Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Vaxtın dəyərini bilmək
2013-04-09, 5:11 AM | |
Allahın Elşici (səbahəsi) Əbuzər Qifariyə buyurmuşdur: "Ömrünü maldan daha qoru. Vaxını xərcləməkdə vaxtını xərcləməkdən daha çox xəsislik et”. Həmçinin, ona buyurmuşdur: "Olmaya vaxtını gələcəyə ümidlə tələf edəsən. Sən sabaha yox, bu günə aidsən”. Biz bir nəfər var-dövlət sahibinin öz malını və pulunu dəlicəsinə sağa-sola səpələdiyini gördükdə təəssüf edirik ki, niyə malının qədrini bilmir, nə üçün onu faydalı bir işlərə xərcləmir?! Əvvəlcədən onun bədbəxtliyə sürükləndiyini proqnozlaşdırırıq ki, o hansı bədbəxtliklə üzləşəcək, sonra özü necə təəssüflənəcək, amma bunun bir faydası olmayacaq. Amma bizim özümüz böyük bir sərmayə ilə bağlı həmin miqdarda qəflətdəyik. O sərmayə vaxt və zamandır. Vaxtı israf etmək malı israf etməkdən daha ziyanlıdır. Ona görə ki, mal-dövləti təzədən qazanmaq olar, amma vaxtı geri qaytarmaq olmaz. Saatlar, günlər, aylar və illər bir an da gecikmədən, dayanmadan bizdən ötüb-keçir. Bunlar bizim ömrümüzdən ayrılan parçalardır, hissələrdir ki, bir daha bizə birləşməyəcək. İnsan üçün hər bir şeyin dəyəri iki şeydədir: 1. Onun səadətinə təsiri baxımından; 2. O şeyin çoxluğu və ya azlığı baxımından. Daha təsirli və az tapılan şeylər daha qiymətli olur. Vaxt insanın ən dəyərli sərmayəsidir. Ancaq insan adətən ona əhəmiyyət vermədiyi, onun dəyərini dərk etmədiyi üçün onu asanlıqla əldən buraxır. Yaşayışımız göstərir ki, vaxta dəyər vermirik. Çünki özümüzün, ya da başqalarının vaxtını aldığımız zaman zehnimizdən keçmir ki, özümüzün, ya da onların sərmayəsini tələf etmişik. Elə adamlar var ki, başqalarının hüququna riayət etsin deyə onların bir qəpiyini də yeməz. On qəpik birinə zərər vurarlarsa özlərini onu ödəməyə borclu bilirlər, ancaq elə o adamlar digərlərinin vaxtını aldıqları zaman özlərində günah hissi keçirmirlər, vədəyə əməl etmək, müraciət edənləri gecikdirmək, təyin olunmuş proqramların icrasında gecikmə kimi insanların vaxtını alan məsələlərdən çəkinmirlər, onlara əhəmiyyət vermirlər. Demək, məlum olur ki, Peyğəmbərin sözünü düşünmürlər: vaxtınızı pulunuzdan daha dəyərli bilin. Vaxtlarının qədrini bilənlər saniyənin də qədrini bilirlər, insanların vaxtını tələf etməyi pis iş bililər. Vaxtın qədrini bilməliyik, ona əhəmiyyət verməliyik. Uşaqları elə tərbiyə etmək lazımdır ki, onlarda vaxtın qədrini bilmək hissi yaransın. Vaxt baxımından nizam-intimamlı olan adamların özü və işi başqalarının gözündə dəyərli olur. Bəziləri nəinki vaxtın qədrini bilmir, hətta vaxtlarının qatildirlər, onu insanın qarşısında bir maneə görürlər, "vaxt öldürmək” üçün başqatıcı şeylər fikirləşirlər. Elə düşünürlər ki, bununla vaxtın şərindən özlərini xilas edirlər. Buna görə də vaxtı keçirmək üçün narkotikaya qurşanır, içkiyə və qumar stoluna pənah aparır. Yəni, həqiqi dostu düşmən bilərək əsl düşmənə pənah aparırlar. Elmin, kamilliyin və incəsənət və sənətkarlığın bir nəticəsi insanı çiçəkləndirməsi və onun varlığını səmərəli etməsidir. İnsan hər bir halda faydalı əyləncələrlə məşğul ola bilər; xəstəlik vəziyyətində, səfər, yaxud zindanda da öz vücudundan bəhrələnə bilər. Belə olduqda vaxtı nəinki düşmən biləcək, hətta onu özünün ən yaxın dostu biləcək; heç vaxt narkomaniyaya, içkiyə, qumarbazlığa və qeyri-sağlam əyləncələrə qurşanmayacaq. M. Mütəhhəri. "Vaxtın dəyərini bilmək”. "Hikmətlər və nəsihətlər” (II kitab) Tərcümə etdi: Dilman Şahmərdanlı. /Deyerler.org/ | |
Views: 722 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |