Bazar günü, 2024-05-19, 10:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 2 » Şüşə və ayna
6:11 AM
Şüşə və ayna
Şüşə və ayna


Bir gənc oğlan tanınmış ruhaninin görüşünə gedib ondan nəsihət istədi. Ruhani onu pəncərənin qarşısına dəvət edib "nə görürsən?” - soruşdu. Gənc cavab verdi:
-Yoldan keçənləri görürürəm. Yol kənarında oturub dilənən qocanı görürəm...
Ruhani bu dəfə gənci güzgünün qarşısına gətirdi və soruşdu:
-İndi nə görürsən?
-Özümü görürəm – dedi gənc.
Ruhani nəsihət məqamının çatdığını görüb dedi:
-Şüşə ilə güzgü eynidir, aralarında bir fərq var ki, güzgünün arxasına gümüş tozu çəkilib. Onu şüşədən üstün edən həmin gümüşdür. Demək, adi şüşə yoxsul insan kimi ətrafı görür, ayna isə gümüşünə görə varlı adam kimi yalnız özünü görür. Bil ki, bu gümüş pərdəni gözlərindən çəkməsən həqiqəti, ətrafdakıları görə bilməzsən.
 

Haqq Yolu Tərcümə Mərkəzi

Category: Diger me'lumatlar | Baxış: 774 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]