Cümə axşamı, 2024-05-09, 8:22 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2013 » Fevral » 18

İmam Həsən Əsgərinin (ə) mövludu mübarək olsun!

Tarixi mənbələrə görə əziz 11-ci İmamımız Həsən ibn Əli (Allahın salamı və rəhməti hər ikisinin üzərində olsun) 232-ci ildə Mədinə şəhərində anadan olmuşdur. Hələ kiçik idi ki, atası ilə bir yerdə Samiraya sürgün edilir. Onları əsgəri nizamında hərbçilərin nəzarəti altında sakin edirlər. 

Kateqoriya: Müxtəlif | 598 | Elave etdi: Ənfal | Tarix: 2013-02-18

Sübh namazı niyə bəzən qəzaya gedir?

İnsan bəzən sübh namazını bilməyərəkdən qəzaya verir. Özü ilə əhd bağlayır ki, bir daha belə olmayacaqdır. Ancaq səhər yuxusu o qədər şirin olur ki, namaz üçün qalxa bilmir. Bəs bunun səbibi nədir?

Bunun həm maddi və həm də mənəvi səbəbləri vardır.

Kateqoriya: Müxtəlif | 622 | Elave etdi: Ənfal | Tarix: 2013-02-18

Öz eyblərimizi necə görə bilərik?

Özünü islah etmək - hər bir kəsin ilk vəzifəsidir. İmam Əlinin (ə) nəzərinə görə, ən aciz insan o insandır ki, özünü islah etməkdən gücsüz və aciz olar. O kəs ki, öz eyblərini görər, ancaq onu aradan qaldırmaq üçün heç bir iş görməzsə, özünə qarşı xeyirxah olmaz. O kəs ki, öz eyblərini görən kimi onları aradan qaldırmağa çalışır, öz nicatına ümidvar ola bilər.

Kateqoriya: Müxtəlif | 587 | Elave etdi: Ənfal | Tarix: 2013-02-18

Haqqı olmayan şeyi istəyənin aqibəti

İnsan bəzən məqam və ya malda elə şeyləri istəyir ki, onun haqqı deyildir. Lakin onu əldə etmək üçün çoxlu səylər edər. Bu zaman başqalarının haqqını tapdalamış olur. Bu elə bir çirkin əməldir ki, Quran və hədislərimiz onu şiddətli məzəmmət edir. Onu haram əməl adlandırır. Bəzən də Allaha, Rəsuluna (s) və insanlara xəyanət kimi qiymətləndirir.

Kateqoriya: Müxtəlif | 603 | Elave etdi: Ənfal | Tarix: 2013-02-18

İnsanı gözdəymədən, təhlükələrdən qoruyan dualar

 İslam dininə görə insanların bəzisinin bəzisinə gözü dəyir. Bunun qarşısını almaq üçün Məsumlar (ə) bizə bəzi duaları tövsiyə edirlər ki, onu kağıza yazıb özümüzlə gəzdiririk. Bu dua bizi göz dəyməsindən və bəladan qoruyur.

Kateqoriya: Müxtəlif | 664 | Elave etdi: Ənfal | Tarix: 2013-02-18