Bazar ertəsi, 2024-04-29, 6:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Dekabr » 07

Şeytanın təvazö "nəsihəti”

Şeytan abidi necə aldadır? Onun şərabamı dəvət edir, yoxsa qumara? Əlbəttə ki, bu dəvətlər də ola bilər. Amma gecə namazı qılan, müstəhəb əməllər yerinə yetirən abidi belə çirkin işlərə sövq etmək çətindir. Şeytan işini mərhələli görür. Əvvəlcə abidi müstəhəb əməllərdən ayırır. Necə? Abid sadəlövh olduqda çox asan. Qulağına pıçıldayır ki, kimin qəlbində zərrəcə təkəbbür olsa behiştə düşməz və sənin müstəhəb əməllərin qəlbində təkəbbür yaradır. At bu ibadətləri, təkəbbürdən yaxa qurtar!

Kateqoriya: Diger me'lumatlar | 837 | Elave etdi: Ənfal | Tarix: 2011-12-07 | Sherhler (0)


Məhərrəm ayının 10-cu günü
1-İmam Hüseynin (ə) aşurası

□ İmam Hüseynin (ə) münacatı
Şəhidlər ağası, sübh vaxtı, sübh namazını öz vəfalı əshabı ilə qıldı.Sonra mübarək əllərini göyə tərəf qaldırıb belə münacat etdi: "Ey Allah! Çətiliklərdə həmişə mənim sığnacağım və ümüdimsən. Mənə nazil olanlarda, pənah və köməkçimsən. Ey Allah!  Ürəyi sındıran, çarəsiz,  dostu rahatsız  edən, düşmənin tənəsinə səbəb olan ağrılı yaralardan sənə şikayət edirəm. Sənə ümid etmək, insanı başqasına ürək bağlamaqdan ehtiyacız edir. Bağlı qapıları aç, ümid rövzənələrin göstər!  Bütün nemətlər və yaxşılıqlar Sənindir! Sən arzuların təkcə (son) məqsədisən (Əl-irşad,  c. 2, səh. 96.)
Kateqoriya: Diger me'lumatlar | 735 | Elave etdi: Ənfal | Tarix: 2011-12-07 | Sherhler (0)