Bazar günü, 2024-12-22, 4:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Söyüş söyənə behişt haramdır
2013-02-27, 12:48 PM
Söyüş söyənə behişt haramdır

Pis söz danışmaq və söyüş söymək dilin bəlalarından sayılır. Bu rəftar nəticəsində insan dünya və axirətdə heysiyyətini əldən verir. Pis söz danışmaq din qardaşlığına ləkə vurur və müsəlmanlar arasında nifaq salır.

Söyüş söymək öz-özlüyündə çox çirkin bir əməldir. İnsan həyatını qaraldan əməllərdəndir. Əgər insan bu rəftarına diqqət edərsə, dünya həqiqətlərini görən gözü düz yolu seçə biləcəkdir.

Hətta Qurani Kərim düşmənlərə belə pis söz deməyi bəyənmir. "Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər”. ("Ənam” 108).

Quran biz müsəlmanlara öyrədir ki, hər kəsə ehtiram etməyi bacaraq. Hətta bütpərəsətlərə belə. Hər bir kəsin hörmət etdiyi bir şeyə söyüş söyməyi kəskin şəkildə qadağan edir. Ancaq bu, o mənanı vermir ki, əgər bir insan bütpərəstirsə, bir bütə ehtiram edirsə, biz də ona ehtiram bəsləməliyik. Xeyr. Sadəcə olaraq onun hörmət etdiyi bu bütə, ona görə söyüş söyməməliyik. Çünki Quran ayələrindən belə bir nəticə çıxır ki, əgər siz onların məbuduna söyüş söysəniz, onlar da sizin məbudunuza söyüş söyəcəklər. Yəni, Allah bizə bəyan edir ki, söyüşü kənara qoyun.

İmam Əli (ə) Siffeyndə olan zaman görür ki, səhabələri şamlılara söyüş söyür və o Həzrət (ə) bu işdən çox narahat olur. Öz səhabələrinə buyurur: "Mənim xoşum gəlmir ki, siz söyüş söyəsiniz. Ancaq əgər rəftarlarını yadlarına salsaydınız, onların nalayiq əməllərini xatırlatsaydınız, həqiqətə daha yaxın olardı. (Siz gərək söyüşün yerinə) onlara deyəydiniz ki: Allahım! Bizim və onların qanını hifz et! Bizimlə onların arasını islah et! Onları yanlış yoldan düz yola hidayət et! Onlar ki, cahildirlər, haqqı tanısınlar. Onlar ki, Haqla düşmənçilik edirlər, onları geri qaytar”.

Bir gün xəvariclərdən biri İmama (ə) işarə edib, deyir: "Allah bu kafiri öldürsün, nə qədər bilikli və fəqihdir?”. Səhabələri yerindən qalxdılar ki, onu öldürsünlər, İmam (ə) buyurdu: Aram və sakit olun! Söyüşün cavabı söyüşdür, yoxsa günahına görə güzəşt etməkdir?”.

Hədislərdə oxuyuruq: "Allah behişti hər söyüş söyənə və həyasıza haram etmişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: "Ən pis insanlar o kəslərdir ki, söyüş söydüklərinə görə Allah onlarla oturub-durmağı məkruh hesab etmişdir”.



Söyüşün ziyanları

Söyüş söyməyin bir çox ziyanları vardır ki, o cümlədən ibarətdir: Allahın narazı olması, İlahi əzaba düçar olmaq, nifaqa səbəb olar, ailədə və cəmiyyətdə çaxnaşma salar, özünü başqası tərəfindən söyülməyə məruz edir. Bir insan başqasına söyərsə, həmin insan da onun bütün müqəddəs saydığı kəslərə söyər və abrını aparar. Söyüş əhli həmişə cahil insanlarla oturub-durarlar. Çünki saleh insanlar onlarla oturub-durmaq istəməzlər. Söyüş söyən insanın həmişə cəmiyyətdə abrı gedər və ona heç kəs hörmət qoymaz. Ona görə də bu əxlaqi rəzil sifətdən uzaq olaq və dilimizə nəzarət etməyi bacaraq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 965 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]