Main » Files » Digər məlumatlar » Sual-cavab |
Əbədi əzab nə deməkdir?
2013-05-04, 10:49 AM | |
Yalnız Cəhənnəm yoluna (hidayət edər) ki, orada həmişəlik olaraq əbədi qalarlar. Bu iş (saysız-hesabsız insana sonu bilinməyən bir müddət ərzində məhdudiyyəti olmayan bir əzab vermək) Allah üçün asandır”. ("Nisa” 169). "Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar”. ("Cinn” 23). Alimlərin bir çox bu ayələrdə istifadə edilən əbədi və cavidan sözlərini təfsir etməyə çalışmışdılar. Bəziləri deyir ki, əbədi sözü bir məcazdır, ya da nisbətən uzun bir müddətdir. O insanlar ki, ömürlük məhkum olublar onlara deyilir ki, əbədi zindanlısan. Halbuki, bu dünyadakı heç bir zindanda əbədi qalmaq mümkün deyildir. İnsan ölən zaman zindan həyatı da sona çatır. Bəziləri deyir ki, günah onların bədənini elə bürümüşdür ki, ömürlük cəhənnəmdə qalarlar. Ancaq cəhənnəm eyni halda qalmır. Bir gün gələcəkdir ki, alovu başqa alovlar kimi sönəcəkdir. Cəhənnəm əhli xüsusi rahatlıq taparlar. Bəziləri deyir ki, zaman keçdikcə və uzun müddət cəzalandırıldıqdan sonra onlar həmin mühitə öyrəşirlər, yəni get-gedə ona adət edərlər. Elə bu zaman heç bir növ əzabı hiss etməzlər. Bu məsələni izah etmək üçün üç şeyə diqqət etmək lazımdır: 1. Əbədi cəza. Bu, o insanlara aiddir ki, nicat qapısı üzlərinə bağlanmışdır. Günahın xəcalət kölgəsi onların bütün qəlb və canını bürümüşdür. Həqiqətdə günahın rənginə boyanarlar. "Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar”. ("Bəqərə” 81). 2. Bəziləri belə düşünür ki, bir insana verilən cəza gərək günahın müddət və zamanı ölçüsündə olsun. Bu, yanlış fikirdir. Çünki günah ilə cəza arasında rabitə, zaman rabitəsi deyildir. Yəni cəzanın müddəti günahın keyfiyyətinə görə olur. Onun zamanına görə deyil. Ola bilsin ki, bir dəqiqədə bir insanı öldürsün, böyük günaha batsın. Burada görürük ki, günahın zamanı ancaq bir dəqiqə olmuşdur. Ona görə də günahın keyfiyyətinə diqqət edilər. 3. İnsanın Qiyamət günü düçar olacağı cəza onun əməl və günahına görə olacaqdır. İnsanların o biri dünyada çəkəcəkləri ağrı və əziyyətlər onların öz əməlinin nəticəsinə görədir. "Və (belə deyiləcəkdir:) «Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür)»”. ("Yasin” 54). "Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir” ("Casiyə” 33). "Hər kəs (əqidə və əməl mərhələsində) yaxşı əməllə gəlsə, onun üçün (dünyada və axirətdə) ondan daha yaxşısı (mükafat) vardır və hər kəs pis əməllə gəlsə, pis iş görənlər yalnız günahları ölçüsündə cəzalandırılarlar”. ("Qəsəs” 84). Beləliklə, deyə bilərik ki, hər kəs bu dünyada gördüyü pis əməlin səviyyəsinə görə axirətdə cəzalandırılacaqdır. Əgər nicat qapısı üzünə bağlanmışdırsa, deməli əbədi olaraq cəhənnəmdə qalacaqdır. (Tebyan/ Deyerler.org) | |
Views: 887 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |