Bazar ertəsi, 2024-04-29, 3:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 14 » Xanım Zəhra (s.ə) barədə yuxu
5:34 AM
Xanım Zəhra (s.ə) barədə yuxu
Xanım Zəhra (s.ə) barədə yuxu







   
Livanda İslami müqavimət təşkilatı Hizbullahın lideri Seyid Həsən Nəsrullahın Xanım Zəhra (s.ə.) barədə gördüyü mənalı yuxusu
   Ayətullah Xəzəli Seyid Həsən Nəsrullahdan belə nəql edir:
   -İsrailin Livana hücumu zamanı, özünün modern hərbi gəmilərilə Livan sərhəddinə yaxınlaşmışdı. Biz bütün qüvvəmizlə mübarizə edirdik. Yorulmuşdum və o modern gəmiləri partlatmağın necə mümkün olduğunu bilmirdim. Bərk yorulduğumdan komandanlıq otağında yuxu məni apardı...
Yuxuda gördüm ki, Əhli-beytin (ə) məhzərinə yetişdim və növbə ilə o müqəddəs nurların hüzuranda olurdum. Hər birini ziyarət etdikdə, məni hidayət edir və sonra növbəti imama istiqamətləndirirdilər. Beləcə Həzrət Fatimə Zəhranın (Allahın salamı ona olsun) xidmətinə yetişdim. Onu görən kimi ürəyimin dərdini başladım. İşin çətinliyindən danışdım və ondan kömək etməsini istədim. O Həzrət (s.ə.) əli ilə səmaya işarə etdi və bir kəlamla məni ovundurdu. O halda yuxudan oyandım.
   Bu yuxudan bir müddət keçmişdi ki, xəbər verildi ki, İsrailin hərbi gəmilərindən biri məhv edilib. Bu qələbə əməliyyatının saatını soruşdum. Bu hadisə, mənim yuxuda olduğum zamanla eyni vaxtda baş vermişdi.
Mənbə: Partosokhan.ir
Tərcümə etdi: M. Əhmədov
islammektebi.org

Category: Diger me'lumatlar | Baxış: 823 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]