Çərşənbə günü, 2024-05-15, 10:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 27 » Şirin yuxu
9:04 PM
Şirin yuxu
İnsan bir ildə orta hesbla 1,460 yuxu görür.
"Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (Ruzi qazanmaqdan ötrü) həyat (iş, fəaliyyət vatı) yaradan Odur" ("Nur" 47)


Yuxuda gördüklərimizi hərəkətlə təkrara etnəmək üçün bədənimiz bütünlüklə iflic vəziyyətinə düşür.
Hər birimizdə heç olmasa, bir dəfə belə hiss oyanır: gördüyümüz yuxunun bir hissəsini süuraltı bizim həmin anda hiss etdiyimiz fiziki duyğuya çevrilir. Məsələn, susuzluq hiss edən şəxslərə, şüuraltı stəkan obrazını "örtürür". Onlar yuxuda su içmək istəyir, lakin sonradan yenidən susuzluq hissi keçirir və bir daha su içmək istəyirlər və beləcə oyanıb  su içmək istədfiklərini başa düşənə qədər  hey təkrarlanır. Beləcə şüuraltı insana oyanıb su içməli olduğunu bir növ "təlqin" edir.
  Siqaret tərgidən şəxslər daha çox real və dolğun yuxular görürlər. Çox zaman onlar yuxuda yenidən siqaret çəkməyə başladıqlarını görür və belə olduqda özlərini təqsirkar hiss edirlər. Bizim şüuraltımız işarə və simvollardan istifadə edir. Odur ki, nə qədər məntiqi və bolsüyetli olsa belə, hər yuxunu doğru qəbul etmək lazım deyil. Çünki süuraltı bizə dəqiq obrazlar deyil, yalnız sıqnallar örütüt.
  Normal görmə qabliyyətinə malik insan yuxularının 12%-ni ağ-qara, qalanlarını isə rəngli görür. Bəzi insanlar istinasız olaraq yuxuda bütün halları görürlər - məktəbdə baş verən hadisələri, təqibdən xilas olmağı, hündürlükdən yıxılmağı və ya tullanmağı, dişlərinin düşməsini, uçuşları, imtahanda qeyri-kafi qiymət almağı, avtomabil qəzasına düşməyi və s.
  Bəzən yuxuda tanımadığımız insanlar da görürük, lakin onların simaları bizə tanış olmadığından dərk edə bilmirik.
 Bu yaxınlarda alimlər belə bir ekspriment aparıblar: sınaqda iştirak etmək istəyənlərə 8 saat yatmaq tapşırılır.  Lakin onlar gördükləri bütün yuxuların ilk mərhələsində oyandılar. Üç gündən sonra onların hamısında   diqqəti bir yerə cəmləməkdə çətinliklər yarandığı, hallüsinasiya (gözəgörünmə, qarabasma),  anlaşılmaz əsəbilik və psixozun ilkin əlamətləri müşahidə olunur. Nəhayət, sınaqda iştirak edənlərə yuxu görməyə imkan verilir.  Bu halda alimlər müşahidə edirlər ki, beyin əvvəlki günlərdə yarımçıq qalmış yuxunun əvəzini adi günlərdən daha uzun yuxu hesabına bərpa edir (psixoloji sarsıntı keçirmiş xəstələr istisna olmaqla). Bütün insanlar yuxu görürlər. Lakin kişi və qadınlar yuxunu fərqli görürlər. Belə ki, kişilər yuxuda, adətən eyni nisbətdə kişi cinsinə, qadınlar isə qadın cinsinə mənsub olanları görürlər. 
  Yuxudan oyandıqdan beş dəqiqə sonra gördüyümüz yuxunun yarısını, on dəqiqədən sonra isə demək olar ki, yalnız 10%-ni xatırlaya bilirik. Lakin bəzi şair və yazıçılar öz şer və yeniliklərini məhz yuxuda görmüşlər.
 Böyüklər uşaqlara nisbətən daha çoc qorxulu yuxular görürlər.  Buna ən başlıça səbəb isə gündəlik həyatda keçirilən depresiyalar  və şam yeməyinin gec yeyilməsidir. Belə ki, yatmazdan əvvəl qida  qəbul etdikdə beyin insanın  hələ bir çeçə saat fəal olacağıa və qəbul olunan enerjidən sitifadə edəcəyinə dair siqnal alır. Bu səbəbdən də insan qorxulu və xoşagəlməz yuxular görür.
  Belə məlum olub ki, insan yuxu gördüyü zaman xoşagəlməz iy duyduqda neqativ yuxular görməyə başlayır. Ətrafa gözəl yuxu buraxdıqda isə yuxular pozitivləşməyə başlayır.
Yuxu da özümüzü görsək də, biz onları kinoteatrda seyr etdiyimiz filmlər kimi görürük.
 Adətən görünən yuxular bütövlükdə yadda qalmır. Yuxu görən insanı kənar səs və ya şəxs oyatdıqda onu xırdalığına qədər xatırlayır.
  Ana bətnində olan uşaqlar da yuxu görə bilirlər, lakin onların yuxuları sadə və qısamüddətli olur. Yuxular adətən 7-10 yaşlarından sonra formalaşmağa başlayır və biz yaşa dolduqca onların mövzuları da başqa şəkil alır.
Bəzən insan müəyyən bir məsələni həll edə bilmədikdə onun cavabını yuxuda görür. Məslən,  Mendeleyev özünün Kimyəvi elementlərin  dövri cədvəlini, kimyaçı Avqust Kekul uzun müddət üzərində işlədiyi benzol malekulunun strukturunu, bəstəkar, skripkaçı Cüzeppe Tartini "İblisin zənguləsi" sonatasının son hissəsini,  Jan Latonten "İki göyərçin" əfsanəsini, Derjavin "Allah" qəsidəsini yuxuda görüb. Bethoven yuxuda pyes yazıb.

Sonradan görmə qabliyyətini itirən şəxslər yuxularını şəkil kimi görürlər. Anadangəlmə korlar isə yuxuda şəkil görmürlər. Lakin onların gördükləri yuxular səs, iy və hisslərlə müşayət olunur. Adətən insan yuxuda tanıdığı şəxsləri görür. Lakin bəzən onun yuxusuna əsla tanımadığı və heç vaxt ünsiyyətdə olmadığı şəxslərdə gəlir. İnsan yuxuda istənilən dildə danışa və başa düşə bilir ki, bunun da səbəbini hələ bu vaxta qədər heçbir elm sübuta yetirməmişdir.

   Yuxu görərkən ürək döyüntüsü tezləşir, əzələlər tarımlaşır, tənəffüz zəifləyir, bir sözlə, adi halda özümüzü necə gümrah hiss ediriksə, yuxu gördüyümüz zaman da həmin vəziyyətdə oluruq. Sadəcə, nə gözümüz görür, nə də bədənimiz hərəkət edir. Yuxuda olduğumuz zaman qulaqlarımız hələ də səs qəbul edir, göz qapaqlarımızın arasından gözlərimizə işıq şüaları daxil olur. Belə olduqda eşitdiyimiz səs və göz qapaqlarımızdan  daxil olan işıq şüaları yuxumuzda əks olunsun deyə, beynimiz bütün süjetlərdə dərhal düzəliş aparır. Bunun nəticəsində maşın səsini nərildəyən pələng səsi, elektrik lampasının yanması isə uçan boşqabın səsi kimi eşidirik.

Ardı var....

Category: Diger me'lumatlar | Baxış: 854 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]