Çərşənbə axşamı, 2024-03-19, 1:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

88. Ğaşiyə surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
88. Ğaşiyə surəsi
(Məkkədə nazil olmuşdur, iyirmi altı ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. (Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?
     2. O gün (bəzi) üzlər zəlil və çökmüş olar.
     3. Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.
     4. Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.
     5. Qaynar bulaqdan içirdiləcəklər.
     6. Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).
     7. (O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.
     8. O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.
     9. Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.
     10. Ali və uca məqamlı Cənnətdə olarlar.
     11. Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.
     12. Orada daim axan bulaq var.
     13. Orada uca, qiymətli taxtlar var.
     14. (Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.
     15. Bir-birinin yanına düzülmüş yastıqlar
     16. (Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)
     17. Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?
     18. Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?
     19. Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?
     20. Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?
     21. Belə isə, öyüd - nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd - nəsihət verənsən.
     22. Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).
     23. (Öyüd - nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd - nəsihətindən sonra) üz çevirər və kafir olarsa,
     24. Allah ona ən böyük əzabla əzab verər.
     25. Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!
     26. Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizdədir.
     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 2680 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]