Çərşənbə günü, 2024-05-15, 1:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 15 » Mələklər nə zaman gülümsəyir?
6:26 AM
Mələklər nə zaman gülümsəyir?


Rəvayətlərdə bildirilir ki, mömin insan gecə ibadətinə dayandığı zaman mələklər sevincindən gülümsəyir. Gecəni oyaq qalıb Alahala raz-nuyaz etmək, gecə namazı qılmaq haqqında ariflər nə düşünür? Ayətullah Mirza Cavad Ağa Məliki Təbrizi: "Ustadım Molla Həsənəli buyururdu ki, yalnız gecə ibadət edənlər kamillik məqamına nail ola bilər..." Ayətullah Qazi: "Gecə namazına durmayıb kamillik istəyən adama təəccüb edirəm! Kimsənin gecə namazından başqa yolla kamillik məqamına çatdığını eşitməmişik! Şəhid Mütəhhəri: "Həqiqi gecə namızından alınan ləzzəti kimsə meyxanada əyyaşlıqdan ala bilməz..." İmam Xomeyninin gənc yaşlarından başlayaraq ömür boyu, hətta zindanda, sürgündə, xəstəxanada gecə namazını tərk etmədiyi söylənilir. Şeyx Ənsarinin yetkinliyə çatdığı vaxtdan gecə namazı qıldığı, hər gün bir cüz Quran oxuduğu, Cəfər-Təyyar namazı qıldığı, Cameə və Aşura ziyarətlərini oxuduğunu yazırlar. Əllamə Təbatəbainin yol boyu müstəhəb namaz qıldığı, ramazanın bütün gecələrini oyaq qalıb ibadətə məşğul olduğu söylənilir./Tebyan/
Category: Diger me'lumatlar | Baxış: 874 | Added by: Ənfal | Rating: 3.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]