Cümə günü, 2024-11-01, 2:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 5 » Islamda mövlud günü
5:34 AM
Islamda mövlud günü
İnsan həyatında bir sıra günlər yaddaqalan olduğundan onları xüsusi qeyd edir. Belə günlərdın biri də insanın dünyaya gəldiyi gündür.
Dinimizdə buna "mövlud" deyilir. Bəs dinimizə görə ad günlərini qeyd etmək olar?
İş burasındadır ki, sonradan meydana gələn bəzi təriqətlər, o cümlədən "vəhabi" təriqəti bunu da yasaq bilir və dində "bidət", sadə dildə desək, dinə əlavə hesab edilir. Bu məsələyə bir qədər aydınlıq gətirmə olar. Sevimli Peyğəmbərimizin (s.ə.s) həyatına qısa səyahət edib oradan maraqlı məlumatlar toplayaq. Hz. Muhəmməd (s.ə.s) Fil ilində Rəbiül-əvvəl ayının 17-sində (bəzi mənbələrə görə, 12-də) dünyaya gəlir. Rəvayətlərdən birində deyilir: "Peyğəmbər (s.ə.s) dünyaya gəldiyi zaman əmisi Əbu Ləhəbin cariyəsi Süvəybə onun yanına gələrək sevinclə deyir: " Gözün aydın olsun, qardaşın Abdullahın oğlu oldu!". Əbu Ləhəb ona deyir:"Ona süd verəcəyin müqabilində səni azad edirəm". Hafiz ibn Cəzəri deyir:" Əbu Ləhəb həlak olduqdan sonra günlərin biri onu yuxumda gördüm. Ondan düşdüyü halı soruşdurm. Dedi:" Çox əzab çəkirəm. Lakin peyğəmbərin (s.ə.s) gəlişi münasibəti ilə cariyəmi müjdələdiyim üçün həmin gün əzabım bir qədər yüngülləşir". Əbu Ləhəb kimi azğın kafirin əzabını bir günə xatir yüngülləşdirən Allah sevimli Peyğəmbərin (s.ə.s) ad gününü qeyd edən əməlisaleh möminləri mükafatlandırmazmı? Peyğəmbərin (s.ə.s) özü necə? Öz mövludunu qeyd edərdimi? Qeyd edirsə, necə qeyd edərdi?
 Tarixi mənbələrdən belə məlum olur ki, Peyğəmbər (s.ə.s) özünün mövlud günü əshabına ziyafət verər, onlara keçmiş peyğəmbərlərin əhvalatını və uşaqlıq yaşlarında başına gələnləri nəql edərdi. Ondan sonra müsəlmanların birinci xəlifəsi olan Əbu Bəkr də peyğəmbərin mövludu günü əshabı evinə yığır, ziyafət verdikdən sonra onlara Peyğəmbərlər (s.ə.s) olan xatirələri danışardı. Demək bu əziz günü qeyd etməyi bidət adlandıran şəxslər belə bir yanlış düşüncəyə yiyələnməklə özləri dində bidət etmiş olurlar.


Category: Diger me'lumatlar | Baxış: 1022 | Added by: Ənfal | Rating: 3.7/3
Total comments: 1
0  
1 Ənfal   (2011-03-06 11:28 AM) [Daxil et]
Ərəblərin adətinə uyğun olaraq Abdulmuttalib də Abdullahın övladını sünnət etdirdi. [ Mübarekfuri, er-Rahiku’l-Mahtum, Darul-Vefa s. 61. Peyğəmbərimizin sünnətli anadan olduğuna, yaxud Onu süd anasının yanında olarkən şaqqı-sadr (sinəsinin yarılması) hadisəsində Cəbrailin sünnət etdiyinə dair bəzi rəvayətlər var. Ancaq hərtərəfli kamilliyi təmsil edən və hər halı ilə ümmətinə nümunə olan bir Şəxs üçün sünnət kimi bir məsələdə bu cür fövqəladə bir hadisə axtarışında olmaq çox münasib deyil. Həmçinin bu rəvayətlər mütəxəssislər tərəfindən tədqiq edilmiş və bu məsələnin şübhəli olması müəyyən edilmişdir. (Bax: İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/265; Suyuti, Hasaisu’l-Kubra, 1/91; Halebi, Sire, 1/87, 88). Buna görə də biz anadan olandan yeddi gün sonra sünnət edilməsi ilə bağlı rəvayəti əsas qəbul etdik.] Peyğəmbərimizi anasından sonra bir həftəlik ikən Əbu Ləhəbin kənizi Suveybə əmizdirmişdi. Əbu Ləhəb qardaşı oğlunun doğulması xəbərini gətir­diyinə görə sevincini həmin kənizi azad etməklə izhar etmişdi. Ancaq İslamı təbliğə başlaması ilə qardaşı oğlu ilə yollarını əbədi ayıran əminin sırf bu hərəkəti müqabilində bir anlıq da olsa, axirət əzabından rahatlıq tapacağı məlumdur. Çünki vəfatından bir il sonra qardaşı Hz. Abbasın yuxusuna girən və pərişan halı ilə ürək ağrıdan Əbu Ləhəbdən:

− Bu nə haldır, başına nələr gəldi? − deyə soruşanda iki barmağının arasını göstərib bu cavabı verəcəkdi:

− Sizdən sonra xeyir adlı heç nə görmədim. Yalnız Suveybəni azad etdiyimə görə bir qurtum su almaq imkanım olur.[Buhari, Sahih, 5/1961 (4813); İbn Hişam, Sire, 1/110, 111; İbn Sa’d, Tabakat,1/108. Suveybənin Peyğəmbərimiz Məkkədə olduğu vaxt Onun hüzuruna getdiyi üçün Hz. Xədicə anamızın onu azad etmək istəməsi, ancaq Əbu Ləhəbin buna razı olmaması da rəvayət edilir. Buna görə o, ancaq hicrətdən sonra azadlığa qovuşmuşdu. Bax: İbn Sa’d, Tabakat, 1/108. Mövzu ilə bağlı rəvayətlərə nəzər yetirəndə Suveybənin müsəlman olması ehtimalının çox zəif olduğu görünür.]

Süd anası Suveybə əvvəllər Abdulmuttalibin digər oğlu və Peyğəmbərimizin əmisi Hz. Həmzəni də əmizdirdiyi üçün Hz. Həmzə ilə Allah Rəsulu süd qardaşı olmuşdular.[ Hz. Həmzəni az da olsa, Həlimeyi-Sadiyə də əmizdirmiş və o, bununla Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) iki ayrı bağla süd qardaşı halına gəlmişdi. Bax: Buhari, Sahih, 2/935 (2502)]


Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]