Cümə günü, 2024-04-26, 2:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Təqva nədir? Təqvanın mərhələləri və təsirləri
2013-08-22, 6:48 PM
Təqva nədir? Təqvanın mərhələləri və təsirləri

  Təqva - yəni, özünü tapmaq, Allaha qovuşmaq yolunda irəliləmək, kamala çatmaqdır.
Təqva - yəni xalis bəndəlik.
Təqva - insanlıq əxlaqının silsiləsidir.
 
"Allahdan qorxun, bəlkə nicat tapasınız”. ("Bəqərə” 189). O kəslər ki, Qiyamət gününün sabahısı cəhalətsiz elm, zillətsiz izzət, yoxsulsuz sərvət, ölümsüz həyat əldə etmək istəyirlər, təqvalı olmaqdan, günahdan çəkinməkdən, vacibatlara əməl etməkdən başqa yolları yoxdur.
Həzrət Peyğəmbər (s) Əbuzərə belə buyurur: "Eşq olsun sənin təqvana və Allah qorxuna! Çünki təqva bütün işlərin başıdır”.
 
 Arifdən soruşurlar: "Təqva necədir?” Deyir: "Nə zaman torpağa ayağını bassan, orada xar olan zaman nə edərsən?” Deyir: "Ətəyimi yığaram, özümü qoruyaram”. Deyir: "Dünyada da belə et ki, təqva bu cürdür”.
Loğman oğluna buyurur: "Bu dünya dərin dənizdir və bir çox xəlq burada qərq olmuşdur. Gəmini təqva qərar ver ki, bu gəmi bir çox təhlükəli dalğalar və tufandan nicat versin. Hava və həvəsi buradan bayıra at ki, sağlam sahilə çatasan”.
 
Təqvanın 3 mərhələsi:
1. Düzgün etiqadın köməyi ilə nəfsi cavidan əzabdan qorumaq.
2. Hər cür günahdan çəkinmək.
3. İnsan qəlbini özünə məşğul edən hər bir əməldən çəkinmək
 
Təqvanın təsirləri:
1. Dünya bərəkətlərindən faydalanmaq. Təqva İlahi nemətlərin sayını artırar.
2. Uzaqgörənlik. Təqvanın gətirdiyi faydalardan biri isə həyat işlərində uzaqgörən olmaqdır. Təqva uzaqgörənliyin əlaməti və günah isə qəflət və xatadır.
3. Çətinliklərdən nicat tapmaq və işlərin asan olması.
4. Qorxu və qəmdən uzaq olmaq.
5. Hüsni aqibət və behişt savabı.
6. Allahın sevimlisi olmaq.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 778 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2013-08-31 10:19 AM) [Daxil et]
ALLAH  RAZI  OLSUN 

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]