Çərşənbə günü, 2024-05-15, 8:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 7 » Riyazət
10:30 PM
Riyazət
Riyazət
Allah-taala riyazət barəsində buyurur: "Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinin istəyini (şəhvət) boğmuşsa, həqiqətən, onun yurdu cənnətdir!”("Naziat”, 40-41)
"Riyazət”in lüğəvi mə`nası heyvanı ram etmək, onu xoşagəlməz hərəkətlərdən çəkindirmək və sahibinin verdiyi bütün buyruqlara onu adət etdirməkdir. Bizim də burda məqsədimiz riyazət dedikdə, heyvani nəfsin(Nəfs − Məfhumundan asılı olaraq müxtəlif mə`nalarda işlənir: 1. Hər kəsin və ya hər bir şeyin zatı. 2. Ruh, zehin. 3. Öz. Hər bir şəxsin özü. 4. Qədim fəlsəfədə təbii cisimdə (maddə) həyatı və hərəkəti yaradan müstəqil cövhər. Nəfsin tərifində demişlər: "Mücərrəd bir cövhər olub zatında maddəyə ehtiyacı yoxdur, amma fe`ldə maddəyə ehtiyacı olar. Cənabəzi nəfsin irfani məfhumu haqqında deyir: "Nəfsin həqiqəti elmin vasitəsilə idrak olunmaz, vicdanla tanınmaz. Nəfs mütləq vücuddan ibarət olub nəfsin nöqsanları vasitəsilə pərdələnmişdir. Əbulqasim Qüşeyri deyir: "Bir şeyin nəfsi, yə`ni o şeyin vücudu deməkdir. Amma mə`rifət əhli yanında nəfs deyildikdə vücud nəzərdə tutulmur. Məqsəd bir kəsin pislənilən sifətləri, məzəmmətedici əxlaqı və əməlləridir.” Ariflərə görə nəfs ruhun zindanı, dünya isə nəfsin zindanıdır. Burada Nəsirəddin Tusi mə`rifət əhlinin, ariflərin nəzərindən çıxış edir, nəfsi salikin ali məqsədə çatması yolunda əngəl olan əsas maneələrdən biri sayır.) şəhvət və qəzəb qüvvəsində və bu iki qüvvəyə aid olan şeylərdən itaətinə mane olmaq və [həmçinin] natiqə nəfsin(Natiqə nəfs − Qədim fəlsəfədə buna insani nəfs, aqilə nəfs, mələki nəfs də demişlər. Nitq (şüur) insanı heyvandan ayıran başlıca xüsusiyyət kimi götürülür. Nitq qüvvəsi insan əqlinin və danışmasının əsas mənşəyi hesab edilir. Burada əqlin hakim kəsildiyi, digər heyvani qüvvələri özünə tabe etdirən nəfs nəzərdə tutulur.) heyvani qüvvəyə, mal toplamaq, vəzifəyə olan hərislik və bu hərislikdən törənə biləcək hiylə, məkr, qeybət, təəssüb, qəzəb, kin, həsəd, fisq, şər işlərdə batıb qalmaq və xoşagəlməz adətlər kimi əxlaqi rəzilətlərə və əməllərə tabe olmağının qarşısını almaqdır.
Və həmçinin, riyazət dedikdə məqsədimiz, mümkün kamala çatmaq yolunda nəfsin, əql və əməldən itaətini adətə çevirməkdir. Və amma şəhvət qüvvəsinə tabe olan nəfsə "bəhimi” deyərlər, qəzəb qüvvəsinə tabe olan nəfs "səbu`i” deyərlər və əxlaqi rəzilətləri özündə adətə çevirmiş nəfsi "şeytani” adlandırarlar.
Allah Qur`anda bu üç nəfsi "əmmarə nəfs”( 
Əmmarə nəfs − Qur`ani-kərimin 12-ci surəsinin 53-cü ayəsindən götürülmüşdür.  
) adlandırmışdır. [Əlbəttə] əgər bu rəzilətlər nəfsdə sabit olmuş olsa, amma əgər sabit olmasa və ya hərdən insanda gah xeyirə, gah da şərə təmayül etsə və ya xeyirə meyilli olub, şərə meyillilikdən peşman olsa və özünü danlasa, o nəfsə "ləvvamə nəfs”(Ləvvamə nəfs − Qur`ani-kərimin 75-ci surəsinin 2-ci ayəsindən götülürmüşdür.) demişdir.
Və amma əqlə tabe olub xeyir tələbini özündə adətə çevirmiş nəfsi "mütməinnə nəfs”( 
Mütməinnə nəfs − Qur`ani-kərimin 89-cu surəsinin 27-ci ayəsindən götürülmüşdür.  
) adlandırmışdır.
Riyazətdə insanın hədəfi
Riyazətdə insanın qərəzi üç şeydir:
1. Haqqa qovuşmaq yolunda zahiri və batini maneələrin aradan qaldırılması;
2. Kamalın tələbi məqsədilə heyvani nəfsin əməli əql qarşısında müti edilməsi;
3. Mümkün kamala çatmaq məqsədilə ilahi feyzin qəbulu yolunda insani nəfsin sabitliyə adət etdirilməsi;


Category: Exlaq | Baxış: 820 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]