Bazar günü, 2024-12-22, 5:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

SONSUZLUĞA DOĞRU
2013-08-14, 5:06 AM
SONSUZLUĞA DOĞRU

Əgər insan doğru yoldan azmasa, onun təkamülü üçün hər bir şərait yaradılmışdır. Şeytanın hiyləsinə uymayan insan həm dünya, həm də axirət səadətinə nail ola bilər. Təkamül və mənəvi yüksəlişin hədd-hüdudu yoxdur. İnsan üçün son təkamül nöqtəsi müəyyənləşdirilməmişdir. Məq-səd Allaha yaxınlaşmaqdır. Təkamül yolu sonsuzdur.
Elə bəndələr vardır ki, Allaha yaxınlığın ləzzətindən dünyanı unudurlar. Belə insanların nəzərində adi insanların həyatı uşaq oyununu xatırladır. Uşaqlar gün uzunu sevdikləri plastik oyuncaqlarla başlarını qatır, bəzən bu oyuncaqlara görə dalaşırlar. Adi insanların dünya həyatı, dostluğu, düşmənçiliyi, sevgisi və nifrəti uşaq oyununu xatırladır. Bütün həyatını doktor, professor, ayətullah adını almaq üçün sərf edənlər necə də gülünc vəziyyətdədirlər. Bir başqa qrup həyatının mənasını var-dövlət toplamaqda, dünyada qoyub gedilən qəsrlər ucaltmaqda görür. Bu sayaq həyat tərzinə dəyər verənlər insaniyyətin həqiqətindən qafildirlər. Allaha yaxınlığın ləzzətini dadan insan üçün bu ucuz şirinliklərin heç bir qiyməti yoxdur. Bu ləzzəti dadan məsum imamlar, o cümlədən imam Səccad (ə) belə dua edir: "Ey mənim ağam! qəlbim Səni xatırlamaqla dirilir.” İmamların (ə) dilindən qopmuş duaları oxumaq və düşünməklə insan bir çox həqiqətlərə nail olar və anlayar ki, bu dünyada maddi ləzzətlərdən qat-qat üstün olan ilahi ləzzətlər də mövcuddur.
Ya Rəbb! Qəlbimizdən qəflət pərdələrini qaldır, zikr xələtini boynumuza sal, görüşünü bizə nəsib et!


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 746 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]