Çərşənbə axşamı, 2024-04-30, 2:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 10 » HAQQ
6:43 AM
HAQQ
 
 
 
HAQQ


        Hüquqlar barəsində bəhs edən hər bir kəs, hər şeydən əvvəl özü haqqı tanımalıdır. Ona görə də, əvvəlcə, lüğət elmində "haqq" kəlməsinin mənasını araşdırmalı daha sonra isə onun elmi termində mənası və növləri ilə tanış olmalıyıq. Nümunə üçün haqqın mənası, mahiyyəti, mülklə haqqın fərqi və hökmlə haqqın fərqlərini bilməliyik.

HAQQ LÜĞƏTDƏ

      "Haqq" sözünün lüğətdə bir neçə mənası var. Onların ən mühümlərinə işarə edirik:
          Rağib İsfahani yazır: Haqq, əslində uyğun olmaq və müvafiq olmaqlığa deyilir. Görürük ki, bu uyğunluq və həmahənglik ən çox "haqq" kəlməsində işlədilir. O cümlədən:
1. «Haqq», Allah və yaradan mənasındadır. Çünki, yaranmışları öz hikmətinə uyğun yaratmışdır.[Yunus,32]
2. «Haqq», yaranmış mənasında. «Çünki, yaranmışlar Onun hikmətinə uyğun yaranmışlar.»[Yunus,5]
3. «Haqq», - əsl həqiqətlə uyğun olan mənasında.[Beqere,213]
4. «Haqq», - olan və olmalı şeylə uyğun və düzgün olan söz mənasında.[Yunus,7]

       Bəzi alimlər və lüğət əhli mötəqiddirlər, o yerlərdə ki, haqq kəlməsi işlənib onların mənalarını araşdırdıqdan sonra belə nəticəyə gəlmək olur ki, "haqq" əslində, "sabit olmaq" mənasını daşıyır. Amma, qalan başqa mənalarının nəticəsi sabit olmağa gəlib çıxır.
        Beləliklə, "haqq" istər həqiqi olsun, istərsə də nisbi, bir işin sabit olunmasından ibarətdir. Bəs Allaha "haqq"deyirik çünki, sabit və həqiqidir. Qurana haqq deyirik çünki, Allah tərəfindən olması sabitdir. Həqiqi və sabit olan hər bir işə haqq deyirik. Ədalətə haqq deyirik çünki, hər şeyin sabit olması və qalmasının əsli ədalətdir. Həqiqi və sabit olmasına görə İslama da haqq deyirik.
        «Haqq», bəzən müəyyən bir şəxsin mülkünə və faydasına da deyilir. Bu da həmçinin, onun qanun vasitəsilə həmin şəxsin barəsində mötəbər və sabit olmasına görədir. «Batil» sözü də "haqq" kəlməsinin müxtəlif mənaları müqabilində onun ziddinə münasib şəkildə qərar tutmuşdur.

HAQQIN MƏNASI

     "Haqq" sözü ərəbcədən, məsdər (kök) mənasında işlənməsi ilə yanaşı, Qurani-Kərimdə müxtəlif mövzularda işlədilmişdir:
«Onlar bilirlər ki, Allah aşkar haqqdır.» [Nur,25]
Həmçinin, Allah-taalanın işi mənasında işlənilib:
«Göyləri və yeri haqq olaraq yaradan Odur.» [Enam,73]
Başqa bir yerdə, Allahın dini mənasında gəlir:
«Peyğəmbərini hidayətlə [Quranla] və haqq dinlə göndərən Odur!» [Feth,28]
Allah vədəsində də işlənmişdir:
«O ki deyilmiş oldu Allahın vədi haqdır.» [Casiye,32]
Bundan əlavə, "haqq" sözü "vəhy" mənasında da işlənib:
«Sənə kitabdan vəhy etdiyimiz haqdır.» [Fatir,31]
Qissələr mənasında da işlənmişdir:
«Həqiqətən, bu Quran və zikr olunanlar haqq qissələrdir.» [Ali-Imran,62]
Nəhayət, haqq sözü, hökm mənasında da işlənmişdir:
«Bəs insanlar arasında haqla hökm et.» [Sad,26]
Bunlardan əlavə, "haqq" sözü Quranda xüsusi və etibari mənalarda da işlənmişdir. Bu da insanla başqa şeylər arasında rabitəyə işarə olunur. Belə halda bəzən mütləq işlənilir:
«Öz qohum-əqrəbana haqlarını əta et!» [Rum,38]
Bəzən mənfəət mənasında gəlir:
«Və mallarında saillər və mərhumlardan ötrü haqq vardır.» [Zariyat,19]
İmam Zeynalabidin (əleyhissalam) və başqa məsum İmamların (əleyhimussalam) kəlmələrində olan «haqq"sözü, çox vaxt hüquqi deyil, bəlkə də, "əxlaqi" məna daşıyır. İnşallah əsl hüquqi-haqq barəsində bu kitabda bəhs olunacaq.
HAQQ, ELMİ TERMİNDƏ

        Qərb filosofları, İslam alimləri və elm əhli arasında, "haqq" sözünün mənası barəsində və tərifində ixtilaf vardır. Onlardan bəzilərinə işarə edirik:
Birinci: Sosioloq və iqtisadçı fransalı alim Lirmi Niye haqqın tərifində deyir: "Haqq, bəşərin rabitə müvazini və həmahəngliyidir." Əvvəlcədən qeyd etdiyimiz kimi «haqq"sözünün lüğəvi mənalarından biri də «ədl», mövcudatlar arasında ədalət və həmahənglikdir. Hər mövcudun payını özünə vermək. Beləliklə, fransalı alimin tərifi, eyni «ədl» mənasında olmasa da, ona həddən artıq yaxın mənasındadır.

   İkinci: Bəziləri haqqın tərifi barəsində deyir:
"Haqq”, təbii bir həqiqət və ya vaqeiyyət yaxud, qərarlaşmadır ki, öz sahibinə onu saxlamağa və qorumağa yaxud, ələ gətirməyəqüdrət verir. Məsələn, həyat və yaşamaq haqqı, azadlıq haqqı, bərabərlik haqqı, evlənmək haqqı, qisas və başqa haqlar...
        Üçüncü: Seyyid Məhəmməd Əl-Bəhrul-Ulum 13-cü hicri əsrinin böyük şiə alimi buyurur: «Haqq, bəzən mülk məfhumunun müqabilində, bəzən də onunla bərabər mənada işlədilir. Hər iki mənada haqq, elə bir qüdrətdir ki, etibari və qərarlaşma üzrədir. Ona əsasən, hər bir insan, hər hansı bir mala və ya şəxsə yaxud, hər ikisinə hakimlik tapır. Məsələn, kirayə olunan evə, çünki, kirayəçi kirayə sahibinin şəxsi mallarından birinə müvəqqəti sahib olur.»
         Dördüncü: Şeyx Ənsari (rəhmətullah) buyurur: «Haqq, bir növ hakimlik və qüdrətdən ibarətdir ki, ona əsasən, haqq sahibi özünə aid hər hansı bir məsləhəti ələ gətirir.»
          Beşinci: Axund Movla Məhəmməd Kazim Xorasani buyurur: «Haqq, xüsusi etibar və xüsusi nisbətdir ki, qərarlaşma və ya təklif yaxud, başqa mənşədən ələ gəlmişdir. Məsələn, mülkiyyətdən ələ gələn mülkdən istifadə etmək haqqı, meyvə bağının yanından keçməkdən ələ gələn və meyvələrindən təkcə yeməyə haqqı olan «yolçu» haqqı.»[23] və sair.
Altıncı: Ayətullah seyyid Möhsün Həkim buyurur: «Haqq mülkün bir növüdür. Mülk, malik və məmluk arasında olan xüsusi etibari bağlılıq və nisbətdir.»
         Yeddinci: Seyyid Məhəmməd Kazim Yəzdi Təbatəbai buyurur: «Haqq, bir növ bir şeyin üzərində etibari bir qüdrətdir ki, ya o şeyin vücudi maddisi var. Məsələn, birisinin malından istifadə etməsindən məhrum etmək haqqı (təhcir haqq) yaxud, maddi və vücudi xaricisinə aid olmayan haqq, məsələn, olunmuş alveri batil etmək haqqı (haqq xiyar fəsx) yaxud, xüsusi bir şəxsə aid olan haqq, məsələn, qisas haqqı. Beləliklə, haqq, mülkün zəif mərtəbələrindən bəlkə də, mülkün bir növüdür.
Səkkizinci: Başqa bir nəzəriyyədə haqqı, mülkün zəif mərtəbələrindən və hər ikisini (haqq və mülkü) səltənət və sahibliyin mərtəbəsindən hesab edirlər. Ayətullah Seyyid Əbul Qasim Xoyi buyurur: «Malikiyyət, ümumi qüdrət və səltənətdən ibarətdir. Lakin, haqq, xüsusi səltənət və sahiblikdir.»
            Doqquzuncu: Mərhum Əllamə Təbatəbai buyurur:
«Haqq, bir növ xüsusiyyətçilikdir. Elə bir xüsusiyyətçilik ki, ümumi olaraq hətta, cəmiyyətin vücudundan əvvəl də vardır. Cəmiyyət təşkil olunduqdan sonra müxtəlif şəkillərdə zahir olur. Onlardan biri də haqdır.»
HAQLA MÜLKÜN FƏRQİ

        Əvvəlcədən haqqın mənası aydın oldu. İndi də haqla mülkün fərqlərini araşdırmaqdan ötrü mülk və malikiyyətin qısa da olsa, mənasını izah etməliyik. Bununla da, hər ikisinin fərqi aydınlaşsın.
1. «Mülk hər hansı bir vücuda yaxud, mənfəətə bağlı olan şəri hökmdür. Malik, malik olduğuna görə onlardan əvəz almaq, yaxud istifadə etmək qüdrətinə malikdir.»
2. Mülkiyyət, elə bir şeyə məxsusdur ki, başqalarını ondan çəkindirir və sahibinə ondan istifadə etməyə imkan verir. Yalnız, bəzi müstəsna hallarda, şəri hökm ondan istifadə etməyə imkan vermir.
3. «Mülk etibari bir bağlılıqdır ki, ona əsasən, məmluk malikə məxsus olur və malikin qanun dairəsində haqqı vardır ki, necə istəyirsə ondan bəhrələnsin və başqalarını onun istifadəsindən çəkindirsin. Yalnız, şəri maneələr malikə mane olsa, öz malından istifadə edə bilməz. Məsələn, müflis olmaq.»
           Keçmiş mətləblərdən məlum olur ki, bəzi fəqihlər, «haqqı», mülkiyyətin zəif mərtəbəsi bilmiş, bəziləri də, onu mülkiyyətlə bərabər səviyyədə qeyd etmişdirlər.
          Haqq və mülk barəsində izahları nəzərə almaqla aydın olur ki, haqqın dairəsi, misdaq və nümunələrinə görə mülkdən genişdir. Mənasına və lüğətə görə isə bir-birindən tamamilə ayrıdır və demək olar ki, onların arasında iki əsas fərq vardır:
         1. Haqq, həm müxtəlif təsərrüflərdə diqqət mərkəzində ola bilər və həm də bir və ya bir neçə xüsusi zəminədə nəzərə alınar. Əksinə, mülkiyyət, həm eyni vücudu olan şeylərin istifadəsinə, məsələn yemək, içmək, geyinmək və s. aid olur. Həm də etibari istifadə məsələn, satmaq, bağışlamaq və s. aid ola bilər. Hər iki mərhələdə mülkiyyət, qanuna əsasən, məhdud yaxud, qadağan oluna bilər. Məsələn, xırda yaşlı uşaqın öz malından istifadəsi, müflis şəxsin öz malından istifadəsi və sair.
2. Mülikiyyətin məfhumu, təkcə nisbət tələb edir. O da maliklə məmlukun arasındakı nisbətdir. Halbuki, haqqın məfhumu və mənası, haqq sahibi və haqla bağlı olan şeydən əlavə, başqa bir nisbət də özünə götürür. O da «haqq sahibi» ilə «haqq əleyhinə» olanın bağlılığıdır və heç birinin bir-biri ilə rabitəsi yoxdur.

HAQQIN NÖVLƏRİ VƏ BÖLÜMLƏRİ

          Haqqın mənası və məfhumunu araşdırıb, onun mülk ilə fərqinə vardıqdan sonra bölümlərinə işarə edək:
1. Təbii haqq və qanuni haqq!
Haqq və hüquqa aid olan kitablarda onun bölümləri barəsində bəhslər olunmuşdur. Onlardan, «təbii haqq» və «qanuni haqq»ı göstərmək olar. Bəşərin təbii hüququnun və haqqının əsası, bir şeydən artıq deyil, o da insanın kamala yetişməsi və yaşamasından ötrü Allahın yaratdığı bütün şeylərdən bəhrələnmək haqqıdır. Başqa sözlə desək: Təbii hüquq elə bir hüquqdur ki, etibari deyildir. Cahana hakim olan təbii həqiqətlər şəklində təcəlli etməsidir. Məsələn, «hər kəsin doğulması ilə birlikdə əmələ gələn həyat və azadlıq haqqı və hüququnu qeyd etmək olar. Beləliklə, bəşər hüququnun əsas şuarı həmin təbii hüquq üzərində qurulmuşdur.
Qanuni haqq, o hüquqdur ki, insanın özü müxtəlif mövzularda qanun təyin etmişdir. Ayətullah Mərhum Seyyid Məhəmməd Kazim Yəzdi, hüququ belə bölmüşdür. (Bu bölgü haqqın nəql-intiqal və aradan getməsi cəhətindəndir).
1. O hüquqlar ki, sahibinin ölümü ilə başqasına keçmir və aradan getmir. Bu hüquqların, nəql və intiqalı düzgün deyil. Məsələn, atalıq haqqı, hakimin vilayət haqqı, vəsiyyət haqqı və s...
2. Aradan getməsi mümkün olan hüquqlar. Lakin, bu hüquqları başqasına müntəqil etmək düzgün deyil və hüquq sahibi ölməklə, haqq qətiolaraq başqasına müntəqil olmur. Məsələn, qeybət etmək haqqı, söyüş söymək haqqı, töhmət vasitəsilə vəsiyyət etmək haqqı, tövbə kifayət etmədikdə, haqq sahibindən halallıq tələb edib və onu razı salmaq vacib olduqda, kötək vurmaq haqqı.
3. Sahibinin ölümü ilə vərəsəyə müntəqil ola biləcək hüquqlar. Bu hüquqları da aradan aparmaq olar. Lakin, onları başqalarına müntəqil etmək olmaz. Məsələn, bəzi dəlillərə görə "şüfə haqqı”nı(iki şərikdən biri öz haqqını yalnız, öz şərikinə sata bilər.) intiqal etmək olar.
4. Nəql və intiqal, həmçinin, aradan getməsi səhih olan hüquqlar. Məsələn, müamiləni pozmaq haqqı, qisas haqqı və sair.
5. Heç bir əvəz almadan intiqal və aradan getməsi mümkün olan hüquqlar. Məsələn, bir dəstə alimlərin, o cümlədən, "Lümə" kitabında Əllamənin nəzərinə görə «and içmək haqqı».
6. Aradan getməsi və intiqal olması şəkk-şübhəli olan hüquqlar. Məsələn, övlad və valideyn kimi qohumların xərclərini vermək haqqı.
 
Müəllif: Qüdrətullah Məşayixi
 
Category: Exlaq | Baxış: 961 | Added by: el-kafirel_kufri | Rating: 5.0/1
Total comments: 1
0  
1 Ya_Zehra   (2010-01-10 6:53 PM) [Daxil et]
Salam Eleykum. ALLAH razı olsun. Etraflı məlumatdır.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]