Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f) |
Zühurun əlamətlərindən biri: Süfyani (lən) qiyamı
2014-02-17, 1:11 AM | |
Zühurun əlamətlərindən biri: Süfyani (lən) qiyamı Zühurun əlamətlərinin biri ilə tanış olaq. Burada söhbət İmam Məhdinin (ə.f) zühuru ilə əlaqədar Süfyaninin (lən) qiyamından gedir. İmam Səccad (ə) buyurur: "Süfyaninin qiyamı - qəti və mütləq məsələlərdəndir. Hər bir qiyam edənin qarşısında bir Süfyani mövcud olar”. Bəs zühurun əlamətlərini bilməyin bizə nə faydası vardır ki? 1. Allah Təala həmin nişanələrlə Həzrətin (ə.f) məqamına hörmət bildirmək istəyir. Necə ki, Xatəməl-Nəbinin (s) təvəllüdünün əlamətlərinə belə hörmət göstərmişdi. Ona görə də zühurun əlaməti Həzrətin (ə.f) əzəmətinin və məqsədinin əhəmiyyətinə dəlalət edər. 2. Bu əlamətlər düşmənlərə döyüş təhlükəsini çatdırar. Yəni, Həzrətin (ə.f) zühurundan əvvəl düşmənlərini müharibə ilə hədələyər. Ona görə də hədislərdə oxuyuruq ki, hər zalıma tərəf hərəkət edən zaman Həzrətə (ə.f) dəhşət və qorxuya görə yardım olunacaqdır. 3. İntizarda olanlara bir müjdədir. Onlara bu yolla təskinlik verilər. Onlar da bu xidmət üçün hazır olarlar. Düşməndən olan qorxuları aradan gedər. Həzrətin (ə.f) zühurunun əlamətlərindən biri Süfyaninin qiyam etməsidir. Onun qiymanın mütləq olacağını Məsumlar (ə) dəfələrlə vurğulamışdılar. İmam Sadiq (ə) buyurur: "Qaimin (ə.f) qiyamından əvvəl beş əlamət qətidir: Yəmani, Süfyani, səmanın iniltisi, zəkiyyə nəfsin qətl olunması, Beyda diyarının yerə çökməsi”. İmam Əli (ə) buyurur: "Ciyəryeyənin övladı Yabəs diyarında qiyam edər, adı Osmandır və atası Ənbəsə, Əbu Süfyanın övladlarındandır”. İmam Səccad (ə) buyurur: "Məlun Süfyani Yabəs vadisindən çıxar və o, Ənbəsə ibni Əbi Süfyanın oğludur”. İmam Baqir (ə) buyurur: "Süfyani qırmızı yanaqlı, ağ dərili və mavi gözlüdür. Heç vaxt Allaha pərəstiş etməmişdir. Heç bir zaman Məkkə və Mədinəni görməmişdir”. Bəzi hədislərdən bu qənaətə gəlmək olur ki, Süfyani ya xristiandır, ya da xristianlığın qollarından birindədir. Şeyx Tusi belə bir hədis nəql etmişdir: "Süfyani Roma şəhərlərindən intiqam üçün qalxar və boynunda xaç gəzdirər”. Ancaq bəzi hədislərdən isə belə nəticə çıxartmaq olur ki, o, yolunu azmış müsəlmanlardandır. Qəlbində Həzrət Əlinin (ə) kini vardır. Belə ki, İmam Sadiq (ə) buyurur: "Sanki Süfyanini görürəm ki, Kufə meydanında yerini genişləndirmiş və nida verəni fəryad çəkər: Hər kim Əli ibni Əbitalibin (ə) davamçılarından birinin başını gətirsə, 1000 dirhəm muzd alacaqdır. Qonşu qonşu ilə vuruşar, boynunu vurar və min dirhəmi alar. Agah olun ki, o günü sizin hökumət zinakarların əlində olacaqdır”. İmam Sadiq (ə) buyurur: "Süfyaninin məsələsi qəti məsələlərdəndir. Qiyamı Rəcəb ayında olacaqdır”. Həzrət (ə) yenə buyurur: "Süfyaninin, Yəmaninin və Xorasaninin qiyamı bir ildə, bir ayda və bir gündə olacaqdır”. İmam Əli (ə) buyurur: "Ciyəryeyən Hindin oğlu Yabəs vadisindən qalxacaqdır”. İmam Hadi (ə) buyurur: "Xorasani və Yəmani qiyam edəcəkdir. Bu şərqdən və o birisi isə qərbdən”. İmam Sadiq (ə) buyurur: "Süfyani qəti əlamətlərdəndir. Qiyamı Rəcəb ayında olacaqdır. Qiyamı başlayandan sona çatana qədər ümumi olaraq 15 aydır ki, onun 6 ayında vuruşacaqdır. Beş şəhəri tutduqdan sonra (Dəməşq, Həməs, Fələstin, İordaniya və Hələb) 9 ay rəhbərlik edəcəkdir. Bir gün belə ona əlavə olmayacaqdır”. İmam Əli (ə) buyurur: "Bizim Qaimin (ə.f) qiyamından bir qədər əvvəl Süfyani qiyam edəcəkdir. Bir qadının hamiləlik dövrü qədər ki, 9 ay edər, hökumət edəcəkdir. Ordusu Mədinəyə daxil olacaqdır. O zaman ki, (Beydaya) çatar, Allah onları yerin altına aparar”. (Tebyan) Allah Təala bizi axırəz-zamanın fitnələrindən amanda saxlasın. /Deyerler.org/ | |
Views: 1366 | Downloads: 0 | Comments: 1 | Rating: 3.5/2 |
Total comments: 1 | ||||||
|