Bazar ertəsi, 2024-04-29, 1:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 24 » Bismillahın təfsiri
7:30 AM
Bismillahın təfsiri
Allah kəlməsinin əsli

Müqəddəs ’’Allah’’ kəlməsinin əsli və kökü barəsində müfəssirlər və təhqiqatçılar müxtəlif nəzəriyyələr irəli sürmüşlər. 

O cümlədən:Molla Fətullah Kaşani öz kitabında ‘‘Allah’’ kəlməsinin əsli barəsində bə’zi alimlərin rə’ylərinə işarəedərək, mübarək kəlmə barəsində yazır:

«Allah kəlməsi ''Lah'' sözündən alınmışdır. Bu sözün kökü ''Lat''-dır. ’’Lat’’ kəlməsi isə cahiliyyət dövründəbütpərəstlərin pərəstiş etdiyi bütün adıdır. Bu kəlmələr biri-birinə oxşamasın deyə sonradan ''əlif'' və ''Lam'' hərflərini həmin kəlməyə artırdılar.»

Belə ki, Allah kəlməsinin əsli ''Lah'' idi, sonradan həmin kəlməyə ''əlif'' və ''lam'' artırmaqla, ''Əl-lah'' tələffüz olundu.

Müəllif sözünün davamında yazır:

«''Lah'' sözü, gizli və uca mə’nasındadır.» Tanrının zatının dərki bütün yaranmışlar üçün qeyri mümkün olduğundan, alimlər bu müqəddəs kəlmənin ''Lah'' kəlməsindən alındığını düşünürlər.

Bə’ziləri ''Allah'' kəlməsini, ''İlah'', ''Lah'' və ya ''İlaha'' kəlmələrindən alındığını deyirlər. Bu üç ləfz və kəlməisə, ''heyrət'' mə’nasındadır.

Ağıl qüvvəsinin Tanrını, dərk edə bilməyərək, zatında heyran qaldığı üçün, bə’zi alimlər, həmin müqəddəs kəlməni onlardan (yə’ni, ''İlah'', ''Ya Lah'' və ''İlahə'' kəlmələrindən) alındığını qeyd edirlər.Bə’ziləri ''Allah'' kəlməsini, ''İlahət'', ''Uluhət'' və ''Uluhiyyət'' kəlmələrindən alındığını qeyd ediblər. 

Bu kəlmələrin mə’nası isə, hər şeyin sonluğu deməkdir.Belə ki, İnsanların qəlbləri yalnız O böyük varlığı zikr etməklə rahatlıq tapır və yalnız onun mə’rifəti ilə insan ruhu təskinlik əldə edir. 

Elə bu səbəbə görə də, alimlər ’’Allah’’ sözünü bu kəlmələrdən alındığını qeyd edirlər.Bə’ziləri deyirlər ki, o müqəddəs kəlmə, digər kəlmədən alınmayıb. Və hətta bunu da deyirlər ki, lazım deyil ki, hər isim hansısa bir kəlmədən alınsın.

Şeyx Əbu Əliyil-Fəzl ibnil-Həsənil-Təbərsi 

''Məcməul-Bəyan'' kitabında bu müqəddəs kəlmə (Allah) barəsində yazır:«’’Allah’’ sözü ''Uluhiyyət'' kəlməsindən alınmışdır. ''Uluhiyyət''-in mə’nası isə ''ibadət'' deməkdir. Bu müqəddəs ad sahibi ibadətə və itaətə layiq olduğuna görə, həmin kəlmənin ''Uluhiyyət''-dən alınmasınısöyləyirlər.

Bə’ziləri deyrlər ki, ’’Allah’’ sözü ''Vəlh'' kəlməsindən alınmışdır. ''Vəlh'' kəlməsinin mə’nası ''heyran etmək'' mə’nasındadır. Allahın zatı əql sahiblərini heyran qoydqğuna görə həmin kəlmənin ''Vəlh''-dən alındığınısöyləyirlər.

Bə’ziləri də deyirlər ki, ’‘Allah’’ kəlməsi ''Lah'' sözündən alınmışdır. ''Lah''-ın mə’nası, ''örtülmüş'' deməkdir. Allahın zatı bütün gümanlardan (dəlil əsasında) gizlin və örtülmüş olduğu üçün bu nəzəri söyləyiblər.»

Hüseyn ibni Əli ibni Muhəmməd ibni Əhmədil-Xəzriyil-Nişaburi ''Rəuzətul-Cinan və Ruhul-Cinan fi təfsiril-Qur’an'' kitabında bu barədə yazır:

«''Allah'' ləfzinin əvvəli ''İlah''-dır. Sibəveyhin dediyinə görə, sonralar  həmin kəlmənin əvvəlinə ''əlif'' və ''lam'' artırdılar və ''Əl-iləh'' oldu.

 ''Əl-iləh'' kəlməsində iki həmzənin bir sözdə istifadə olunması, ərəb dilində ağır tələffüz olduğundan, ''ilah'' kəlməsində olan ''əlif'' düşdü. Bu halda isə iki ''lam'' hərfi bir-birinin yanına düşdükdə, qramatik qaydaya əsasən ''idğam'' qaydası icra olunur və ''Allah'' kəlməsi səslənir.»

Əbul Muhasinil Hüseyn ibnil Həsəni Corcani da, ''Təfsiri-Gazor'' kitabında Cəlalətli ləfzin (''Allah''-ın) əslini ''ilah'' kəlməsi olduğunu qeyd edir.Seyyid Muhəmməd Hüseyn Həmədani ''Ənvari-Dərəxşan fi-təfsiri-Qur’an'' kitabında yazır:

«''Allah'' ləfzi, əslində ''İlah'' idi. Həmin kəlmənin qarşısındakı həmzəni ataraq, yerinə ''əlif'' və ''lam''-ıqoydular. ''İlah''-ın mə’nası isə ''Ubudiyyət'' mə’nasındadır.»«Mümkündür ki, ''Allah'' sözü, ''Vəlh'' və ya ’’lah’’ kəlmələrindən alınsın. Və bu da mümkündür ki, ''Allah'' ləfzi ümumiyyətlə heç bir kəlmədən alınmasın.»

Lakin İmam Museyi Kazim (ə)-ın ''Allah'' kəlməsinin mə’nası yə’ni bütün ali varlıqlardan uca və ali deməkdir rəvayətinə əsasən Allah sözünün ’’lah’’ sözündən alınmağı daha məqsədə uyğundur.

Əlbəttə bu müqəddəs kəlmə barəsində çox sözlər deyirlər, lakin biz yazının həcmini nəzərə alaraq bu bəhsi sona çatdırmaq istəyirik. 

Sonda isə əziz oxucuların nəzərinə çatdırmaq istəyirik ki, müfəssir alimlərinəksəriyyəti ’’Allah’’ sözünün ''Lah'' və ''İlah'' kəlmələrindən alındığını daha məqsədə uyğun bilirlər. 

«RƏHMAN VƏ RƏHİM»

''Rəhman'' və ''Rəhim'' kəlmələri barəsində islam alimləri çoxlu nəzəriyyələr demişlər. O cümlədən:Şeyx Əbu Əliyyil-Fəzl ibnil-Həsənil-Təbərsi ''Məcməul-Bəyan'' kitabında yazır:Bu iki müqəddəs kəlmələr (''Rəhman və Rəhim''), ismdir və bunların ikisi də ''Rəhmət'' kəlməsindən alınmışdır.

 Ərəb alimlərindən biri olan Təqəllübün nəzərinə görə ‘‘Rəhman’’ sözü ərəb kəlməsi deyil. Lakin bir çox qədim ərəb şe’rlərinə müraciət etdikdə, həmin sözün düzgün olmamasını başa düşürük. Çünki, qədim ərəb şe’rlərində bu kəlmə çox istifadə olunmuşdur.

Əbul Muhasinil Hüseyn ibnil Həsənil Corcani öz ''Gazur'' kitabında yazır:Rəvayətə əsasən, Allah öz peyğəmbərinə (s) ’’Bismillah’’ deməsini əmr etdi, O həmin müqəddəs sözüdedikdən sonra, Allah O həzrət (s)-ə əmr etdi ki, ‘‘Rəhman’’ kəlməsini də onun arxasınca söyləsin. Bunun səbəbi isə Peyğəmbəri-Əkrəm (s)-ın zamanında peyğəmbərlik iddiası edən Müslimeyi Kəzzab idi. O, ‘‘Rəhman’’ kəlməsini öz adı üçün seçdikdə, Allah Peyğəmbər (s)-ə əmr etdi ki, ‘‘Rəhim’’ sözünü də‘‘Rəhman’’ kəlməsindən sonra desin.Şeyx Əbu Əliyyil Fəzl ibnil Həsənil Təbərsi ''Məcməul-Bəyan'' kitabında yazır:

‘‘Rəhman’’ sözünün ‘‘Rəhim’’-dən qabaq gəlməsi barəsində deyirlər ki, ‘‘Rəhman’’ yalnız Allaha deyilir, lakin ‘‘Rəhim’’ sözünü isə Allahdan başqasına da söyləmək mümkündür.Məcməul-Bəyan kitabının müəllifi bu qənaətdədir ki, ‘‘Rəhman’’ kəlməsi yalnız Allaha məxsusdur. Yə’ni Allahdan başqa bir varlıq üçün bu sözü istifadə etmək caiz deyil.Elə buna görə də ‘‘Bismillahir-Rəhmanir-Rəhim’’ ayəsində Allaha məxsus olan ad (yə’ni, ''Rəhman'')

 Rəhim kəlməsindən öncə yazılmışdır.

Molla Fətullah Kaşani ''Minhacus Sadiq'' kitabında yazır:‘‘Rəhman’’-ın ’‘Rəhim’’ kəlməsindən qabaq düşməsi, barəsində deyirlər ki; ‘‘Rəhman’’ sözü dünyaya və ‘‘Rəhim’’ sözü isə axirətə aiddir. 

Dünya, axirətdən qabaq olduğu üçün, ‘‘Bismillahir-Rəhmanir-Rəhim’’ ayəsində ‘‘Rəhman’’ kəlməsi, ‘‘Rəhim’’ sözündən qabaq zikr edilmişdir. Lakin bə’ziləri deyirlər ki; ‘‘Rəhman’’ ələm (Allaha ad olmaq) hökmündədir. Çünki, ‘‘Rəhman’’ kəlməsi, Allah üçün bir sifətdir. Bu sifət Tanrıdan başqasına aid olmayıb, məhz Tanrı üçün ad hökmünü daşıyır.

 Elə buna (yə’ni ‘‘Rəhman’’ kəlməsi Tanrı üçün ad hökmündə olduğuna) görə də, ‘‘Rəhim’’ kəlməsindən qabaq qeyd olmuşdur.Əbu Səid Xodri Həzrət Muhəmməd (s)-dan rəvayət nəql edərək buyurur: 

«İsa ibni Məryəm dedi: Allah dünyada Rəhman, axirətdə isə Rəhimdir.»Tabeinlərdən (O kəslər ki, Peyğəmbəri görməmiş, peyğəmbərin səhabələrindən öz məsələləri barədətəbəiyyət edənlər) nəql edirlər ki, ''Rəhman'' kəlməsinin mə’nası, yə’ni Allah dünyada həm mö’minlərləmehriban və həm də kafirlərlə mehribandır deməkdir. Allah dünyada bütün insanlara (mömin və kafirlərə) həyat, ruzi və yaşayış verir. Lakin ‘‘Rəhim’’-in mə’nası isə, Allahın qiyamət günündə yalnız mö’minlərləmehriban olması deməkdir.

 İmam Sadiq (ə.s) buyurub:

«‘‘Rəhman’’ xass bir isimdir (yə’ni Allaha məxsusdur) amma, Allaha xass olan bu sifət ümumi insanlara aiddir. ‘‘Rəhim’’ isə ümumi bir addır (yə’ni Allaha məxsus deyil) lakin, bu sifət məxsus insanlara, (mö’minlərə) aiddir»Molla Fətullah Kaşani ''Minhacus-Sadiq'' kitabında yazır:

«‘‘Rəhman’’, dünyada məxluqlarını yaratmaqdan, onlara həyat, ruzi və sair ne’mətləri verməkdən əlavə, həmin insanların kafir və müsəlman olmaqlarından asılı olmayaraq, onların günahlarını bağışlayan, ‘‘Rəhim’’ isə, bəndələrini bağışlayaraq, onları behiştə daxil etmək mənasındadır.»

Daha sonra Molla Fəthullah Kaşani yazır:Allah Rəhimdir. Yə’ni: «Allah axirətdə öz mö’min bən-dələrinə rəhm edəcəkdir. Yə’ni Allah onlara dünyada itaətdə, ibadətdə, günahlarının bağışlanmasında, savabın verilməsində, cənnətin dərəcələrinin bölünməsində, qəbr gecəsinin zülmətində, qiyamət gününün qorxusunda, əməl naməsini oxumaqda, mizanın qorxusunda, sirat körpüsündə və sair bu kimi yerlərdə (mö'minlərə) kömək edəcək.»Bu barədə müxtəlif hədis kitablarında çoxlu rəvayətlərdə qeyd olunmuşdur.

 O cümlədən:

Rəvayətdə gəlibdir: Elə ki, mö’min bir bəndəni qəbrə qoydular və dəfnə toplaşan oradakı insanlar qəbrinətrafından dağıldılar, Allah, o mö’minə xitab edərək buyurar:

«''Ey mənim bəndəm, indi sən tək qalmısan və bütün insanlar səni tərk etdilər. Lakin sən dünyada onlara görə mənə asi olurdun (onların razılığını mənim razılığımdan üstün tuturdun. Lakin onlar səni bu qaranlıq vəqorxulu yerdə tək qoydular.) Amma mən bu gün sənə elə bir ehsan edəcəyəm ki, bütün məxluqlar bu işətəəccüb etsinlər.»

Daha sonra mələklərə xitab edərək buyurar:«Ey mənim mələklərim, bu qəribdir, dostu (anası, atası, qardaşı, bacısı, həyat yoldaşı, övladları, qohum-əqrəbası) və köməyi (sağlığında var-dövlət və vəzifəsinə görə onun ətrafına yığışanları, özlərini onun yolunda nəyə görəsə qurban verənləri) yoxdur. Vətənindən və diyarından ayrı düşübdür. Ey Mənim mələklərim, indi o bu yerdə (qaranlıq qəbirdə) Mənim qonağımdır. Nə qədər bacarırsınız ona yaxşılıq edin və cənnətin qapılarının birini onun üzünə açaraq, qəbrini işıqlandırın, sonra onu mənimlə tək qoyun ki, mən qiyamət gününə qədər onunlayam.»

Molla Fətulla Kaşani ''Minhacus-Sadiq'' kitabında başqa bir rəvayəti qeyd edərək buyurur:Həzrət Peyğəmbər (s)-dən belə nəql olunmuşdur:

«Qiyamət günü, Allah tərəfindən xitab gələr; Bir qubbə (balaca bir təpəcik) düzəldin və mənim bəndəmi orada əyləşdirin. Daha sonra Allah ona xitab edərək,  buyurar:’’Ey mənim bəndəm, mənim (verdiyim maddi və mə’nəvi olan) ne’mətlərimi mənə günah etməklə sərf etmisən. Elə ki, ne’mətimi (var-dövlət, vəzifə və insanlar içində səlahiyyətini) sənin üçün artırdım, (həmin imkanlardan istifadə etməklə) mənim sözümdən çıxıb daha çox günah etdin.’’Həmin şəxs (dünyada etdiyi əməllərinin müqabilində) xəcalət çəkərək, başını aşağı saldıqda, Allah tərəfindən xitab gələr;’’Ey mənim bəndəm, başını qaldır. Çünki sən günahkar olduğun halda bütün günahlarını bağışladım.’

’Daha sonra digər bəndəni gətirərək həmin qubbənin üzərində otuzdurarlar. O, etdiyi günahların xəcalətindən ağladıqda, ona xitab gələr:’’Ey Mənim bəndəm, sən günah edərkən güldüyün zaman, səni başqalarının yanında xəcalətli etmədim. Bu gün günah etməyərək ağlayırsan, necə səni cəhənnəmə atım. Mən sənin günahını bağışladım və behiştədaxil olmağına icazə verirəm.’’

Digər rəvayətdə gəlmişdir ki, qiyamət günü Allah bütün mö’minləri bir yerə toplayıb, buyurar:«(Ey mö’minlər) Mən sizlərin boynunuzda olan haqlarımdan keçirəm, siz də bir-birinizin boynunuzda olan hüquqlarınızdan keçərək, mənim behiştimə daxil olun.»

Əbuzəri Ğəffaridən rəvayət olunmuşdur ki; Allah qiyamət günü, mö’minin əməl naməsindən, pis əməlləri silib, onu yaxşı əməllərlə əvəz edər. Və yalnız o zaman ondan hesab kitab olunar.Rəvayətdə gəlmişdir ki, mö’min sirat körpüsünə qədəm atdığı zaman cəhənnəmin atəşi onun üçün buzaçevrilər, və ona deyər:

«Ey mö’min tez keç ki, sənin nurun mənim atəşimin şöləsini söndürür.»Şeyx Əbu Əliyyil-Fəzli ibnil-Həsənil-Təbərsi öz ''Məcməul-Bəyan'' kitabında yazır:Həzrət Muhəmməd (Allahın salavat və salamı ona və Əhli-Beytinə olsun) buyurub:

«''Allahın 100 rəhməti vardır ki, onlardan yalnız birini insanlar üçün göndərərək, onu bütün insanlar arasında bölmüşdür. Lakin 99 rəhmətini özündə saxlayaraq, qiyamət günündə öz bəndələrinə verəcəkdir.»Bə’zi rəvayətlərdə gəlmişdir ki, Allah hətta həmin 1 rəhmini də 99-na qataraq onların hamısını öz bəndələrinə verəcəkdir.

iman.ge
Category: Diger me'lumatlar | Baxış: 922 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]