Çərşənbə günü, 2024-05-08, 9:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 7 » BİLAL
4:20 AM
BİLAL
BİLAL
Həbəşistanlı Bilal qara dərili müsəlman idi. Allahın rəsulu (s) onu azançı seçdi. Azan vəhy yolu ilə nazil olarkən Peyğəmbər (s) onu Bilala öyrətdi. Onun uca səsi vardı.[bax: "Vəsail”, 4-cü cild, səh.612. ] Həzrətin (s) Bilalı azançı seçməsində bizim üçün dərslər var:
1. Qulların şəxsiyyətinə hörmət; Bilal öhdəsinə natiqlik və İslam çağırışı düşmüş bir qul idi.
2. Qara dərilinin şəxsiyyətini qorumaq; dərinin rənginin me’yar olmaması.
3. Bir vaxtlar Bilala ağalıq edib, öyünərək onu məsxərəyə qoyan şəxslərin təhqiri;[bax: "Biharul-ənvar”, 21-ci cild, səh.133. ]
4. İman, təqva və ləyaqət zahiri çatışmazlıqları aradan götürür. Bilal "ş” əvəzinə "s” tələffüz edirdi. Lakin İslam onun batini gözəlliyinə və mə’nəvi kamilliyinə daha çox qiymət verdi.
Bilal İslamda azan deyən ilk şəxsdir.[bax: "Səfinətul-bihar”, 1-ci cild, "Bilal” kəlməsi. ] O, be’sətin əvvəllərində Peyğəmbərə (s) iman gətirdi və iman yolunda Hicazın qızmar səhralarında şiddətli işgəncələrə dözdü. O daim "əhəd, əhəd” deyirdi.
Məkkə fəth olan gün günorta çağı Peyğəmbərin (s) göstərişi ilə Kə’bənin üzərinə qalxıb azan dedi və bütləri aşırdı.[bax: "Vəsail”, 4-cü cild, səh.614. ]
Bilal Bədr, Ühüd, Xəndək döyüşlərində iştirak etdi.
Peyğəmbərdən (s) sonra özgələr üçün azan demədi. Yalnız bircə dəfə atasının dövründən ötrü darıxan həzrəti Zəhra (ə) üçün azan dedi. Həmin vaxt azanın yarısında həzrəti Zəhra (ə) və camaat ağladı.[bax: "Səfinətul-bihar”, 1-ci cild, "Bilal” kəlməsi. ]
Bilalın bu rəftarı hətta azanın da haqq yolunda və ləyaqətli rəhbərin zamanında deyilməsinə üstünlük verir.
Bir gün Ömər Bilala dedi: "Əbu Bəkr səni alıb, qulluqdan azad etdi. Niyə onun namazı üçün azan demirsən?”
Dedi: "Əgər Allahın razılığı üçün məni azad edibsə, heç bir tələbim yoxdur. Lakin başqa məqsədi varsa mən yenidən onun qulu olmağa hazıram. Təki heç zaman Peyğəmbər (s) tərəfindən xilafəti e’lan olunmamış şəxs üçün azan deməyim.[bax: "Səfinətul-bihar”, 1-ci cild, "Bilal” kəlməsi. ]
Bilal qəbul etmədiyi hakimiyyətin güclənməsi üçün hətta azan deməyə razı olmadı.
Bilal Həbəşi iman sayəsində elə bir məqama çatır ki, Peyğəmbər (s) qiyamının çağırışçısı və beytul-malın xəzinədarı olur.[bax: Dehxuda lüğətnaməsi, "Bilal” kəlməsi. ]
Əgər namaz vaxtı bütün dünyanın tələbələri azan versələr, bu çağırış xalqın oyanışına səbəb olmazmı?
Elə buradaca mərhum şəhid Nəvvab Səfəvini yad edək. O yaxınlarına deyirdi: "Günorta və axşam harada olsanız uca səslə azan deyin.” Zülm quruluşunun qəlbini dəhşətə salan həmin azanlar idi. Bu sözlər "azan səsi ilə şeytan hirslənib qaçır” hədisinin bir davamıdır.[bax: "Kənzul-ummal”, 7-ci cild, səh.692. ]
İngilis siyasətçisi Qladiston parlamentdə dedi: "Nə qədər ki, Məhəmmədin adı minarələrdən ucalır, nə qədər ki, Kə’bə yerindədir və Qur’an müsəlmanlara yol göstərir, İslam ölkələrində bizim siyasi prinsiplərimizin bərqərar olması mümkün deyil.["Təfsiri Nümunə”, 4-cü cild, səh.438. ]
Səadətbəxş yönümləri və geniş mə’nasına xatir namazın əvvəlində bu tövhid şüarının oxunmasına qəti göstəriş verilmişdir.

Category: Diger me'lumatlar | Baxış: 1004 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]