Bazar ertəsi, 2024-04-29, 3:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 10 » Quranın sonuncu ayəsi hansıdır?
5:47 AM
Quranın sonuncu ayəsi hansıdır?
Quranın nazil olan son ayəsi
"Bəqərə" yoxsa "Maidə"?
Quranın ilk nazil olan son ayəsi barədə fikirayrılığı olmasa da, nazil olan son ayə barədəd müxtəlif mülahizələr irəli sürülmüşdür.  Məşhur təfsir alimi Təbərsi "Məcməül-bəyan" adlı təfsir kitabında yazır: " Sən də öləcəksən, onlarda öləcək" ayəsi nazil olduqdan sonra  Peyğəmbər (s.ə.s) buyurdu;" Kaş həmin günün nə vaxt olacağını biləydim". Bundan sonra Peyğəmbərə (s.ə.s) "Nəsr" surəsi nazil oldu. "Nəsr" ayəsi nazil olduqdan sonra Peyğəmbər (s.ə.s) namaz qılarkən təkbirlə (Allahu Əkbər zikri ilə) "Fatihə" surəsi arasında "Sünhanəllah və bihəmdihi, əstağfirullah və ətubu iləyh" (Allah pakdır, Allahdan bağışlanmaq istəyirəm və Ona sığınıram) zikrini deməyə başladı. Əshab ondan "Ey Allahın Peyğəmbəri, bu vaxta qədər bu zikri deməzdiniz, bunun bir səbəbi varmı?"-deyə soruşduqda buyurur:" Bu zikr ruh və canımın feryadıdır!". "Nəsr" surəsi nazil olduqdan sonra Peyğəmbər (s.ə.s) tam bir il yaşadı.
  
  Peyğəmbər (s.ə.s) sonuncu dəfə həcc ziyarətinə getmək məqsədilə Mədinəni tərk edən zaman  "Kəlalə" ayəsi ("Nisa" surəsinin 176-cı ayəsi) nazil oldu.  Ərəfatda dayandığı zaman isə "Maidə" surəsinin 3-cü ayəsi nazil oldu. (Bu gün dininizi sizin üçün tamamladıq).  Bundan sonra peyğəmbər (s.ə.s) səkkiz gün yaşadı. Və bu müddət ərzində "Sələm" ayəsi ("Bəqərə", ayə 278 və 280), nəhayət, son mərhələdə "Bəqərə" surəsinin 281-ci ayəsi nazil oldu. (Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəs gördüyü əməlin əvəzi  veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır). Bu Peyğəmbərə (s.ə.s) nazil olan son ayə oldu.

Category: Diger me'lumatlar | Baxış: 948 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]