Cümə axşamı, 2024-05-16, 5:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 6 » Ölümü yaddan çıxarma
10:46 PM
Ölümü yaddan çıxarma


Peyğəmbər (s) behiştə daxil olmaq üçün üç şərt zikr edir. Birinci şərt budur ki, insan uzun-uzadı arzulardan uzaqlaşsın, dünyaya ürək bağlamasın, gələcəyi üçün nigaran olmasın və ancaq axirəti düşünsün. 
İkinci şərt budur ki, həmişə ölümü xatırlasın. Bu şərtin birinci şərtdən sonra gətirilməsi, bu iki şərt arasında yaxın əlaqənin olduğunu göstərir. Çünki insan uzun arzuları fikir dairəsindən çıxarmaq istəsə, gərək daim ölüm haqqında düşünsün. Çünki ölümü yadına salanda dünyəvi arzuların aqibəti və puçluğu da onun nəzərində mücəssəm olur. 
Behiştə daxil olmanın üçüncü şərti Allahdan həya etməkdir. Peyğəmbərin (s) Allahdan həya etməyin lüzumunu təkrar açıqlamasından Əbuzər başa düşür ki, həya məsələsi xüsusi əhəmiyyət daşıdığına görə Peyğəmbər (s) qısa fasilə ilə yenidən bu məsələni vurğulayır. Buna görə də Əbuzəri belə bir sual düşündürür ki, görən Peyğəmbər (s) bu məsələyə niyə bu qədər əhəmiyyət verir. Soruşur: "Ey Allahın Rəsulu (s), biz hamımız Allahdan həya edirik.” Peyğəmbər (s) isə bu həyanın kafi olmadığını deyib onun üç cilvəsini zikr edir: …Həya odur ki, qəbirləri və viranələri yaddan çıxarmayasan!


haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 878 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]