Çərşənbə günü, 2024-05-08, 2:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 5 » O, gələcəkdir... (VIII hissə)
4:34 PM
O, gələcəkdir... (VIII hissə)
O, gələcəkdir... (VIII hissə)
ELM VƏ MƏDƏNİYYƏTİN FÖVQƏLADƏ İNKİŞAFI

İmam Baqir (ə) buyurmuşdur:
«İza qamə qaimuna vəzəəllahu yədəhu əla rüusil ibadi fəcəməə biha üquləhum vəkəmulət biha əhlamuhum.»
Yəni: «Bizim inqilabçımız olan Məhdi qiyam edən dövrdə Allah-taala öz qüdrət əlini bəndələrinin başı üzərinə qoyar və onların ağıllarını cəmləyib, fikirlərini kamilləşdirər.»

Qısa izah:
Heç bir düzgün inqilabi proqram elmi və fikri sıçrayış olmadan inkişaf edə bilməz və öz hədəfinə çatmaqda müvəffəqiyyət qazana bilməz. Buna görə də şübhəsiz ki, Ali-Məhəmməd (s) inqilabçısının bu işdə birinci addımı insanların fikrində elmi cəhətdən inqilab yaratmaqla başlayacaq və insanların düşüncə səviyyəsini hərtərəfli inkişaf etdirəcəkdir.
Bu elmi inkişafın sayəsində cəmiyyət maddi cəhətdən abad, azad və sağlam olmalı, digər tərəfdən də imanlı bir yaşayış tərzi ilə tanış edilməlidirlər.
Ümumdünya hökumətin yaradılması üçün yüksək və açıq fikirli, səbirli və uzaqgörən insanlar lazımdır ki, böyük ictimai problemləri həll etsin və quru təəssübkeşlik, ziddiyyətlər, aşağı səviyyəli düşüncəliliyi məhv edib sülh və səmimiyyət dolu bir dünya qursunlar.
islamazeri.az

Category: Diger me'lumatlar | Baxış: 879 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]