Cümə axşamı, 2017-09-21, 4:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Qiyamət günü yer danışacaqmı?
2014-02-20, 8:03 PM
Allah Təala "Zəlzələ” surəsinin 4-cü ayəsində yerin danışacağına işarə edərək buyurmuşdur: "Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə  danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar)”.

Yer kürəsi, üzərində baş verən xeyirlərdən və şərlərdən xəbərdardır. Qiyamət günü insanın bütün əməlləri hesaba çəkiləcəkdir. Onun əməllərinə şahidlik edənlərdən biri də yer olacaqdır. Çünki, o daima bizim əməllərimizə şahiddir və onları görür. (Tebyan)

Həzrət Peyğəmbərdən (s) nəql edilən hədisdə oxuyuruq: "Burada yerin öz  xəbərlərini verməsindəki mənanın nə olduğunu bilirsinizmi?”. Dedilər: Peyğəmbər (s) bizdən daha agahdır. Peyğəmbər (s) buyurur: "Yerin xəbər verməsindəki məqsəd odur ki, hər bir qadın və kişinin yer  üzərindəki etdiyi əməllərdən o, xəbərdardır. Deyər: "Filankəs filan gün filan işi görmüşdür. Budur yerin xəbər verməsi”.

Başqa bir hədisdə Həzrətdən (s) oxuyuruq: "Dəstəmazınızı hifz edin ki, sizin ən yaxşı əməliniz namazdır. Yerin qayğısına qalın ki, sizin ananızdır. İnsanın hər bir xeyr və şər işindən yer xəbərdardır”.

Görəsən yer də insan kimi Qiyamət günü ağzını açıb danışacaqmı?

İnsanın gördüyü hər bir əməl istər-istəməz ətrafında təsir qoyur. Baxmayaraq ki, bu gün biz onu hiss etmirik. Bütün bu təsirlər zahir olar. Yerin danışması bu zühurdan başqa bir şey deyildir. Bəzən yuxulu birinə belə deyirik: "Gözlərin deyir ki, gecə yatmamısan”. Yəni yuxusuzluğun əlaməti orada zahir və aşkardır.

Bütün bunlara baxmayaraq, bu, heç də təəccüblü bir şey deyildir. Bu gün bəşər bu qədər elm və texnikada inkişaf edərək, elə vasitələr ixtira etmişdir ki, hər bir yerdə və hər bir an insan səsini qeyd edə bilir.

Ya onun əməllərinin şəklini çəkib, onu müşahidə edə bilir. Əgər keçmişdə yerin şahidlik verməyinə təəcüblənmək olurdusa, bu gün paltara kiçik bir düymə aparatı taxaraq, insanı səhərdən axşama qədər müşahidə etmək olar.

İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: "Məscidin müxtəlif tərəflərində namaz qılın. Çünki Qiyamət günü yerin hər hissəsi üzərində namaz qıldığı kəsə görə şəhadət verər”.

Başqa bir hədisdə oxuyuruq ki, Əmirəl-möminin (ə) beytul-malı payladıqdan sonra iki rükət namaz qılardı və buyurardı: "(Qiyamət günü) şəhadət ver ki, mən səni haqla doldurdum və haqla da boşaltmışam”.

Hələ ki, yer üzərində addımlayır və nəfəs alırıq, əməllərimizə diqqət edək və Qiyamət günü yerin söylədiklərinə görə xəcalət çəkməyək.
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 708 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]