Cümə günü, 2024-05-03, 9:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Dənizin dibindəki canlılara ruzi çatdıran Allah, bizi ruzisiz qoyacaq?
2013-02-20, 1:21 PM
Dənizin dibindəki canlılara ruzi çatdıran Allah, bizi ruzisiz qoyacaq?

 İmam Əli (ə) buyurur: "Əgər insanlar Allahın qüdrətinin əzəməti və nemətlərinin böyüklüyü haqqında düşünsəydilər, düz yola qayıdardılar. Yandıran atəşdən qorxardılar”.


İmamın (ə) bu nurani kəlamı insan qəlbində parlaq bir çırağı yandıra bilər. İnsan nurlu qəlbi və açıq gözləri ilə Allahın qüdrətinin böyüklüyü və sonsuz nemətləri haqqında təfəkkür edərsə, haqq yoluna qədəm basar. Allaha lazım olduğu kimi ibadət edər.

Din alimləri Allahın əzəmətinə dair çox sayda tədqiqatlar aparmışdılar. Bu haqda çox sayda kitablar yazmışdılar. İnsan bu tədqiqat nəticəsində İlahi əzəmət okeanının ancaq bir damcısını kəşf edə bilər.

Allah geniş Yer kürəsini xəql etmişdir. Onu dağlar, səhralar, meşələr, bulaqlar, heyvanlar və insanlarla zinətləndirmişdir. Bizi təfəkkür etməyə məşğul edən şey odur ki, Allah bütün bu nemətləri insan üçün xəlq etmişdir. Bütün bu nemətlər insana xidmət etmək üçün yaradılmışdır. Ona bu ləyaqəti vermişdir ki, onların vasitəsilə həyatlarını qura bilsinlər.

Allah bu həqiqəti Öz nurani kəlmaında belə bəyan edir: "Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?!” ("Loğman” 20).

Bəli, İlahi nemətlər insanı aşiqcəsinə ağuşuna alar və mehriban dayə kimi aləmlərin bu üstün varlığının inkişaf etməsi üçün çalışar. Bu cür Mehriban Allaha qarşı niyə belə insafsızlıq edilir?

İmam Əli (ə) bu haqda belə buyurur: "Ancaq qəlblər xəstə və gözlər eyblidir”. Allahın lütf və mərhəmətini görməz, Allahın qarşısında əyilmək yerinə, Ona qarşı üsyan edərlər. Özünü havayi-nəfsin ixtiyarına verir və nəfs nəyi çalırsa, insan da onu oynayır.

Hədislərin birində Həzrət Peyğəmbər (s) ərz edir ki, Allah buyurur: "Ey Adəm övladı! Sən mənimlə insaflı rəftar etmirsən. Mən səninlə dostluq etmirəm. Sənə nemətlər mərhəmət edirəm, sən isə Mənimlə düşmənçilik edirsən. Günah işlədirsən. Mənim xeyir və rəhmətim sənə nazil olar, sənin şərin isə Mənə tərəf gələr. Həmişə və hər gün böyük mələk sənin tərəfindən Mənə çirkin əməlləri gətirər. Ey adəm övladı! Əgər özünün bu çirkin əməlini başqasından eşitsən və sən də bilməsən ki, deyən kimin haqqında danışır tez bir zamanda onu məzəmmət edərsən”.



Allah öz bəndəsini heç bir zaman unutmaz.

İmanımız zəif olduğundan, maddi məsələlərin Allahdan olmasını bəzən unuduruq. Baxmayaraq ki, dilimizdə deyirik ki, Allah bizə ruzi verəndir, ancaq əməl mərhələsinə çatan zaman din və əqidəmiz titrəməyə başlayır. İlahi dərgaha pənah aparmaq yerinə, şeytanla bir yerdə oluruq. O qədər qəmgin oluruq ki, sanki göy yerə dəymişdir. Sanki bu aləmdə heç bir şey sənin fəryadına çatmır.

Əgər insan bir qədər öz imanını gücləndirməyə çalışsa, Allah da onu unutmaz və daima onu yada salar. Allah biz canlıların ehtiyacını daima təmin edər. Heç bir zaman bu işini təxirə salmaz.

Misal üçün: Keçmişdə bütün alimlər belə düşünürdü ki, əgər dənizin dibində canlı olsaydı, onların qidası haradan təmin olunardı. Çünki canlıların əsl qidası Günəş şüası olan yerlərdə təmin olunar. Dənizin 700 metrlik dərinliyində Günəş nuru yoxdur, ora həmişə zülmətdir. Ancaq tezliklə aydın oldu ki, Günəş nuru bitkiləri suyun üzündə yetişdirir və meyvə mərhələsinə gəlib çatan zaman dənizin dibinə çökər. Bu zaman orada yaşayan canlıların nemət süfrəsi təmin edilmiş olar.

Allah hətta dənizin dibində olan kiçik varlıqlarını belə unutmadığı halda, necə ola bilər ki, varlıqların ən şərəflisi olan insanı unutsun?! Allah buyurur: "Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir”. ("Hud” 6).



(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 762 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]