Bazar ertəsi, 2024-04-29, 11:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 7 » Ölülərlə söhbət
9:27 PM
Ölülərlə söhbət
Ölülərlə söhbət

Peyğəmbərin (s) sevimli səhabəsi Salman Farsi ömrünün son günlərini yaşayırdı. O, Əsbəğ ibn Nəbatəyə həzrət Peyğəmbərin bir buyuruğunu nəql etdi:
-Əsbəğ, Peyğəmbər (s) mənə buyurmuşdu ki, ölümüm yaxınlaşanda ölülərlə söhbət edə biləcəyəm. Bilmək istəyirəm ki, ölümüm çatıb, yoxsa yox? Kömək et, məni qəbiristana apar.
Əsbəğ tələsik gedib kömək gətirdi. Salmanı bir taxta qaldırıb qəbiristana gətirdilər. Bir qəbrin yanında dayandılar. Qəbirdən səs eşidildi: 
-Salam, Salman!
-Allahın əvfi ilə behiştdəsən, yoxsa ədalətindən cəhənnəmə düşmüsən?
-Mən Allahın mərhəməti ilə behişt əhli olmuşam. And olsun Allaha, mənim üçün mişarla doğranmaq can verməkdən asandır. 
Əsbəğ deyir ki, ölü öz əhvalatını danışıb qurtarandan sonra Salmanın işarəsilə onu yerə endirdik. O, üzünü səmaya tutub şəhadət kəlmələrini dedi və dünyasını dəyişdi...

HaqqYolu
Tərcümə mərkəzi

Category: Diger me'lumatlar | Baxış: 870 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]