Bazar ertəsi, 2024-04-29, 5:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 20 » 12 rəqəminin sirri
6:19 AM
12 rəqəminin sirri
Musa peyğəmbər (ə) Tih səhrasında  (Sina yarımadasında)  İsrail övladları ilə İlahi sınaq meydanında qaldığı zaman 12 qəbiləyə bölünən və susuzluqdan əziyyət çəkən  İsrail övladları ondan içməyə su istəyir.  Allah-Təala ona əsasını quyuya vurmağı əmr edir. Musa (ə) əsasını dağa vurduqda Allahın izni ilə oradan 12 çeşmə çıxır. "Biz onları (İsrail övladlarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tur səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona:" "Əsanı daşa vur!" - deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı ("Əraf" 160).
Qurani-Kərimdə ilin aylarından söz düşdükdə yenə də on iki rəqəmi ilə qarşılaşırıq. "(Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir.") ("Tövbə", 36)
Maraqlı hallardan biri də Həzrət Muhəmmədin (s.ə.s) sadiq davamçıları olan Məsum İmamların sayının da məhz 12 olmasıdır.
Həzrət Muhəmməddən (s.ə.s) bu barədə nəql olunan çoxsaylı rəvayətlərdən birində buyrulur:" "Məndən sonra 12 İmam gələcəkdir, onların hamısı Qureyşdən olacaq".

Rəvayətlərdən məlum oluduğu kimi, İsa peyğəmbərin (ə) davamçılarının sayı 12 olmuş və onlar həvarilər (ağ paltar geyinənlər) adlandırılmışlar.
Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik ("Maidə" 12)

Göründüyü kimi, 12 ədədinə xüsusi diqqət yetirilmişdir. Bunun hikməti bizə bəlli olmasa da, Allaha, Onun Peyğəmbərinə (s.ə.s), Məsum İmamlara (ə) və elmdə möhkəm olanlara məlumdur.


Category: Diger me'lumatlar | Baxış: 1704 | Added by: Ənfal | Rating: 5.0/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]