Bazar ertəsi, 2024-04-29, 1:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 29 » ŞİRK NƏDİR?
10:59 PM
ŞİRK NƏDİR?
ŞİRK NƏDİR?

Dünya Əhli-Beyt (ə) tədqiqat cəmiyyətinin rəhbəri Hüccətül-İslam vəl-muslimin Seyyid Abbas Seyyid Kərimi Bəqi qəbiristanlığının dağıldılmasının ildönümündəki çıxışında bildirdi: "Bəqi qəbiristanlığı 80 il qabaq məqbərəyə malik idi. O zaman İmam Həsən Müctəba (ə) və başqa İmamların qəbirlərinin günbəzi və hərəmi var idi ki, bunu birmənalı təsdiq edən şəkillər vardır. Bu o zamana qədər idi ki, ibn Əbdülvəhabın ardıcılları oranı ələ keçirib, dağıtdılar. Buna baxmayaraq, divarların nişanələri indiyə qədər qalmaqdadır”.

Qum elmi hövzəsinin müəllimi deyir ki, Bəqi qəbiristanlığının dağıdılması, İbni Teymiyyənin və Muhəmməd ibni Əbdulvəhabın İslam haqqındakı yanlış çıxarışlarının nəticəsidir və onların yanlışlarının kökləri "şirk” sözünün həqiqi mənasını dərk etməməklərində idi. Əlavə etdi: "Onlar Quran və İslamda şirkin mənasını düzgün dərk etmədiklərinə görə, təsəvvür edirlər ki, Peyğəmbərə (s), İmamlara (ə) və Əhli-Beytə (ə) təvəssül etmək və hacət istəmək şirkdir”.

Seyid Kərimi şirkin mənası haqda buyurdu: "Şirk odur ki, biz hansısa bir varlığı birbaşa Allaha bərabər qərar verək və ondan hacət istəyək. Bu - bütpərəstlik və şirkdir və Quran bu şirki inkar edir. Amma əgər biz inansaq ki, bütün işlər Allahdandır və Allahın özü icazə verir ki, bir bəndə onun icazə ilə başqaları üçün iş görsün və bu işin bir çətinliyi yoxdur”.

Bu müəllim, Həzrət İsa (ə) tərəfindən ölüləri diriltməyi, xəstələrə və korlara şəfa verməyi Allahın icazəsi ilə olduğunu və bu Peyğəmbərin Allahın izni ilə bəndələrin hacətlərini yerinə yetirdiyini bir misal kimi çəkərək, buyurdu: "Biz gərək Allaha hansısa varlığı bərabər tutmaqla, Allahın özünün icazə verdiyi xüsusi bəndələr arasında fərq qoyaq”.

Seyid Kərimi, "Niyə bəzi insanlar başqa insanların hacəti üçün vasitə qərar verilir?” sualına belə cavab verir: "Həqiqətdə Allah istəyir ki, bu şəxsin məqamını tanıtsın ki, insanlar Allahı və o vasitə olan şəxsi daha yaxşı dərk etsinlər və ona yaxın olsunlar. Bu bir vəsilədir ki, bəndələr Allah dinininə görə, Peyğəmbər və İmamın sorağına gedirlər və düz yolu tapırlar. Düzdür ki, Allah birbaşa şəfa verə bilər, ancaq bu işi bu vasitə ilə həyata keçirir ki, dediyimiz hədəflər həyata keçsin. Məgər Allah göydən su və yağış yağdıra bilməzdi? Ancaq bu işi günəş, bulud və külək vasitəsilə həyata keçirir”.

Hövzənin bu əxlaq müəllimi davam etdi: "Allah Təala dünyanı silsilə səbəblər üzərində qərar vermişdir. Ona görə bəndələrinə buyurur: "Gedin Peyğəmbərin qapısına ki, sizin üçün dua etsin”. Allah "Nisa” surəsinin 64-cü ayəsində buyurur: "Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər onlar üçün məğfirət istəsəydi, Allahı tövbələri qəbul edən və mehriban görərdilər”.

Ona görə də Allah özü insanları Peyğəmbər (s) və onun ailəsinin evlərinə tərəf yönəldir. Bu mənada, Allahdan qeyri tərəfə getmək şirkə və bütpərəstliyə bais olacaq fikri - yanlışdır.”

O, ibn Əbdülvəhabın ardıcıllərin bu yanlış fikirlərinə görə müsəlmanların çox hissəsini müşrik adlandırmağına işarə edərək, buyurdu: "Hətta bəzi ibn Əbdülvəhabın ardıcılları bu fikirdədirlər ki, İbni Teymiyyədən qabaq ölən müsəlmanlar müşrik ölüblər və gərək qeyri-müsəlmanların qəbiristanlığında dəfn olunsunlar”.

Hüccətül-İslam vəl-muslimin Seyyid Kərimi bu barədə yazılan məqalələrə və tədqiqatlara işarə edərək, buyurdu: "Allah bizə tofiq verdi və biz bu sahədə bir Quran tədqiqatı həyata keçirə bildik və bu "Quranda şirk və bütpərəstlik” adlı kitabdır. Bu kitabda ətraflı şəkildə bütpərəstlərin düçar olduqları şirk və bu haqda gələn 1500 ayə izah olunur ki, onlar elə bir varlığa pərəstiş edirlər ki, Allahdan qeyridir və onu Allahdan kənarda gücə malik olan bir qüvvə kimi tanıyırlar”.

O, davam etdi: "Ona görə də bizim nəzərimizcə, Bəqi qəbiristanlığının dağıdılması da yanlışdır və həm də o əsas səbəb ki, onun vasitəsilə bu dağıtma işinin binövrəsi qoyulmuşdur, o da yanlışdır. Allah buyurur: "Peyğəmbərin Əhli-Beyti mənə yaxındır və onların qapısına gedin ki, sizin üçün istiğfar etsinlər”. Bu təfəkkür üçün dəlil qalmır, ona görə də İbni Teymiyyədən əvvəl bütün alimlər Peyğəmbərin (s) Müqəddəs qəbrinin qarşısında təzim edirdilər. İbn Əbdülvəhabın ardıcılları Bəqi qəbiristanlığını dağıdandan sonra Peyğəmbərin (s) qəbrini də dağıtmaq istədilər. Ancaq başqa ölkələrdə yaşayan müsəlmanlardan qorxdular”.

O, ümidvar olduğunu bildirdi ki, bu binövrə və yanlış təfəkkür çürüyəndən sonra müsəlmanlar Bəqi qəbiistanlığını yenidən quracaq və bu İslami nişanələri dirçəldəcəklər, çünki bu əsərlərə təzim etmək, Peyğəmbərə (s) təzim etmək, İslami şüuarlara təzim etmək deməkdir və bunlar imanın nişanələridirlər. Son sözüm olaraq, bildirirəm ki, bütün müsəlmanlar - şiə və sünnü alimləri bu fikirdədirlər ki. Peyğəmbərin (s) və İlahi Övliyaların qəbrlərinə təzim etmək və öpmək olarÜmid edirəm ki, bundan xəbərləri olmayanlar xəbərdar olarlar və bu hərəkətlərindən əl çəkərlər” 

Məşhədi Xanım,

/Deyerler.org/
Category: Diger me'lumatlar | Baxış: 922 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]