Bazar ertəsi, 2024-04-29, 11:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 2 » "Bəqərə" surəsi
5:42 AM
"Bəqərə" surəsi
Quranın ikinci surəsidir. Dişi inək mənasını ifadə edən "bəqərə" kəlməsi Qurani-Kərimdə ümumilikdə yeddi dəfə - beş dəfə "Bəqərə" surəsində, iki dəfə "Ənam" surəsində istifadə olunmuşdur.

SURƏNİN HƏCMİ

   "Bəqərə" - Quranın ən böyük surəsidir. 286 ayədən, 2/5 cüzdənŞ 6156 kəlmədən, 26256 hərfdən ibarətdir.

DİŞİ İNƏK

   Surəyə belə bir ad 67-73 ayələrdə İsrail övladlarının inəklə sınağa çəkilməsindən xəbər verildiyi üçün verilmişdir. "Fəstatul Zuran" və "Sənatul Zuran" surəsinin digər adlarıdır. Quranın ən böyük "Ali-İmran" və "Bəqərə"  surələrinə "Zəhravan" adı verilmişdir.

MƏDİNƏLİ

   "Bəqərə" surəsi Mədinədə nazil olmuşdur və burada nazil olan iki surədir. Nazilolma baxımından Quranın səksən yeddinci, hal-hazırkı ardıcıl baxımından isə Quranın ikinci surəsidir. "Bəqərə" həm də müqəddə hərfi ilə başlanan 29 surənin birincisidir. Burada 130 şəri höküm verilmişdir.

MÖVZULAR

   Surənin əhatə etdiyi əsas mövzular: Hz. Adəmin (ə) yaradılışı, Şeytanın Allaha qarşı üsyanı və bunun nəticəsində Adəmin Cəhhətdən çıxarılması və Şeytanın Allahın dərgahından qovulması, İsrail övladlarının itaətsizliyi, Hz. Musaya (ə) qarşı çıxaraq buzova pərəstiş etmələri, qiblənin dəyişdirilməsi, möminlərin qeyb olan imamlarının vəsfi, kafir və münafiqlərin itaətsizlikləri, qrucun vacibliyi, vəsiyyət, həcc, cihad, nigah və talaq, şərab, qumar və sələmin haramlığı, yetimlərin malına toxunmamaq və s.


Category: Diger me'lumatlar | Baxış: 956 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]