayan və bəsirət gözləri kor olan insanlardır.

Beləliklə deyə bilərik ki, behişt əhli o kəslərdir ki, həm imana, həm saleh əmələ malikdirlər və Allahın əmrlərinə təslim və Onun verdiyi vədə etimad göstərən möminlərdir.

Allah Təala bilzəri də belə möminlərdən qərar versin.

 

(Tebyan/deyerler)

Category: Sual-cavab | Added by: Ənfal
Views: 292 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]