Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Yaşlıya ehtiram – Allaha ehtiramdır...
2013-02-16, 10:12 PM | |
Bunu yaddan çıxartmaq lazım deyildir ki, biz hamımız bir gün qocalacağıq. Övladlarımızn bizimlə qocalan zaman necə rəftar etməsini istəyiriksə, qocalarla da elə rəftar edək. Cavan olan zaman məni dünyaya gəltirmişdi. Həyatının ən gözəl illərini məni böyütmək üçün sərf etmişdi. Həyatımın hər bir sahəsində mənim həmdəmim və qəm qapım idi. Qəmlərimə görə qəmlənir və sevincimlə sevinirdi. Heç bir zaman məni unutmazdı, məni həmişə xoşbəxt və şad görmək istəyirdi. Bəli, o, anadır. Bu, o anadır ki, bu gün qocalmışdır. Atam da artıq onun yanıda deyildir. Ola bilsin ki, bir çox qoacalardan bu sözü eşitmisiniz ki, deyərlər: "Allah bizi övladlarımıza möhtac etməsin”. Bu, o valideynlərin sözüdür ki, bu gün tək qalıblar. Onların bu tənhalığı və gücsüzlüyü övladlarına möhtac və ehtiyaclı etmişdir. Cavan olan zaman uşaqlarımızla oynayarıq. Çalışırıq ki, onların müxtəlif ehtyaclarını təmin edə bilək. Bir gün bizim də övladlarımıza möhtac olmağımızı düşünmək bizim üçün indi çətindir. Ola bilsin ki. bu ehtiyac mənəvi və ruhu ehtiyac olsun. Mühüm odur ki, hər bir insan qocalacaqdır və bu elə bir prossesdir ki, onun qarşısını heç kim ala bilməz. Statistika göstərir ki, qadınlar 50 yaşına çatan zaman onlarda olan iztirab hissi kişilərdən daha çoxdur. Ancaq o zaman ki, kişilər təqaüdə çıxır və bir daha işləməyə qadir olmurlar, onlara olan mənəvi təzyiq qadınlardan daha çox olur. Qoca olan zaman isə hər ikisinin iztirab həddi bərabər olur. Çox təəsüf ki, qocalar evində olan qocaların iztirab həddi 70%-dir. Halbuki, öz ailəsi ilə bir yerdə yaşayan qocalarda bu hədd 30%-dir. Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, həmişə övladlar təqsirkar olmurlar. Bəzən övladlarının biri ilə yaşayan valideynlər qocaldığı üçün ailəyə qarşı pis əxlaq və rəftar nümayiş etdirirlər. Bu da ailədə çox sayda problemlər yaradır. Qocaların əksəriyyəti övladları ilə bir yerdə yaşayan zaman xəstə bir insan xidmətinə ehtiyaclıdırlar. Onları xüsusi yeməklər yeməyə və dərman içməyə vadar edirlər. Onlar bu zaman nə qədər güzsüz və aciz olduqlarını görürlər ki, bu da qəlblərini incidir. Mühüm olan budur ki, övladları bu məsələni dərk etsinlər və onların qəlbini incitməsinlər. Bu, o zaman mümkündür ki, övladlar qocaların ruhiyyəsi ilə tanış olarlar. Bunu bilməlidirlər ki, qocalar çox həssas olurlar, bəzən onlara uşaq kimi baxmaq lazımdır. Onlar çox tez-tez ağlayarlar və hövsələsiz olurlar. Tez inciyirlər. Qocalar o zaman çox həssas olur ki, həyat yoldaşlarını itirirlər. Övladları bir növ bunun yerini doldurmağa çalışırlar. Bəzi qocalar həyat yoldaşlarını itirəndən sonra yeni şəraitə uyğunlaşa bilmirlər. Güclü bağlılığa görə iztiraba düşürlər. Bu zaman övladları belə, onlara təskinlik verə bilmir. Qocalar övladları üçün əzizdirlər. Ailəsi üçün bərəkət sayılır. Bizim dinimizdə qocalara ehtiram qoymaq - vacib əməllərdəndir. Əgər bir gün onları itirsək, məclis qurub ağlayarıq. Ancaq yaxşı olmaz ki, hələ ki, sağdırlar, onları tez-tez görək və onları əziz tutaq. Unutmayaq ki, onlar da bizim çox sayda ehtiyaclarımızı təmin etmək üçün özlərini və ömürlərini fəda ediblər. Ona görə də qocalarımızın qədrini bilək və nə qədər bacarırıqsa, onların maddi və mənəvi ehtiyaclarını təmin etməyə çalışaq. Yaşlı valideynlərimizə qarşı hövsəsəli olmağa çalışaq, unutmayaq ki, hər nə yaşda oluruqsa-olaq yenə də onlara ehtiyacımız vardır. Daima onların xeyir-duasını almağa çalışaq. Onlarla hər gün əlaqə saxlayaq və gündəlik hadisələr haqqında onlara danışaq. Onların çətinliklərini öyrənməyə səy edək. Onlarla elə rəftar edək ki, sanki hər an onları itirə bilərik. Həzrət Peyğəmbər (s) buyurur: "Yaşlı müsəlmana ehtiram - Allaha ehtiramdır”. "Ümmətimin qocasına hörmət etmək mənə hörmət etməkdir”. İmam Sadiq (ə) buyurur: "Ahıllarınıza hörmət edin və sileyi-rəhmi yerinə yetirin”. "Ahıllarımıza hörmət qoymayan və uşaqlarımızla mehriban olmayan bizdən deyildir”. (Tebyan/ Deyerler.org) | |
Views: 1324 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |