Main » Files » Digər məlumatlar » Digər məlumatlar |
2013-06-13, 10:28 AM | |
Bu gün Həzrət Əbülfəzlin (ə) mövlud günüdür
Bu gün "Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbül-fəzl ibn Əlinin (ə) mövlud günüdür. Həzrət hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəlmişdir. Islam aləmində Həzrət Əbülfəzl (ə) Qəməri-Bəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə məruflaşmışdır. Atası, Allahın hüccəti Həzrət Əli (ə), anası isə öz şücaətləri ilə ad qazanmış "Kilab" qəbiləsindən olan Ümmülbənidir.
Həzrət Əbülfəzl tərbiyəni İmam Əlidən (ə) alıb. Onda bütün insani dəyərləri və xüsusiyyətləri təcəssüm edib. Öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır. Xüsusən də Kərbəla məktəbinin ən layiqli tələbəsi kimi insanlıq tarixinə adını yazıb. İmamın mövludu münasibəti ilə başda Zəmanə Sahibi (ə.f) olmaqla bütün dünya müsəlmanlarını təbrik edirik. deyerler | |
Views: 740 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |