Çərşənbə günü, 2024-05-15, 4:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 24 » İran qadınının ənənəvi geyimi ərəb qadınının ənənəvi geyimindən fərqlənirmi?
11:26 PM
İran qadınının ənənəvi geyimi ərəb qadınının ənənəvi geyimindən fərqlənirmi?
 İran qadınının ənənəvi geyimi ərəb qadınının ənənəvi geyimindən fərqlənirmi?
Cavab: Siz "ənənəvi, milli geyim” deyirsiniz. Biz belə bir geyimin müdafiəsinə qalxmamışıq. Biz vaxtı ötmüş, köhnəlmiş modaların təbliğçisi deyilik. Biz öz xalqımızı qərb modernizminin əsarətindən qurtarıb özünə, öz şəxsiyyətinə qaytarmaq istəyirik. Biz İslam ümmətini bir vaxt ucaldığı zirvələrə səsləyirik. Bu yüksəlişdə köhnəliyə, ənənəyə yer yoxdur!
Bilirsinizmi, Peyğəmbər (s) dövründə hicab necə ortaya çıxdı? Deyilmədi ki, ey qadınlar, özünüzü naməhrəmdən qoruyun. Qadına anladıldı ki, onun öz şəxsiyyəti var, onun əqidəsi, ideoloji yolu var, o, kimlərinsə oyuncağı deyil, o, yoldan keçənlərin gözünün yemi deyil!
Tarixə nəzər salın: Peyğəmbər (s) zamanı bir müsəlman qadın yəhudilərə məxsus bazardan cəvahir almağa gedir. Yəhudilər bu qadına sataşmaq məqsədi ilə onun çadrasını sancaqlayırlar. Qadın durduğu yerdən tərpənəndə çadrası düşür. Şəxsiyyətinə toxunulduğunu görən qadın, "Ey müsəlman qardaşlar!” - deyə haray çəkir. Yoldan ötən müsəlman işə qarışır. Bu ixtilaf genişlənib, müsəlman-yəhudi qarşıdurmasına gətirib çıxarır.
Bəli, hicabın mahiyyətini anlayan qadın cihada qalxır. Peyğəmbərin (s) səhabələrindən olan Əbu Səid Xətbi deyir: "Allah Mədinə qadınlarını xoşbəxt etsin! Hicab göstərişi gələn kimi hamısı çəkinmədən, qaranquş tək Mədinə küçələrinə çıxdılar”.
Category: Exlaq | Baxış: 1502 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]