Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Tənqid etməyin qaydası
2013-02-20, 1:17 PM | |
Faydalı və yaxşı tənqid o tənqiddir ki, bu zaman tənqid qaydalarına riayət edilsin. Əks halda, tənqidin təsiri olmayacaqdır. Bəzən elə olur ki, insan günahkarın gördüyü əməllərə göz yummalı olur. Çünki əks halda onu abır və həyası gedə bilər. Bir insan əgər çox tənqid edilərsə, bu tənqid onda ikrah hiss oyadar və həmin tənqidə qarşı müdafiə reaksiyası göstərər. Bəzi tənqidlərdə əməl ilə onu yerinə yetirən insanı ayırmaq lazımdır. Ona görə də bir çirkin əmələ görə bəzən insanlar haqqında sui-zənn etmək olmaz. Faydalı tənqid o tənqiddir ki, insanın ruhiyyə və şəxsiyyət çərçivələrinə riayət edəsən və həddi aşmayasan. Əgər bir tənqid sevgi və mehrlə olmazsa, qarşı tərəf ona mənfi reaksiya verəcəkdir. Çünki insanın fitrətində özünə qarşı sevgi olduğu üçün özünü müdafiə etməyə başlayacaqdır. Şəxsiyyətinə zərər dəyməsinə imkan verməyəcəkdir. Bu işi diqqətlə görmək lazımdır. Xüsusilə də o insanlar ki, cavan nəsillə işləyirlər. Bunu nəzərə almaq lazımdır ki, cavanların birbaşa tənqiddən xoşları gəlmir. Çünki bu onların istiqlal tələb edən hissləri ilə təzad təşkil edir. Faydalı tənqidin başqa bir şərti isə tənqid edən zaman tərəfsiz olmaqdır. O kəs ki, düşmənçilik niyyəti ilə tənqid edərsə, şübhəsiz ki, tənqidində hüsnü-niyyət olmadığından, ondan uzaqlaşmağa səbəb olar. Bu tənqid də faydasız və təsirsiz qalar. Bir nəfərlə dost və ya düşmən olmaq insanı tənqid edən zaman tərəfsiz olmamağa vadar etməməlidir. Ona görə də tənqid edən zaman tərəfsiz və insaflı olmaq lazımdır. Paxıllıqdan doğan tənqid nəinki çətinlikləri həll etməz, bəlkə əksinə cəmiyyətdə başqa problemlərə yol açar. Kinli insan başqasını düzgün tənqid edə bilməz. Əgər kin yerinə sevgi ilə həmin şəxsi tənqid edərsə, həmin şəxsə həqiqətləri göstərə bilər. İnsan başqa birini tənqid edən zaman baxmalıdır ki, qarşı tərəf hansı vəziyyətdədir. Əgər əsəbidirsə, tənqid etmək düz olmaz. Bəlkə əvvəl onunla mehribancasına söhbət etmək lazımdır. Təhqir insan izzətinə və kəramətinə birbaşa təsir qoyar. Baxmayaraq ki, ona tənqid libası geyindirərlər, ancaq təhqir - istər istehza ilə olsun, istərsə də məzəmmət - islah yerinə fəsad törədər. Zidd tərbiyə üsuluna çevrilər. Ustad Mütəhhəri buyurur: "Çox hallarda tənqid nifrət yaradar. Məsələn, insanların bir çoxu uşaq tərbiyəsində bu səhvə yol verərlər. Uşaqlarını daima tənqid edərlər. Onlar belə zənn edirlər ki, bu tənqidlə uşaqlarında qeyrət hissi yaradacaqlar. Halbuki çoxlu tənqid əks reaksiya verər. Ruhu həmişə tənqiddən qaçar. Ruhi cəhətdən xəstə olar”. Tənqid zamanı "necə deməli” məsələsi, "mövzunun əslini demək”dən üstün olmalıdır. Tənqid zamanı sərhədi aşmaq, qırmızı xətti keçmək tənqidin fəlsəfəsi ilə ziddiyyət təşkil edər. İmam Əli (ə) çox zaman tənqid edən şəxsin tənqidini ayırmağa çalışırdı. Baxırdı görsün tənqid xeyrxahlıqla edilir, yoxsa cəhalət və qəflət sayəsində. Onu da qeyd etmək lazımdır ki insan başqalarını tənqid etməzdən əvvəl özünü tənqid etməlidir, sonra başqalarının işini. Necə ki, bu ayə buyurur: "Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?)” ("Səff” 2). (Tebyan/ Deyerler.org) | |
Views: 882 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |