Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Təbliğin hansı növü daha effektivdir?
2013-09-08, 10:31 AM | |
Təbliğ etmək yəni dini əhkamını, əxlaqını, əqidəni insanlara çatdırmaqdır. Bu, hər bir müsəlmanın vəzifəsidir ki, dindən xəbəri olmayanları dini təlimlərlə tanış etsin. Təbliğin üç növü vardır: 1. Əməli təbliğ. 2. Danışıq təbliği. 3. Yazı təbliği. Əməli təbliğ. Ən çox təsir edən təbliğ növü - əməli təbliğdir. Yəni, din təlimlərini əməldə tətbiq etməkdir. Alimlərdən biri belə buyurur: "Dindar elə olmalıdır ki, insanlar onu görən zaman Peyğəmbəri (s) xatırlasınlar”. Bu, həmin əməli təbliğdir. Hədislərin birində oxuyuruq: "İnsanları dildən qeyrisi ilə Allaha tərəf çağırın”. Tarixə nəzər salan zaman görmək olur ki, əməli təbliğ həmişə təsirli olmuşdur. O kəslər ki, din təlmilərini addım-addım həyatlarında həyata keçirirlər, başqalarına da təsir qoya bilirlər. Din alimlərinin həyatına nəzər salan zaman bunun aydın şahidi oluruq. Onların hər biri bizim üçün bir dərsdir. Seyyid Əbdülhüseyn Qazi nəql edir: "Seyyid Möhsün Həkimin qohumlarından biri vəfat edir və onun cənazəsini İmamın (ə) hərəminə daxil edirlər ki, namaz qılsınlar. Nəcəfdə belə adət var ki, bu mərasimdə olan böyüklərdən namaz qılmasını istəyərlər. O zaman Ayətullah Həkim cavan idi. Mərhum Qazi həm yaş və həm də məqam baxımından böyük idi. Ona görə də bu alimdən namaz qılmasını istəyirlər. Ancaq o, üzünü Ayətullah Həkimə çevirib buyurur: "Siz buyurun və namazı qılın. Əgər namaz qılsam, heç kim məni tanımadığı üçün mənə iqtida etməyəcəkdir. Vəfat etmiş bu insana çatan savab da az olar. Ancaq əgər siz namaz qılsanız, insanlar sizi tanıdığı üçün daha çox insan sizə iqtida edəcəkdir. Nəticədə bu mərhuma daha çox savab çatacaqdır”. Danışıq təbliği. Əlbəttə, danışıq təbliği də təsirli təbliğ növlərindəndir. Şübhəsiz ki, dini təlimləri çatdırmaq - İlahi vacibatın ilk addımıdır. O kəslər ki, din təlimlərini düzgün başa düşmürlər, əməl mərhələsində ya ifrat edərlər, ya da təfrit. Düzgün yoldan uzaqlaşarlar. O kəs ki, başqalarına dini təbliğ edər, ilk əvvəl özü həmin təlimlərə əməl etməli və sonra başqalarını bu işə dəvət etməlidir. Allah Təala buyurur: "Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?) Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur”. ("Səff” 2-3). Yazı təbliği. Bu təbliğ növü ola bilər ki, az təsirli olsun. Ancaq bu təbliğat növü danışıq təbliğini qalıcı və cavidan edən bir yoldur. Yazı təbliği danışıq təbliğindan daha çox işə yaraya bilər. Bu yazı ola bilsin ki, elə insanların əlinə düşsün ki, dindən tamamilə uzaqdırlar. Bu yazı ən uzaq və ən ucqar yerlərə səfər edə bilər və din təlimlərini oranın əhalisinə çatdıra bilər. Müasir dövrdə rabitə vasitəsiləri artdığı üçün bu yazıları bir dəqiqənin içində müxtəlif ölkələrə də göndərmək olar. Ona görə də əli qələm tutan hər bir müsəlman, düşmənin batil fikirləri ilə mübarizə aparmalı və haqqı bilməyənlərə çatdırmalıdır. (Tebyan/ Deyerler.org) | |
Views: 799 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |