Cümə axşamı, 2024-05-09, 10:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 6:53 PM
SAXTA ADƏTLƏR
Camaat arasında mötəbər dəlil və sənədə əsaslanmayan bəzi adətlərin yayılması, üstəlik, onların müqəddəsləşdirilməsi, din-məzhəblə əlaqələndirilməsi təəccüb doğurur. Nümunə üçün onlardan bəzilərinə işarə edirik:
Səfərə çıxan üçün ayaq arxasında aş bişirmək; namazdan sonra görüşmək; "müşkülhəlledən” noxudu paylamaq; istəklərin yerinə yetməsi üçün nəzir olunmuş aş qazanlarını bir-birinə vurmaq; (müəyyən girişlərdə) içəriyə sağ tərəfdən daxil olmağın insan üçün xeyirli olacağına etiqad bəsləmək...
Həccə getmək şərəfinə nail olmağın ildönümünü qeyd etmək üçün qurban kəsmək; qırx cərşənbə gününün axşamı, müqəddəs Cəmkəran məscidinə getmək; müqəddəs zirehlərə qıfıl və bağ bağlamaq; bədnəzərin qarşısını almaq üçün üzərrik yandırıb dolandırmaq; il təhvil olan zaman duanın qəbul və müstəcəb olmasına etiqad bəsləmək; cənazin önündə və evə gəlin apararkən qurban kəsmək; həzrət Xızrın gəlməsi üçün evin qapısının süpürülməsi; «yeddi sin» süfrəsi; doğum gününü qeyd etmək; novruz səmənisi; Mövləvi və Hafiz falını müqəddəsləşdirmək və s.
Bunlardan bəziləri elə bir şəkildə əhəmiyyət və müqəddəslik qazanıbdır ki, onlara qarşı çıxmağı şəriətə qarşı cıxmaq, buna görə cəzalancaqlanırı düşünürlər. Halbuki bu, belə deyil. Bəli, yuxarıda deyilənlərin bəzilərinin eybi və zərəri yoxdur, bəzən də onları yerinə yetirmək bəyənilmiş əməl sayılır. Amma gərək diqqət edək ki, bunlar şəriətin göstərişi kimi tanınmasın və məzhəblə bağlanmasın. Məsələnin daha da aydın olması üçün aşağıdakı istiftaya diqqət edək:
11-ci sual: Seyidüş-şühədanın (ə) əzadarlıq mərasimlərində ələmdən istifadə etmək, ya onu əza məclisınə vermək, yaxud da əza saxlıyan dəstələrin onu daşımalarının hökmü nədir?
Ayətullah Xameneyi: «Öz-özlüyündə bunun eybi yoxdur, amma bu işlər gərək dinin bir hissəsi sayılmasın.»
Yenə də bu nöqtəni vurğulayırıq ki, əgər bir xurafat, ya bir yaxşı sünnət əməl olunub yayılırsa, gərək o, dinin, məzhəbin adıyla bağlanmasın. Belə bir əməl nəhayətdə dinin zərərinə nəticələnəcək. Gərək ... cidiyyətlə və qəti şəkildə onların önündə dayanılsın, onlara əməl edənlər məlumatlandırılsın.
Belə məsələlərin (xurafata məzhəbi don geydirməyin) acı nəticələrindən biri də budur ki, onlara qarşı çıxmağı çətinləşdirir ki, bu da xurafatın möhkəmlənməsinə və dəyişilməzliyinə səbəb olur.
Diqqət! (Dini-mənəvi vasitələrdən təbərrük kimi istifadə etməyin maneəsi yoxdur!)
Məsələnin digər mənfi şəkildə başa düşülməməsi üçün diqqət yetirmək lazımdir ki, bəzi müqəddəs sünnətlər və adətlət bizim böyüklərimizdən qalmışdır. Onlar pislənilmir, üstəlik o adətlər çox dəyərli və hörmətə layiqdirlər. Belə bəyənilmiş sünnətlərə əməl etmək, böyüklərə iqtida və mərifət sayılır, Allah dərgahında Onun və övliyalarının diqqət və nəzərini qazanmaq üçün vasitə olur. Buna misal olaraq həzrət məsum imamın (ə) həyatından bir nümunayə nəzər salaq. Həzrət imam Rzadan (ə) rəvayət olunub: «Bir gün İmam (ə) özünün yundan hazırlanmış nazik, yumşaq köynəyini mərhəmət edərək Dəbələ verir və buyurur:
احتفظ بهذا القمیص، فقد صلیت فیه الف لیلة فی کل لیلة الف رکعة، و ختمت فیه القرآ ن الف ختمة
«Bu köynəyi yaxşı saxla! Mən o köynəkdə min gecə, hər gecədə isə min rəkət namaz qılmışam. Onunla min dəfə Quran xətm etmişəm.»
Bu rəvayətin üzərində diqqətlə düşünəndə aydın olur ki, ilahi ibadətlərin yerinə yetirilməsində istifadə olunan paltar, başqa paltarlardan fərqlidir və o, özündə başqa təsirləri daşıyır.
Başqa bir nümunəni Fatimə binti Əsədin (ə) vəfatı hadisəsində görürük. Rəsulallah (s) öz əbasını həzrət Əliyə (ə) verir ki, əbanı anası ilə birlikdə dəfn etsin.
Hədislərimizdə meyiti dəfn edərkən onun namaz qılıb, oruc tutduğu, həcc yerinə yetirdiyi (ehram bağladığı) paltarla və ya bir miqdar imam Hüseynin (ə) türbəti ilə dəfn olunmasının müstəhəbb olduğu təkid olunub.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 867 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]