Bazar ertəsi, 2024-04-29, 2:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 8 » DİQQƏT! DİQQƏT!
9:46 PM
DİQQƏT! DİQQƏT!

Əssəlamu aleykum və rəhmətullah. 


Əziz bacılarım və qardaşlarım! Xahiş edirəm bu xəbəri diqqətlə oxuyasınız. Rəna adlı bir bacımız var. Bəlkə də 8 ay olar ki, hicaba keçmək üçün öz valideynləri ilə mübarizə aparır. Ata və anası isə heç bir formada onun fikrini qəbul etmirlər. Deyəcəksiniz ki, valideynlə ALLAHın buyuruğu arasında qaldıqda, hicabını bağlasın vəssalam, düzdür, bunu biz də ona dedik, lakin cavabında bizə dedi ki, anam deyir, əgər sən hicab bağlasan, namazı qılmağa qoymayacağam. İş ondadır ki, valideynləri kimi qohumlarının əksəriyyəti də onu "ağılsız, dəli" hesab edir. Elə bir şəraitdədir ki, evdə dini kitab oxuya bilmir, xütbələrə, moizələrə qulaq asa bilmir, çünki icazə vermirlər.

Sizi inandırım ki, əgər imkanı olsa, "Ey müsəlmanlar, yetişin dadıma!"deyə fəryad edər. Peyğəmbərdən (s.ə.a.s.) belə bir hədis var, dəqiq yadımda deyil, amma hər halda yazıram, əgər səhv olsa, düzəliş edərsiniz, İNŞAALLAH. ALLAHın Rəsulu (s.ə.a.s.) buyurub: "Kim bir şəxsin "Ey müsəlmanlar!" nidasına cavab verməzsə, müsəlman deyildir."

Bununla bağlı olaraq sizdən bir xahişim var. Bacımızın müşkülünün həll olması, valideynlərinin hidayət olması üçün İNŞAALLAH aprelin 9-da Bibimiz Xanım Zeynəbin (s.ə.) mövlud günündə axşam saat 9-da hamımız birlikdə hacət namazı qılaq. Bu təşəbbüs onun və mənim yaxın dostum olan bir möminə xanım tərəfindən irəli sürülüb. ALLAHın imanlı bəndələri var, Onun sevdiyi insanlar var, ALLAH o insanların dualarını qəbul edər, ALLAH sizlərin dualarını tez eşidər. Sizi and verirəm ALLAHa, sizi and verirəm Əhli-Beytin haqqına mənəvi dəstəyinizi əsirgəməyin və tanıdığınız insanlara da bunu yayın. ALLAH sizlərdən razı olsun.

Category: Diger me'lumatlar | Baxış: 991 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 2
0  
2 ashurey777   (2011-04-09 2:29 PM) [Daxil et]
Allah kömək olsun-Amin

0  
1 Ənfal   (2011-04-08 9:53 PM) [Daxil et]
Namazın qılınma qaydası

Niyyət : "Hacət namazı qılıram qürbətən illəllah!"
Qılınma qaydası: "Sübh Namazının qılınma qaydası ilə eynidir."
Namazı bitirdikdən sonra Rəbbimizdən bu xanım üçün dua edin


Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]