Cümə günü, 2024-04-19, 10:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Zarafatı hansı həddə etməli?
2013-08-22, 6:55 PM
Zarafatı hansı həddə etməli?

  Zarafat elə bir haldır ki, qarşı tərəfi güldürə və şadlandıra bilər. Maraqlı lətifələr deməklə, məzəli sözlər işlətməklə insan möminləri sevindirə bilər. Möminin qəlbini şad etmək - İslam dininin bəyənilmiş əməllərindəndir. Məsumlar (ə) da onu tövsiyə etmişdilər. Ancaq bu zarafat o zamana qədər gözəldir ki, qeybətə və başqalarının eybini faş etməyə çevrilməsin. Bir neçə nəfəri güldürmək üçün başqasını incitməyəsən.
Allah Təala insanı yaratmış və ona dəyər vermişdir. Onu aləmlərin şərəfli məxluqu elan etmişdir. İnsanın Allah yanında məqamı ucadır. Allah istəmir ki, heç kim insanlığa ləkə gətirsin.
 
Ona görə də insanlara bir-biri ilə düzgün rəftar etməyin yollarını öyrədir. İnsanlara əmr edir ki, bir-birini məsxərə etməsinlər. "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!”. ("Hucurat” 11).
 
Təbərsi "Məcməil-bəyan”da yazır: "Bu ayə Sabit ibni Qeys ibni Şəmas üçün nazil olmuşdur. Qulağı ağır eşidirdi və məscidə daxil olan zaman insanlar ona yol verirdilər ki, Peyğəmbərə (s) yaxın əyləşsin. Bu yolla da Həzrətin (s) səsini eşidə bilsin. Bir gün deyilənə görə sübh namazı üçün məscidə gəlir. Hava hələ qaranlıq idi. İnsanlar namazı qılıb qurtarmışdılar. Hər kəs öz yerində əyləşmişdi. O, insanların başının üstündən keçməyə başlayır. Deyir ki, mənə yol verin, yol verin. Bir kişiyə yaxınlaşan zaman həmin kişi deyir: "Sən məgər bir yerdən artığını istəyirsən? Burada əyləş”. Qeys çox narahat olur və həmin kişinin arxasında əyləşir. Hava işıqlaşan zaman soruşur: "Sən kimsən?” Deyir: "Mən flankəsəm”. Qeys deyir: "Hə, filan qadının oğlu?”. Bu cahiliyyət dövrünün adət-ənənəsi idi. İnsanları anasının adını çəkərək məzəmmət edərdilər. Həmin kişi xəcalət çəkdiyi üçün başını aşağı salır. Bu zaman həmin ayə nazil olur”.
 
Allah Təala buyurur ki, heç kimi məsxərə etməyin, çünki həmin insanın məqamı Allah yanında sizdən də yaxşı ola bilər. Ona görə də Allah bizləri bu işdən uzaq olmağa dəvət edir. Çünki istehza və məsxərə insanda təkəbbür və özünü başqalarından üstün bilmək hissini yaradar. Bu da qanlı düşmənçilik yarada bilər.
 
Özünü başqalarından üstün bilmək hissi daha çox zahiri və maddi dəyərlərdən qaynaqlanır. Məsələn, filankəs özünü başqasından daha zəngin, daha gözəl hesab edir. Bu hal onu istehza və məsxərə etməyə vadar edir. Halbuki, Allah yanında ən üstün meyar - təqvadır. O da qəlb paklığından, pak niyyət və təvazökarlıqdan asılıdır.
 
Heç kim deyə bilməz ki, mənim Allah yanındakı məqamım hamıdan üstündür. Əgər bir cəmiyyətdə məsxərə etmək və insanlara pis ləqəb qoymaq kimi hallar yayılarsa, cəmiyyətin hər bir üzvünün abır və həyası təhlükədə olar.
 
İnsanın dörd sərmayəsi vardır: canı, malı, namusu və abırı. Quran ayələri bizə söyləyir ki, bir insanın abır və həyası, canı və malı kimidir. İslam dini istəyir ki, müsəlmanlar elə bir mühitdə yaşasınlar ki, özlərini hər cür təhlükədən amanda hiss etsinlər. İnsanlar arasında sülh və əmin-amanlıq olsun. İnsanlar müharibə etməsinlər və eyni zamanda başqalarının dilindən, fikrindən amanda olsunlar. Hər bir müsəlman hətta fikrində belə, başqasına töhmət vurmasın. Bu, elə bir mühitdir ki, ancaq mömin bir cəmiyyətdə mümkün ola bilər.
 
(Tebyan/ Deyerler.org)

 


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 664 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]