Cümə axşamı, 2024-05-09, 3:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 18 » Zühur tarixi
9:27 AM
Zühur tarixi
 Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir. ("Tövbə" surəsi, ayə 32)

M.İ (Miladi ili) 571-ci il - Fil ili. Həbəşistanın Yəmən valisi Əbrəhə fillərlə Kəbəyə yürüş edir.

20( və ya 25) aprel 571-ci il - Bəşəriyyətin ən şərəflisi Həzrət Muhəmməd (s.ə.s) dünyaya gəlir.

575-ci il - Dörd il süd anası Həlimənin yanında qaldıqdan sonra ailəsinə qayıdır.
 
576-cı il - Anası Aminə və ya xidmətçiləri Ummi Əymən ilə birlikdə Mədinəyə qayıdıb atasının məzarını ziyarət edir, qayıtdıqda Əbva adlı məntəqədə anası Aminə vəfat edir.

578-ci il - Babası Əbdülmütəllib vəfat edir və bundan sonra əmisi Əbu Talibin himayəsinə keçir.

583-cü il - Əmisi Əbu Talib ilə birlikdə Suriyaya ticarət səfərinə çıxır və Busrada Bəhira ilk dəfə onun peyğəmbərliyindən xəbər verir.

588-ci il - Əmisi Zübeyr ilə Yəmənə səfər edir.

591-ci il - Qureyş və Hevaz arasında dörd il davam edən Fucar döyüşündə bitərəf qalır və Hilful Fuzul toplantısında iştirak edir. (Hilful Fuzul toplantısı barədə ətraflı məlumat etmək üçün  http://gunahkar-bende.ucoz.org/news/hilful_fuzul_peymani/2012-03-18-3673 səhifəyə müraciət edin).

595-ci il - Həzrət Xədicənin ticarət karvanını Şama aparır və səfərdə Müysərə Həzrət Muhəmmədə (s.ə.s) heyran qalır.

596-cı il - Həzrət Xədicə ilə ailə qurur. Əmisi Əbu Talib nigah mərasimində iştirak edir.

598-ci il - Peyğəmbərin (s.ə.s) oğlu Qasim dünyaya gəlir və ona Əbulqasim ləqəbi verilir. 

599-cu il - Həzərt Əli (ə) dünyaya gəlir.

600-cu il - Peyğəmbərin qızı Zeynəb dünyaya gəlir.

604-cü il - Qızı Rüqəyya dünyaya gəlir

608-ci il - Qızı Ümmü Gülsüm dünyaya gəlir.

608-ci il - Muhəmmədul Əmin ləqəbini alan Həzrət Muhəmməd (s.ə.s) Kəbəyə hakim təyin olunur.

610-cu il - Hira mağarasında (Ramazan ayının Qədr gecəsində) ilk vəhyin gəlişi, peyğəmbərliyə təyin olunması. Bundan sonra ona ən yaxın insanlar - Həzrət Xədicə, Həzrət Əli (ə) , Əbu Bəkr və Zeyd islamı qəbul edirlər. Qızı Həzrət Fatimə (ə) dünyaya gəlir.

613-cü il - Üç il davam edən gizli dəvətlərdən sonra Səfa dağına çıxaraq dəvətini aşkarcasına elan edir.

615-ci il - Müsəlmanlar Osman ibn Əfvanın rəhbərliyi ilə Həbəşistana hicrət edirlər. Bütbərəst müşrüklərin təzyiqləri gücləndikdə müsəlmanlar Darul-ərqam adlı məntəqədə özlərinə sığınacaq tapırlar.

616-cı il - Həzrət Həmzə və Ömər ibn Xəttab İslamı qəbul edirlər. İran hökümdarı Pərviz Suriya və Misiri işğal edir.

617-ci il - Həzərt Əli (ə) qardaşı Cəfər Təyyarın rəhbərlik edir etdiyi 90 nəfərlik dəstə (13 qadın, 77 kişi) Həbəşistana ikinci dəfə hicrət edir.  Məkkə müşrükləri mühacirləri Həbəşistan padşahı Nəcasidən geri istəsələr də, Cəfər Təyyarın "Məryəm " surəsindən oxuduğu ayələr onu təsirləndirir və onları geri qaytarmaqdan imtina edir. Həmin ildə Məkkə mürükləri müsəlmanlara qarşı ictimai, iqtisadi və siyasi mühasirə elan edir.

619-cu il - Qureyşin üç il davam edən mühasirəsi nəticəsində Həzərt Xədicə və onun ardınca Peyğəmbərin (s.ə.s) əmisi Əbu Talib dünyasını dəyişir. Həmin ilə "Amul-huzn" (Hüzn ili) adı verirlər. Beləliklə, 12 nəfər mədinəlinin İslamı qəbul etməsi nəticəsində birinci əqibə əhd-peymanı bağlanılır.

620-ci il - Həzrət Muhəmməd (s.ə.s) ətraf qəbilələri İslama dəvət etmək üçün Taifə gedir. Lakin orada təhqir olunaraq Mutim ibn Ədiy himayəsində Məkkəyə geri qayıdır. Həmin il Peyğəmbər (s.ə.s) meraca ucalıq və həcc mərasiminə gələn zəvvarlarla görüşündə onları İslama dəvət edir.

621-ci il - ll Əqibə əhd-peymanı bağlanılır və Peyğəmbər (s.ə.s) mədinəlilərə İslam və Quranı öyrətmək üçün Musəb ibn məyri oraya göndərir. Ovs və Xəzrəclilər Peyğəmbərlə gizlincə görüşün onu Mədinəyə dəvət edirlər.

622-ci il - Peyğəmbər Əbu Bəkrlə birlikdə Məkkədən Mədinəyə hicrət edir. Mədinəyə yaxınlaşdıqda ilk Quba məscidini inşa etdirir. Rənunə vadisində ilk Cümə namazını qılır və ilk xütbəsini də elə orada oxuyur. Neccar oğulları Peyğəmbəri (s.ə.s) Mədinəyə gətirir və o, Əbu Əyyub Əl-Ənsarinin evində yeddi ay müsafir qalır. Mühacirlərlə Ənsar arasında qardaşlıq əhd-peymanı bağlanılır.
 Məkkədə nigah bağladığı Əbu Bəkrin qızı Aişə ilə ailə qurur. Bizanslar Suriya və Misiri İrandan (Sasanilərdən) geri qalırlar.

Ardı var...

Category: Tarix | Baxış: 1427 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]