Çərşənbə axşamı, 2024-03-19, 6:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

90. Bələd surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
90. Bələd surəsi
(Məkkədə nazil olmuşdur, iyirmi ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),
     2. Sənin yerləşdiyin bu şəhərə;
     3. Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kəbənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,
     4. Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).
     5. Yoxsa o elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!
     6. (Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!»-deyir.
     7. Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!
     8. Məgər Biz ona iki (görən) göz vermədikmi?!
     9. Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi) ?!
     10. Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!
     11. Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.
     12. Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!
     13. (O) Bir qul azad etməkdir.
     14. Yaxud qıtlıq və aclıq günü yemək verməkdir-
     15. Qohum olan bir yetimə,
     16. Və ya yerə sərilmiş bir miskinə!
     17. Bunlardan əlavə, iman gətirən və bir - birinə səbr, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.
     18. Onlar xeyir - bərəkət və səadət əshabıdır (sahibləridir).
     19. Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).
     20. Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb - yandırması çoxdur, çıxış yolu isə bağlıdır).
     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli

Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 2862 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 waqqa   (2011-08-18 7:24 PM) [Daxil et]
niyə açmır bu surə

Only registered users can add comments.
[ Registration | Login ]