Bazar ertəsi, 2024-04-29, 4:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 3 » Elm
5:55 AM
Elm
 
Elm

Bir sıra alimlərin nəzərinə əsasən insanı hidayət edən ikinci amil elm və bilikdən ibarətdir. Bu sözün əsas tərəfdarı Əflatun və onun şagirdləri olmuşdur. Əflatun demişdir ki, elm insanı hidayət etmək imkanına malikdir. Əgər fərdin yaxud cəmiyyətin elmi olarsa, o elm onları hidayət edər və heyvani qərizələrdən qoruyub saxlayar. Çünki hər hansı fərd yaxud cəmiyyət müəyyn bir əməlin mənfi və müsbət cəhətlərini bilərsə, rəzalət və fəzilətə elm taparsa belə bir elm insanı və cəmtyyəti hidayət edə bilər. Bu fikir Əflatun və onun şagirdlərinin nəzəriyyəsidir.
İndi biz Əflatunun bu sözünün nə dərəcədə düzgün olması barədə tədqiq edəcəyik. Görəsən Əflatunun dediyi kimi bu elm insanı hər bir halda idarə və islah edə bilərmi? Bunu bilmək üçün elmin tərifini bilmək lazımdır.
Əlbəttə, elm çox mühüm, dəyərli və qiymətli olan bir şeydir. İslam dinində də elmə verilən qiymət başqa heç bir şeyə verilməmişdir. Yəni İslam dini elm öyrənməyi çox təkid edərək insanın bilik öyrənməsini vacib saymışdır. Quranda da təxminən 1000 ayə elm barəsində nazil olmuşdur. Hətta Alla-təala İslam Peyğəmbəri ilə ilk dəfə söhbət edərkən və o Həzrəti Peyğəmbərliyə təyin edərkən onunla elm barədə söhbət etmişdir. Allah-təala "Ələq” surəsində belə buyurur:
1. Yaradan Rəbbinin adı ilə oxu!
2. O insanı laxtalanmış qandan yaratdı.
3. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
5. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi.
Allah peyğəmbərlə ilk dəfə söhbət etdikdə onunla elm barədə söhbət olunması çox mühüm bir məsələ idi. Şəhid Sani[4] öz kitabında bu ayələr barədə belə qeyd etmişdir: Allahın Peyğəmbərə nazil etdiyi bu ilk surədə peyğəmbərin 23 illik proqramını müəyyənləşdirmişdir. Çünki, Peyğəmbərin(s) bütün işlərini öyrənib-öyrətmək prinsipi əsasında qurulmuşdur. "Cümə” surəsinin 2-ci ayəsində bu məsələyə işarə olunmuşdur.
"Əksəriyyəti yazıb oxumaq bilməyən ərəblərə özlərindən peyğəmbər göndərən Odur. O Peyğəmbər əvvəllər haqq yoldan açıq-aşkar azsalar da onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk, və küfr çirkabından) təmizləyər, onlara Kitabı, hikməti və elmi öyrədər.”
Bu ayələrdən məlum olur ki, peyğəmbərin Allah tərəfindən göndərilməsində əsas məqsədlərdən biri də bu olmuşdur.
Elm barədə bizim Peyğəmbər və imamlardan bir çox hədislərimiz vardır ki, onları nəinki bir kitabda, bəlkə cildlərlə kitablar yazılsa, yenə də o hədislərin ardı arası kəsilməz. Nümunə üçün bir neçə hədisi nəzərnizə çatdırıram. Şəhid Sani "Münyətül-Mürid” kitabında Həzrət Peyğəmbərdən(s) belə bir rəvayət nəql edir:
1. Bir gün həzrət Peyğəmbər(s) məscidə daxil olanda orada iki dəstənin şahidi oldu. Bir dəstə fiqh və bu kimi elmləri öyrənib öyrətməklə o biri dəstə isə Allaha ibadət və dua etməklə, məşğul idilər. Həzrət Peyğəmbər(s) hər iki dəstəyə nəzər salaraq buyurdu: "Hər iki dəstənin məclisi xeyirli və bərəkətlidir. Birinci dəstənin məclisi ona görə xeyirli və bərəkətlidir ki, onlar Allaha ibadət və dua edirlər. İkinci dəstənin məclisi isə ona görə xeyirli və bərəkətlidir ki, onlar elm öyrənib öyrətməklə məşğuldular. Lakin elm bu dəstənin məclisi dua və ibadət edənlərin məclisindən daha fəzilətlidir. Mənim də Allah tərəfindən insanlara gəlməyimdən məqsədim elm öyrətmək olmuşdur.” Sonra həzrət Peyğəmbər(s) gəlib elmlə məşğul olan dəstənin məclisində əyləşdi.
Bu ayə və hədislərdən bir fakt kimi başa düşürük ki, islam dini elm və biliyə çox əhəmiyyət verir.
2. Həzrət Peyğəmbər(s) buyurur: "Hər kəs Allahın Cəhənnəmindən nicat tapıb azad olan islanlırı tanımaq istəsə, elm öyrənənlərə baxsın... Mələklər onların odda yanmamalarına şəhadət verəcəklər.[6]
Şəhid Sani "Münyətül-mürid” kitabında yazır ki, mən Qurani-Kərimdə dərəcat (dərəcələr) sözünü yalnız dörd yerdə görmüşəm. Yəni Allah-təala Quranda dörd yerdə dərəcələr sözünü bəyan etmişdir. Sonra Şəhid Sani Cənnətin dərəcələrini kimlərə məxsus olduğunu açıqlayar.
1) Bədr döyüşündə Peyğəmbərin(s) yanında ölümə hazır olan möminlər barədə Allah-təala belə buyurur:
"Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər. Allhaın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.
(Vaxtlı-vaxtında lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.
Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir![7]
2) Allah-təala Qurani-Kərimdə ikinci yerdə dərəcələr sözünü mücahidlərə (Allah yolunda cihad edənlərə) dair nazil etmişdir. "Nisa” surəsinin 95,96-cı ayələrində mücahidlər barədə belə buyurur:
"Zərər çəkmədən (üzürsüz) evlərində əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) şəxslər bərabər olmazlar. Allah malları və canları ilə vuruşanları evlərində əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarı ilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə) savab vəd etmişdir. (Lakin) Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir. Onları Allah tərəfindən yüksək dərəcələr, bağışlanmaq və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir!”
Bu ayədə Allah-təala yüksək dərəcələri Onun yolunda cihad edənlərə verəcəyini vəd etmişdir.
Bu ayədən də açıq aydın məlum olur ki, allah-təala Cənnətin yüksək dərəcələrini yaxşı işlər gxrənlərə, saleh əməlləi insanla və Allahın əmrlərinə tabe olub, Onun çəkindirdiyi işlərdən çəkinənlərə vəd etmişdir. Qeyd etmək lazımdır ki, Allah-təala yaxşı sözlər danışanlara yox, yalnız yaxşı və xeyirli işlər görənlərə, əməlisaleh insanlara bu məqamı verəcəkdir. Çünki mümkündür bir insan yaxşı söz danışan olsun lakin əmələ gəldikdə isə görünür ki, əməlisaleh insan deyil.
3) Quranda vəd olunan üçüncü dərəcələr əməlisaleh insanlar barədə nazil olmuşdur. Allah-təala Taha surəsinin 74,75-ci ayələrində yaxşı iş görənlər və saleh əməllər edənlər barəsində belə buyurur:
"Kim Rəbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm (əzabı) gözləyir. Orada nə ölər nə də yaşayar. (Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri kimi diridir, əbədi əzaba düçar olub bir gün görməz.)
Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mömin olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir.”
4) Nəhayət dördüncü "dərəcələr” sözü Quranda alimlər barəsində bəyan olunmuşdur. Allah-təala Quranda "Mücadilə” surəsinin 11-ci ayəsində alimlər barədə belə buyurur:
"Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş (elm öyrənmiş) kimsələrin dərəcələrini ucaltsın.”
Biz bu ayədən nəticə alırıq ki, İslam dini elm və biliyə çox böyük əhəmiyyət verir. Bu ayədə Allah-təala bizə bəyan edir ki, Cənnətin dərəcələri yalnız imanlı alimlərə bəxş olunacaq. Həmin bu ayədə Allah-təala birinci imandan sonra elmdən söhbət açır. Qısaca desək imansız alimlərə Cənnətin heç bir dərəcəsi verilməyəcək. Ümumiyyətlə Quranda elm barədə çox ayələr vardır. Allah-təala elmli insanları elmsiz insanlardan üstün tutmuş və onların arasında böyük fərq olduğunu bəyan etmişdir. Şəhid Sani "Münyətül-mürid” kitabında belə yazır: Quranda bir neçə şeyi bir-biri ilə fərqli olduğu bəyan olunmuşdur.
Nümunə üçün o ayələri sizin nəzərnizə çatdırıram
1. Allah-təala birnici haramla halalın bir-birindən fərqli olması barədə "Mücadilə” surəsinin 100-cü ayəsində belə buyurur:
"(Ya Məhəmməd!) De: "(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə, nicat tapasınız.”
2. Görən insanla kor insanın fərqini Allah-təala "Fatir” surəsinin 19-ci ayəsində belə buyurur:
Kor ilə görən eyni olmaz.
3. Allah-təala zülmətlə nurun, işıqla qaranlıqın fərqli olmasını həmin surənin 20-ci ayəsində belə buyurur:
Zülmətlə nur da eyni deyildir!
4. 21-ci ayədə Allah-təala sərinlə istinin bərabər olmadığını bəyan edir:
Kölgə (sərin) ilə isti eyni olmaz.
5. Quranda Allah-təala dirilərlə ölülərin eyni olmadığını həmin surənin 22-ci ayəsində belə buyurur:
Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah istədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbrlərdə olanlara (haqqı) eşitdirən deyilsən! Sən ancaq (insanları Allah əzabından) qorxudan bir peyğəmbərsən.
6. "Həşr” surəsinin 20-ci ayəsində Cəhənnəm əhli ilə Cənnət əhlinin bir olmaması barədə belə buyurur:
"Cəhənnəm əhli ilə Cənnət əhli eyni ola bilməz. Cənnət əhli nəcat tapıb (əbədi) səadətə qovuşanlardır!
7. Nəyhayət Allah-təala "Zümər” surəsinin 9-cu ayəsində bilənlərlə bilməyənlərin, elimli insanlarla cahil insanların fərqini belə bəyan edir.
"(Ey Peyğəmbər!) De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”
Bu ayədən də açıq aydın məlum olur ki, alim insanlarla cahil insanlar, biliklilərlə savadsızlar eyni dərəcədə ola bilməzlər. Şəhid Sani yazır ki, bütün bu ayələrin kökünə qayıdanda, görünür ki, bu ayələrin hamısının kökü və əsli elmə qayıdır.
Yuxarıda qeyd etdiymiz ayələr elm və biliyin fəzilətli olmasına dair olan ayələrdən ibarətdir. İndi isə elm barədə olan bir neçə hədis və rəvayətlərdən, Peyğəmbər və İslam xəlifələrinin elmin inkişafı üçün gördüyü işlərdə bir neçəsini nəzərnizə çatdırıram.

"İnsan və mənəviyyat" kitabı

 
Tural
İslam-Azeri.az

Category: Diger me'lumatlar | Baxış: 883 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]