Çərşənbə günü, 2024-05-08, 6:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 30 » Nadir tarix
6:17 AM
Nadir tarix
 Hira mağarası
    İlk vəhyin nazil olunduğu və Həzrət Muhəmmədin (s.ə.s) peyğəmbərliyin verildiyi yer adıdır.  Hira mağarası Məkkə şəhərinin şərq tərəfində (3ml=5 km fasilədə km) piyada yarım saatlıq məsafədə yerləşir. Hira mağarası Həzrət Muhəmməd (s.ə.s) peyğəmbərliyə təyin olunmazdan əvvəl də orada ibadətlə məşğul olurdu. O, ildə bir ay bura gələr və ibadətlə məşğul olardı. İbn Əbil Hədid yazır:" Həzrət Muhəmməd (s.ə.s) ildə Hira mağarasına gələr və orada ibadətlə məşğul olardı. Yanına gələn yoxsullara yanında olan yeməklərdən verər və onlara məhəbbət göstərərdi. İbadəti sona çatdıqda evinə getməzdən əvvəl Kəbə evinə gələr, yeddi dəfə təraf etdikdən sonra evinə qayıdardı. Peyğəmbərliyə təyin olunduğu ilin Ramazan ayında orada ibadətlə məşğul oldu və həmin günlərdə Allah tərəfindən peyğəmbərliyə təyin edildi".

Calut pehləvan.
    Davud peyğəmbər tərəfindən qətlə yetirilən Fələstinli pəhləvanın adıdır. Tarixçilər Davudla Calut arasında gedən döyüşün İordaniya vadilərindən birində baş verdiyini qeyd edirlər. Qurani-Kərimdə Calutun adına üç yerdə ("Bəqərə" surəsinin 249, 250, və 251 ci ayələrində) rast gəlmək olur. Tövratda Calutun adı Culyat kimi qeyd olunur.



Category: Tarix | Baxış: 1094 | Added by: Ənfal | Rating: 4.0/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]