Yuxumuzu kimə danışaq? - Yuxular - Yuxular - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Yuxular » Yuxular

Yuxumuzu kimə danışaq?
2014-01-17, 7:14 AM
Yuxumuzu kimə danışaq?


Yuxu islam dinində ruhlar aləminə ruhun hərəkəti sayılıb. İnsan ruhu yuxu aləmində misal (bərzəx) dünyasına keçir, uçur, digər yerlərə gedir və oyaq olduğu vaxtda mümkün olmadığı aləmləri gəzir.
 
Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) bir hədisdə yuxunu üç formada elan edir və buyurur: Yuxu və röya bəzən Allah tərəfindən müjdədir, bəzən şeytan tərəfindən qəm-kədərdir, bəzən də insanın öz düşündüyü məsələlərdir ki, yuxuda görür.
İnsanlar üçün adətən yaranan suallardan biri də budur ki, istər yaxşı yuxu, istərsə də pis yuxu gördüyümüzdə nə etməliyik və onu kimə danışa bilərik?
Bu suallar məsumların (ə) mübarək həyatları zamanı və din böyüklərinin dövründə onlardan soruşulmuş və onlar da bu barədə cavablar vermişlər.
Misal üçün Allahın peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) yaxşı və yaxud pis yuxunun görüldüyü zaman nə etməyin lazım olması barəsində buyurub: Hər zaman yaxşı yuxu görərsəniz, onu yozun və digərlərinə danışın və əgər pis yuxu görərsəniz, onu yozmayın və heç kimə deməyin.
O həzrət həmçinin yuxunu kimə danışmağın barəsində  buyurub: Yuxunu həsəd və təcavüzdən uzaq olan mömindən başqa heç kimə danışmayın.
Adətən soruşulan suallardan biri də budur ki, hansı yuxu Allahın müjdələrini möminə gətirir?
Allahın Rəsulu (s.ə.s) "Müjdədir onlara..." ayəsi barəsində buyurur: O müjdə möminin gördüyü və onun vasitəsi ilə dünyasında müjdəsi verilən yaxşı yuxudur.
Həmçinin İmam Həsən Əsgəri (ə) insan üçün çox yatmağın zərərləri barəsində bir hədisdə buyurur: Çox yatan hər bir şəxs pərişan yuxular görər.
 
http://aran.irib.ir/

Category: Yuxular | Added by: Ənfal
Views: 457 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]