Çərşənbə axşamı, 2024-03-19, 10:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

106. Qureyş surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
106. Qureyş surəsi
(Məkkədə nazil olmuşdur, dörd ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. Qüreyşin (həm bir - biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər).
     2. Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün.
     3. Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər.
     4. O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı.

     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 3222 | Rating: 3.5/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]