Bazar ertəsi, 2024-04-29, 6:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 3 » Azad Cütlük Heykəlinin balaları
8:38 AM
Azad Cütlük Heykəlinin balaları
Azad Cütlük Heykəlinin balaları


Bu məmləkətin yuxarı eşalonunda iman, vicdan, namus, ədalat qarşısında elə bir "müdafiə sistemi” qurulub ki, əstəğfirullah, sanki mələklər də bu sistemi yarıb bir təmiz insanı vəzifə kürsüsündə oturda bilmir. Nazirlər, məmurlar, rəislər elə bil stanokdan çıxıb. İmanları olsaydı hicaba qadağa qoymazdılar, vicdanları olsaydı xalqın qara günündə eyş-işrət içində yaşamazdılar, namusları olsaydı vətən qızları Dubaya daşınmazdı, ədalətləri olsaydı layiq olmadıqları vəzifəni tutmazdılar.
Rayon təhsil şöbələrinin müdirləri isə xüsusi diqqətlə seçilir. "Azad Cütlük Heykəli” kompleksinin yeni elementi, heykəli (ya özü) Azad Qadın heykəli ilə yanaşı qoyulası Azad Kişi Misir Mərdanovun bu sahədə ağır zəhmətləri var. 
Keçək mətləbə. Azadlıqda bir məktub nəzərdən keçirilir. Gözlər kor olsun görməsin, qulaqlar kar olsun, eşitməsin! 
Lerikin Mololon kənd sakini Nurxanım Məmmədova "Cənub xəbərləri” qəzetinə ünvanladığı məktubda bildirib ki, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov öz əmisi qızına təcavüz edib. Onun iddiasına görə, bu olay 1992-ci ildə baş verib. Həmin vaxt Balaşirin Nəsirovun əmisi qızı 9-cu sinifdə oxuyurmuş. Böyük hay-küyə səbəb olan bu olaydan sonra həmin qız və yaxınları təkid ediblər ki, təhsil şöbəsinin müdiri onu ikinci arvad kimi saxlasın. Lakin Balaşirin Nəsirovun ailəsi buna etiraz edib. Bundan sonra həmin qız müəmmalı şəkildə itkin düşüb. Nurxanım Məmmədova bildirib ki, qızı Balaşirin Nəsirov öldürüb və izi itirib ki, bu bəladan bir dəfəlik qurtarsın. 
Balaşirin Nəsirov isə "Cənub xəbərləri”nə açıqlmasında deyilənləri təkzib edib: "Əmim qızı ilə bağlı məsələ işdən çıxartdığım, fəaliyyətlərində ciddi nöqsan olan şəxslərin oyunudur, tamamilə ağ yalan və böhtandır. Onlar Nurxanım Məmmədovadan bir vasitə kimi istifadə edib, əvəz çıxmaq üçün məni ləkələmək istəyirlər. Mənim əmim qızı doğrudan da uzun illərdir ki, itkin düşüb və tapılmır. Bu işdə mənim heç bir günahım yoxdur. Bəzi adamların şikayətləri əsasında həmin məlumat ölkə prokurorluğu tərəfindən dəfələrlə yoxlanılmış, lakin təsdiqini tapmamışdır”.
Bu həmin maarif müdiridir ki, dini dəyərlərlə müharibədə sinəsini qabağa verib. Azad Cütlük Heykəlinin balalarını yaxşı tanıyın.
Biz vəzifədə təmiz insanların ola biləcəyini istisna etmirik. Belələri bizi yox, öz sırasını qınasın!

HaqqYolu
Cəmiyyət və Siyasət bölməsi
Category: Diger me'lumatlar | Baxış: 808 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]